Əxlaqi Problemlərin müalicəsi

Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq?

Stressə düşməmək üçün nə edək?

Mümkün qədər stressi yaradan amilləri azaltmaq və bacardıqca stress ilə qarşılaşmalarda möhkəm və mətin olmaq lazımdır. Bəzən həyatımızda kiçicik bir dəyişiklik , rəngarənglik və müxtəliflik edərək heç olmazsa yaxın rayonlardan birinə səfərə çıxıb özümüzə istirahət fürsəti yarada bilərik ki, bu bir çox stessləri bizdən uzaqlaşdıracaqdır.

Biz hamımız stessi təcrübədən keçirmişik. Bu zamanlar ürəyin döyüntüsü çoxalır, ovucumuz tərləyir və ilaxır. Bəzi vərdişlər insanda stressin çoxalmasına səbəb olur; yemək, içmək, yatmaq və hətta insanlarla rəftar növlərində də stress çoxala bilir.
İnsanda stressin yaranması aşağıdakı səbəblərdən ola bilir:

1- Kofeindən çox istifadə etmək

Gün ərzində bir neçə dəfə kofe içmək insanın həddən çox təhrik olunmasına səbəb olur və onun iztirabını artırır. Odur ki, kafeinli içkilərdən istifadəni azaldln.

.

2- Problem və dərdlərini başqalarına danışmaq

Bəzi hallarda sizə yaxın olan dost ilə birlikdə oturub problem və çətinlikləriniz barədə danışmaq istəyirsiniz, amma yaxşısı budur ki, söhbətlərinizi uzatmayasınız. Çünki çətinlik və müşküllər barədə uzun-uzadı danışmaq, başqa sözlə yalnız mənfi şeylər barədə söhbət etmək stressin çoxalmasına səbəb olur.

.

3- Dəyişə bilməyəcəyiniz mövzular ilə zehninizi məşğul etməyin

Boynumuza almalıyıq ki, həyatımızda dəyişə bilməyəcəyimiz şeylər çoxdur. Keçmişdə baş vermiş səhvlərimizi həmişə gündəmdə saxlamağımız heç bir çətinliyimizi həll etməyəcək. Dəyişilməsi mümkün olmayan mövzular barədə nigarançılığın heç bir faydası yoxdur. Odur ki, ən yaxşı yol keçmişin səhv və xatalarını unutmaqdır.

.

4- Qeyri-sağlam qidalar yeyirsiniz

Stress bəzi hallarda insanı ziyanlı qidaları yeməyə sövq edir, ancaq bilin ki, qeyri-sağlam qidalar sizin cismi və zehni vəziyyətinizi daha da pisləşdirə bilər. Yeməyə həvəsiniz artırsa sağlam qidalar yeyin. Kolbasa-sosiska məhsulları, çipsi, rəngli qazlı sular, konserva məhsulları, mayonez, ketçup, yarımfabrikat qidalar, şokolad batonları, sovurma konfetlər, popkorn və sair bu kimi məhsullar qeyri-sağlam qida sayılır.

.

5- İşlərdə birincilik şərtinə əməl etmirsiniz

Bəzən gün ərzində bir neçə işi etmək könlünüzdən keçir. Nigaran olmayın, dərindən nəfəs alın və birincilik şərtinə əməl edərək işlərinizi başa çatdırın. Birincilik şərti budur ki, əvvəlcə ən mühüm və lazımlı işdən başalyasınız. Bir işi qurtardıqdan sonra o biri işə başlayın. Yadınızdan çıxmasın ki, eyni vaxtda bir neçə işi yerinə yetirmək yaxşı nəticələr vermir.

.

6- Yuxunuz lazımı qədər deyil

Yuxunun azlığı insanda halsızlıq, fikri yorğunluq, huşsuzluq, kobud xasiyyət və sair xoşagəlməz xüsusiyyətləri yaradır ki, bunlar da stressi yaradan və çoxaldan amillərdirlər.

.

7- Özünüzün və başqalarının davranış və hərəkətlərini həddən çox araşdırırsınız

İndiyə qədər sizdə belə bir hal olubmu ki, insanlarla söhbət etdikdən bir neçə saat sonra nigaran olmusunuz ki, “bəlkə də mən onunla (onlarla) pis danışdım” , “başqa cür danışdaydım daha yaxşı olardı” , “filankəs barədə o sözü gərək deməyəydim” . Arxayın olun ki, bu qədər xırdalıqlara getmək yalnız sizin ağlınıza gəlir. Söhbətləri bu qədər təhlil etmək insanda stressin yaranmasına səbəb olur.

.

8- İdman etmirsiniz

İşləriniz çox olduqda onların bəzilərini təxirə salırsınız, təxirə salınan birinci iş adətən idman olur.  Halbuki yüngül idmanı tərk etməməyə çalışın, yatmazdan əvvəl yüngün idman etməklə stressi özünüzdən uzaqlaşdırarsınız və həm də yaxşı yuxu nəsibiniz olacaqdır.

.

9- Gündəlik proqram və planınız yoxdur

Bir sutka 24 saatdır, ancaq bəzən bir günlük işdən daha böyük məsuliyyəti bir gündə etməyi boynunuza götürürsünüz. Adətən söz verib məsuliyyəti boynumuza götürdükdən sonra o iş barədə fikirləşib bacarmayacağımızı başa düşürük. Elə isə gündəlik proqramımız olmalı, hər hansı işi boynumuza götürmək istəyəndə vaxtımızı nəzərə alıb qərar verək.

.

10- Bütün işləri özünüz etmək istəyirsiniz

Siz elə bilirsiniz ki, işi yalnız siz özünüz yaxşı şəkildə yerinə yetirə bilərsiniz, başqaları yarıtmayacaq. Belə olduqda siz bütün günü təzyiq və sıxıntıda olacaqsınız. İcazə verin başqaları da sizə kömək etsinlər, təki stress sizdən uzaq olsun.

.

11- Bütün diqqətinizi pisliklərə yönəltmisiniz

Günlər pis və yaxşı olmaqla gəlib gedirlər. İztirablı və stressdə olan adamlar yalnız pis hadisələr və pis hallar üzərində qalırlar, günlərin yaxşılarına diqqət etmirlər. Çalışın hər şeyin yaxşılarını görün, qəm və kədər əvəzinə ümid və sevinc sizin qəlbiniz və simanızdan əskik olmasın.

.

12- Tələskənsiniz

Nigaran və iztirablı insanlar öz işlərində çox tələsdiklərindən stressə o qədər düçar olurlar ki, işləməyin ləzzətindən məhrum olurlar. İşlərinizi azldın ki, işləməklə eyni zamanda işlərinizdən həzz ala biləsiniz. İşlərdə tələsmək stressin yaranmasına və çoxalmasına səbəb olur. 

baxılıb: 154 dəfə