HAQQIMIZDA

İnsan yarandığı andan onun ən çox diqqət etdiyi mövzu Əxlaq olmuşdur. İnsanlar hamıya məhz əxlaqını nəzərə alaraq qiymət vermiş, əxlaqlı insnla dostluq və ünsiyyətə can atmış, əxlaqı kobud və ədəbsiz insanlarla ünsiyyətdən qaçmışlar.

Təsadüfi deyil ki, sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih, peyğəmbərliyə seçilməyi barədə buyurur:

“Mən əxlaqi kəramətləri (gözəl xasiyyətləri) tamamlamaq üçün Peyğəmbərliyə seçilmişəm.”

Əxlaqlı olmaq təkcə dindarın deyil, dini qəbul etməyən insanların belə həyatında başlıca vəzifəsidir.

Hər zamanda insanların əxlaqa ehtiyacı olub. Müasir zamanda isə Əxlaqa bütün zamanlardan daha çox ehtiyac var. Çünki elm və texnologiyanın inkişafı, dünyanın qloballaşmaya doğru getməsi, insanların ünsiyyət aləmində sərhədlərin götürülməsi, dünya əhalisinin sayının çoxalması, yad insanların televiziya və internet vasitəsilə evlərə daxil olması... Əxlaq və ədəbə yiyələnməyin daha zəruri olmasından xəbər verir.

Bu saytın məqsədi dünyadakı bütün azərbaycanlıların əxlaq və ədəbin üstün dəyərlərinə yiyələnməsi üçün nəzərdə tutulmuşdur. Bu sayt bir növ virtual əxlaq məktəbi rolunu ifa etmək fikrindədir.

Bu saytın məqsədi başqaları kimi ancaq problemi qabartmaq yox, əksinə əxlaqi, ədəbi və mənəvi problemlərin həlli yollarını açıqlamaq və izah etməkdir.
Əxlaq, ədəb və mənəvi problemləriniz varsa suallarınızı bizə yazın, biz isə sizlərə əlimizdən gələn köməyi edəcəyik, inşaAllah.
Bu sayt Azərbaycan xalqının bütün sinif və təbəqələrinə istisnasız olaraq məxsusdur.
Biz bütün azərbaycanlıları fəhlə, kəndli, qulluqçu, ziyalı, alim, usta, müəllim, tələbə, tacir, sahibkar, vəzifəli... olmasından asılı olmayaraq əxlaq və ədəbi ilə bütün dünya əhalisinə nümunə və örnək kimi görmək istəyirik.

“Əxlaqi dəyərləri yayma mərkəzi” adı ilə bir tərbiyə ocağını gələcəkdə yaratmaq niyyətindəyik.

baxılıb: 2992 dəfə