Ədəb və Mədəniyyət

Həzrət Muhəmmədin (s) həyatından dəsrlər 2- İnsanları xəsislikdən çəkindirərdi

“Həzrət Muhəmməd (s) Kəbəni təvaf edərkən bir şəxsin Kəbənin parçasından yapışaraq “İlahi, bu evin hörmətinə xatir məni bağışla!” –deyə dua etdiyini eşitdi.

Allahın Rəsulu (s) ondan soruşdu ki, sənin günahın nədir?.....

Həmin şəxs dedi: Ey Allahın Rəsulu (s) mən sərvətli və mal-mülkü olan bir şəxsəm. Bir dilənçi mənə tərəf yaxınlaşıb məndən bir şey istədikdə elə bilirəm ki, bir od parçası mənim üstümə gəlir.

Allahın Rəsulu (s) buyurdu: -Məndən uzaq ol! Öz odunla məni də yandırma! And olsun məni hidayət və kəramət üçün seçən Allaha ki, əgər (Kəbədəki) rükn və məqam arasında dayanaraq iki min rükət namaz qılsan, gözlərinin yaşı çay və sellərə dönərək bütün ağacları suvaracaq qədər ağlasan və (buna baxmayaraq) sonra xəsis olduğun halda ölsən, Allah səni cəhənnəmə atacaq...”

Camius-saadat 2-ci cild 86-cı səhifə

Bəli, xəsislik xoşagəlməz mənfi xüsusiyyətlərdəndir və həm xəsis adamın özünə həm də başqalarına acı nəticələr yaşadır, onları inkişaf və tərəqqidən saxlayır. Cəmiyyətdə insanlar arasında soyuqluq və özgəlik yaradır. Bundan əlavə xəsislik həm də həmin insanın abrının getməsinə səbəb olur, xəsislikdən qurtula bilən şəxs insanlığın ali zirvəsinə yüksələ bilər.

Sevimli Peyğəmbərimiz (s) eləcə də o həzrətin Əhli-beyti (ə) insanlar arasında səxavət mədəni adıyla tanınmışdılar.

Məşhur tarixçi Məsudi “murucuz-zəhəb” kitabında yazır:

“Kasıb bir şəxs Übeydullah ibn Abbasın evinə getmək istəyir ancaq səhvən həzrət Muhəmmədin (s) hüzuruna gəlir, o həzrətin Abdullah olduğunu fikirləşdiyindən belə deyir: -Mənə kömək et ki, Allah da sənə ruzi versin (ruzini bol etsin), çünki mən eşitmişəm ki, Übeydullah ibn Abbas ondan kömək istəyən hər kəsə min dirhəm pul verir və ondan üzrxahlıq da edir.

Həzrət Muhəmməd (s) buyurdu: -Mən hara Übeydullah ibn Abbas hara?!

Kasıb kişi dedi: -Bəs sən şəxsiyyət ya sərvət baxımından kimsən?

Həzrət Muhəmməd (s) buyurdu: -Hər iki cəhət məndə var.

Kasıb kişi dedi: -İnsanın şəxsiyyəti onun alicənablıq və xeyirxahlığına bağlıdır, belə olsan deməli, şəxsiyyətə malik olacaqsan.

Həzrət Muhəmməd (s) iki min dirhəm pul verdi və ondan üzrxahlıq etdi.

Kasıb kişi dedi: - Əgər sən Übeydullah ibn Abbas deyilsənsə ondan daha yaxşısan. Yox, əgər Übeydullah ibn Abbas olsan bu gün dünənə qədərdən daha yaxşısan.

Həzrət Muhəmməd (s) ona daha min dirhəm pul verdi.

Kasıb kişi dedi: -Əgər sən Übeydullah ibn Abbas olsan zamanın ən səxavətli adamısan, mənə elə gəlir ki, sən elə adamların arasında qərar tutmusan ki, Həzrət Muhəmməd (s) də sizin aranızdadır. Səni and verirəm Allaha, mənə de görüm sən həzrət Muhəmmədin (s) özü deyilsənmi?

Allahın Rəsulu buyurdu: -Bəli, mən Muhəmmədəm.

Kasıb kişi dedi: -And olsun Allaha ki, səhv etmədim, lakin şəkk və tərəddüd məni fikirə daldırdı, çünki gördüyüm bu parlaq və ürəkaçan gül-camal yalnız həzrət Muhəmməd (s) və onun Əhli-beytində (ə) ola bilər.”

Sonda onu da deyək ki, xəsisliyin maddi və mənəvi olmaqla bir çox növ və qisimləri vardır, belə ki, hədislərdə başqalarına salam verməmək, vacibləri yerinə yetirməmək, Peyğəmbərə (s) və Əhli-beytə (ə) salavat göndərməmək, qohum-əqrəbasına əl tutmaqdan çəkinmək xəsisliyin ən pis növlərindən sayılmışdır.

Həzrət Muhəmməd (s) buyurur:

“Əsl xəsis yanında mənim adım çəkildikdə mənə salavat göndərməyən insandır”.

Biharul-ənvar 73-cü cild 306-cı səhifə

baxılıb: 12 dəfə