14 Məsum və əxlaq

Yoluxucu mənəvi xəstləliklər


Pis yoldaşın təsiri
.
Həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- dəfələrlə buyurardı:
اللّهُمَّ إنّي أعوذُ بِكَ مِن صاحِبِ غَفلَةٍ ، وقَرينِ سَوءٍ
“Allahım! Qəflətdə olan yoldaşdan və pis (xasiyyətli) dostdan sənə sığınıram!”
Əz-Zöhd (müəllif: İbn Mübarək) 303-cü səhifə
.
Dostlar, bəzi cismi xəstəliklər yoluxucudur, çiçək xəstəliyi kimi. Çiçək xəstəliyinə tutulmuş insanla bilavasitə əlaqədə olanlar həmin xəstəliyə yoluxurlar. Pis xasiyyətlər və mənəvi xəstəliklər də çiçək xəstəliyinin mikrobları kimi yoluxucudurlar. Məsələn, təkəbbür və lovğalıq da yoluxucu mənəvi xəstəlikdir. Hər hansı bir insan Çiçək xəstəliyinə düçar olmuş insanla birgə yemək yeyəndə o xəstəliyə yoluxduğu kimi, təkəbbürlü adamla ünsiyyət və dostluq edən şəxs də tədriclə lovğa və təkəbbürlü olur.
Qəflətdə olan adamla oturub duran insan qafil və nadan olur.
Dünyapərəst və tamahkar adamla yoldaşlıq edən şəxs dünyapərəst olur.
Həmçinin həyatda hədəfi öz mal-dövlətini və maddi imkanlarını camaata göstərərək onlara yanğı vermək olan adamla dostluq edən insan onun bu pis xasiyyətinə yoluxur.
Camaatın qeybətini edən adamla ünsiyyət və yoldaşlıq edən insan qeybətcil və qeybət etməyi sevən adama çevrilir.
Odur ki, sevimli Peyğəmbərimiz (s) həyatı boyu dəfələrlə Allah Taalaya dua edərək yoluxucu əxlaqi xəstəliklərə tutulmuş admalardan uzaq olmasını istəyir.
Əgər biz əxlaqımızı düzəltmək və özümüzü islah etmək istəyiriksə gözəl əxlaqi xasiyyətlərə yiyələnmək üçün çalışmaqdan əlavə pis əxlaqi xəstəliklərə yoluxmuş adamlardan uzaq durmalıyıq.
 

baxılıb: 60 dəfə