14 Məsum və əxlaq

Əfv etmək və bağışlamaq

Əfv etməyi və bağışlamağı
İmam Məhəmməd Baqirdən (ə) öyrənək!
.
İmam Məhəmməd Baqir əleyhissalam zəhərlənərək yatağa düşdüyü zaman qulam və xidmətçilərini iki dəstəyə böldü; yaxşı və pislər. Daha sonra pis qulamların hamısını azad etdi, yaxşıları isə saxladı.
Oğlu imam Cəfər Sadiq əleyhissalam atasına dedu: "Atacan, yaxşıları saxlayıb pislıri azad etdin?! Halbuki bağışlanmaq pislərin xeyirinədir və onlar üçün mükafat sayılır. Elə isə nə üçün pisləri azad etdin?
İmam Məhəmməd Baqir əleyhissalam buyurdu:

انهم قد اصابوا منی ضربا فیکون هذا بهذا

O pis qulamlar xətalar etmiş və mən onları o xətalarına görə tənbeh etmişəm, cəzalandırmışam. Mənim onları azad etməyim vaxtilə onları cəzalandırdığımın əvəzidir.
Qısa izah:
İmam Məhəmməd Baqir əleyhissalam ölüm yatağında onları vaxtilə etdikləri xətalarına görə cəzalandırdığına rəğmən bu ölüm zamanında onların da İmamdan (ə) razı olmalarını istəyir. Bu əvəz ədəb və tərbiyə cəhətindən çox böyük əhəmiyyət kəsb edir. 
Elə isə əfv etməyi və bağışlamağı bacaraq, hətta cəzalandırdığımız və tənbeh etdiyimiz adamların da qəlbini almağa çalışaq. Deməyək ki əşşi xəta ediblər cəzalarına çatıblar.
İkincisi, bu hərəkətimiz onların qəlbində kin toxumlarının cücərməsinə mane olur, qəlbləri düyün bağlamır.
Üçüncü, bu hadisə ölüm anının nə qədər qorxulu olmasının əlamətidir, ölüm anının çox çətin olmasını həm Qurani-Kərim ayələri həm də hədislər təsdiq edir. Biz bu hərəkətlərimiz ilə ölümün çətinliyini asanlaşdırırıq. Çalışaq ki heç kimin qəlbinə dəyməyək, xətrinə dəydiyimiz və bizdən incimiş insanların könlünü alaq.

baxılıb: 11 dəfə