Yeniyetmə əxlaqı

Yaxşı dost

İsa peyğəmbərin təvəllüdü münasibətilə


İsa peyğəmbərin şagirdləri ondan soruşdular: “Ey Ruhullah! Səndən sonra kimlərlə oturub duraq? Həzrət İsa əleyhissalam buyurdu:
قَالَتِ الْحَوَارِيُّونَ لِعِيسَى يَا رُوحَ اللَّه مَنْ نُجَالِسُ قَالَ مَنْ يُذَكِّرُكُمُ اللَّه رُؤْيَتُه ويَزِيدُ فِي عِلْمِكُمْ مَنْطِقُه ويُرَغِّبُكُمْ فِي الآخِرَةِ عَمَلُه
“Elə insanla yoldaşlıq edin ki, onu gördükdə Allahı xatırlayasınız, onun sözləri sizin elminizi artırsın, onun əməli (hərəkətləri) sizi axirətə rəğbətləndirsin (meyilləndirsin).”
əl-Kafi 1-ci cild 39-cu səhifə
.
Hər bir insan gün ərzində müxtəlif insanlarla ünsiyyətdə olur. Amma bununla yanaşı kimlərləsə daha çox vaxt keçirir. Elə insanlar var ki, onun vaxtının çoxu iş yerində keçir, elələri də var ki, vaxtının bir hissəsini dostları və yoldaşları ilə keçirir. İnsan təsir qəbul edən varlıq olduğu üçün istər işdə, istərsə də başqa yerlərdə ünsiyyətdə olduğu insanların ruhi vəziyyətləri birbaşa ona təsir edir. Belə ki, onun ətrafı və gün ərzində oturub durduğu yoldaşlar münasib olmadıqda həmin insanın iradəsi günü-gündən zəifləyir, əzmkarlığı itir. Həyatda uğurlar qazanmağa iradəsi olmur, verdiş etdiyi pis adətlər nə qədər kiçik də olsa onları tərk edə bilmir.
Bəzən insan elə adamlarla dostluq edir ki, onların çoxu avara, şəhvətpərəst, xəyalpərəst, məsuliyyətsiz, əylənmək həvəskarı və tənbəldirlər. Belə adamlarla oturub duran şəxsin iradəsi zəifləyir.
"İki dost birlikdə gölə gedirdilər, yolda aralarında mübahisə yarandı, biri o birinə sillə vurdu. Sillə vurulan dost heç bir söz demədən əlinə bir çubuq götürüb yerdəki qumların üzərində belə yazdı: -Bu gün mənim dostum əsəbləşdiyindən mənə bir sillə vurdu.
Onlar yollarına davam etdilər, nəhayət gəlib gölün kənarına çatdılar. Çimmək üçün soyunub gölə atıldılar. Sillə dəymiş dost göldə batmaq təhlükəsi ilə üzləşdi, nə qədər çabalasa da xeyiri yox idi, o biri dost dərhal dostunun köməyinə gəlib onu xilas etdi. Sudan çıxandan sonra sillə vurulan dost əlinə bir mismar götürərək gölün kənarındakı böyük daşlardan birinin üzərinə belə yazdı: -Bu gün dostum mənə nicat verdi, məni batmaq təhlükəsindən xilas etdi.
O biri dost dedİ: -Nə üçün bayaq sözünü qumun üzərinə, indi isə daşın üzərinə yazdın?
Dostu ona belə cavab verdi: -Dostun səni incidən zaman öz etirazını qumun üzərinə yazmalısan ki, güzəşt və bağışlama küləyi onun xətasını silib unutdursun. Ancaq dostun sənə yaxşılıq edəndə öz sevincini daşın üzərinə yazmalısan ki, dostluğumuzu istəməyən küləklər bi-birimizə olan mehribanlığı qəlbimizdən silə bilməsin."
Odur ki, həyatda düzgün hədəf və proqramı olan, əqidəli, ağıllı, əxlaqlı, ciddi və çalışqan insanlarla dostluq etmək lazımdır.
Elə insanlarla oturub durun ki, onlar həm öz vaxtlarına həm də sizin vaxtınıza dəyər verirlər, onların elm və mərifətləri, uğur və müvəffəqiyyətləri sizdən daha çoxdur, belə olduqda siz zəif iradədən qurtulacaqsınız və sizin iradəniz tədriclə güclənəcək, dünya və axirət səadətinə nail olacaqsınız.
 

baxılıb: 576 dəfə