Əxlaqi Problemlərin müalicəsi

Ən böyük bəla

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

أَعظَمُ المَصائِبِ الجَهلُ

"Cəhalət (və nadanlıq) ən böyük müsibət və bəladır."
Təsnifu qurərul hikəm 73-cü səhifə
.
Doğrudan da cəhalət, elmsizlik və nadanlıq hər bir cəmiyyət üçün ən böyük müsibət və bəladır.
Əgər biz insanları düzgün maarifləndirməsək, Qurani-kərim ayələrinin həqiqətlərini onlara açıqlamasaq, Peyğəmbər (s) və İmamların (s) hikmətli hədislərini insanlara təqdim etməsək cəmiyyətin cəhalət və nadanlıqda qalmalarının müqəssiri biz olacağıq. 
Üstəlik yabançı, yalançı, saxta və batil əqidələr insanların cahillik və nadanlıqlarından istifadə edərək cəmiyyəti Haqqdan və Əxlaqdan uzaqlaşdıraraq özlərinə tərəf çəkəcəklər.
Dostlar, baxın, gecə vaxtı işıqlar sönəndə evdə kiçik bir kibrit çöpü yandıranda otaq necə işıqllanır?!
Kibritin işığının otağı işıqlandırması heç də kibritin nurunun çoxluğu və qüdrətindən deyil, əksinə otağın həddən artıq qaranlıq və zülmət içində olmasına görədir. 
Dinsizlik, ateizm, nurçuluq, sələfilik, şeytanpərəstlik, bütpərəstlik və ilaxır saxta, batil və puç əqidələrin cəmiyyətdə yayılması onların elm və məlumatlarının çox olmasından deyil, əksinə cəmiyyətin fərdlərinin çoxunun həddən ziyadə cahil, nadan və elmsiz olduqlarına, eləcə də İslamdan və Əxlaqdan çox uzaq olduğuna görədir.
Odur ki, cəmiyyətimizin mütərəqqi olmasını istəyiriksə hamımız əl-ələ verməli, İslamı və ilahi əxlaqı mənimsıməli və cəhalət dəryasında boğulan insanlara nicat verməliyik.

baxılıb: 168 dəfə