Əxlaqi Problemlərin müalicəsi

Tənhalıqdan uzaqlaşaraq ictimai insan olmağı yolları

Bəzi insanlar müxtəlif məlum səbəblər üzündən tənhalığa qapılırlar, insanlara pis gözlə baxırlar, onlara elə gəlir ki, yer üzündə yaxşı insan yoxdur, stress və iztirab halına düşürlər. Bu hal çox pisdir, bu vəziyyətdən qurtula bilməyən insanlar hətta ihtihara belə əl atırlar. Belə insanların tənhalığa qapılmaları və beləliklə də hamıya pis gözlə baxmalarının qarşısı alınmalıdır. Belə insanlar həyata baxışlarını dəyişməli və ən önəmlisi həqiqi təqsirkarın onların özləri olduğunu qəbul etməlidirlər.
Əxlaq ustadları tənhalıqdan qurtalmaq və ictimai insan olmağın çarə və əlac yollarını açıqlamışlar:

.

1- İmanın möhkəmlənməsi

İnsanın hiss və rəftarının bünövrəsi Allaha iman gətirməkdir. Məhz Allaha iman gətirməklə həyatda ən çətin işləri etmək və üstəlik həmin işlərdən ləzzət almaq mümkündür. Deməli, həyatdan ləzzət almağın çarəsi imanın möhkəmlənməsidir.

.

2- Həyat üçün nizamlı planlaşdırma

Həyatınız üçün hərtərəfli və mükəmməl planınız olmalıdır, həmin planda sizin təhsil, məşğuliyyət, şəxsi işlər, sağlam əyləncə, ibadət, istirahət və sair məqsədləriniz zaman və saata bölünməklə qeyd edilməlidir. Proqram və cədvəlinizi bir kağıza yazaraq onu diqqətlə icra edin, hər bir tərəqqi, irəliləyiş və müvəffəqiyyətniz üçün özünüzə mükafat təyin edin. Mükafatınız özünüzü alqışlamaq, gəzməyə getmək, xoşladığınız yeməyi yemək və sair istəyiniz ola bilər.

.

3- Sağlam əyləncə
Həyatın zəruri məsələlərindən biri də sağlam (halal) əyləncə və istirahətdir. Həftədə bir dəfə təbiətin qoynunda yemək yeyin, şəlalə və çay qırağına gedin, meşələr və dağlara səyahət edin...

.

4- Gül-çiçəkdən zövq alın

Həyətiniz varsa həyətdə kiçik də olsa gül bağçanız olsun. Gözəl və ətirli güllər əkin. Həyətiniz yoxdursa evdə güldanlarda güllər yetişdirin...

.

5- İnsanlar ilə səmimi və faydalı rabitənizi möhkəmləndirin

Bizım hamımızın məhəbbətə və başqaları tərəfindən qəbul edilməyə ehtiyacımız vardır, məhəbbət və yaxşı insan kimi qəbul edilmə istəyimizi əsasən dostlarımız təmin edirlər. Bu ehtiyacın təmin edilməsi insana ləzzət və sevinc hissləri bəxş edir. Odur ki həyatınızda sizi qəbul edən və dəyər verən səmimi dostların varlığı əhəmiyyətlidir. Bunun üçün əvvəla özünüz dostluğa layiq olmalısınız sonra özünüzə dost tapmalısınız. Elə bir dost ki sizə Allahı xatırlatsın, çətinliklədə sizi tərk etməsin, həmizə sizin yardımçınız və dərdinizə şərik olsun. Belə dostlarla rabitənizi möhkəmləndirin.

.

6- İnsanlarla qaynayıb-qarışın

İctimai yığıncaqlarda, dini məclislərdə və tədbirlərdə iştirak edin. Belə məclisləri heç vaxt qaçırmayın. Əlbəttə məqsəd faydalı və ağıl əsasında olan məclislərdən gedir, fəsad və pozuculuq məclislərindən yox.

.

7- Namazlarınızı əvvəl vaxtında qılın

Namazları əvvəl vaxtında qılmağa xüsusi əhəmiyyət verin, hər gün Quran oxuyun və ayələr barədə düşünün.

.

8- Mənfi fikirləri müsbət fikirlərlə dəyişin

Çalışın mənfi fikirləri özünüzdən uzaqlaşdırıb əvəzində müsbət və düzgün fikirlərə sahib olasınız. Özünüzün aciz və ya bədbəxt olduğunuzu fikirləşmək əvəzinə sizdən daha pis şəraitdə olanlar barədə fikirləşin. Kimsəsizlər barədə, ailələrində narkomanla giriftrçılıqda olanlar barədə, maddi vəziyyətləri acınaqcaqlı halda olanlar barədə fikirləşin. Həyatınızdakı müsbət hadisələri yadınıza salın...

.

9- Hər gün yarım saat idman edin

.

10- Elm və incəsənətlə başınızı qatın

Günün bir hissəsini yaradıcılığa sərf edin, xoşladığınız əmək işləri ilə məşğul olun.

.

11- Kiçik (əsasən dostlardan ibarət) məclislərdə həmçinin daha çox rahatlıq və asudəlik hiss etdiyiniz məclislərdə yaxından iştirak edin və fəal olun. Bu işlərinizi ətrafınızdakılara salam vermək, onlara xoş söz deməklə başlayıb tədriclə daha böyük və mühüm işlərə doğru tərəqqi edin.

.

12- Vaxtaşırı həzrət Muhəmmədə (s) və onun Əhli-beytinə (ə) təvəssül edin.

baxılıb: 87 dəfə