Əxlaqi Problemlərin müalicəsi

Başqalarının təsiri altına düşməmək üçün nə edək?

Həyatda başqalarının təsiri altındayam, heç kimə “yox” deyə bilmirəm, halbuki həmin işi etmək istəmirəm.

Yox sözünü deməyə qorxuram ki, birdən məndən inciyərlər. Çox vaxt başqalarının işini özümdən və ailəmdən qabağa salıram. Mən nə edim ki, öz ürək sözümü deyə bilim və çıxılmaz vəziyyətlərdən qurtulum?

.

- Başqalarının təsiri altına düşmək barədə niğaran olmayın, çünki insanın təbii xüsusiyyətlərindən biri də təsirlənmək, təsir altına düşməkdir.

Əgər təsir altına düşmək ağlabatan olarsa, məsələn, sizin səliqə-sahmanlı, nizam-intizamlı bir dostunuz var ki, dərslərində və işlərində çox ciddi, çalışqan və məsuliyyətlidir, belə bir şəxsin təsiri altına düşməyiniz və nəticədə sizin də ciddi və nizam-intizamlı olmağınız yaxşı şeydir. Çünki əsas budur ki, insan həyatda yaxşı nümunə və örnəklərdən istifadə etməlidir.

Əgər sizin “təsir altına düşmək”dən məqsədiniz başqaları tərəfindn həddən ziyadə təsirlənmək və iradənizin zəifliyinə görə hər mövzuda təsir altına düşməkdirsə bu, mənfi təsirlənmədir. Həddən çox başqalarının təsiri altına düşməmək üçün:

- Öz düşüncələrini formalaşdırın, yoxsa başqaları sizin fikirlərinizi formalaşdıracaq.

- İstəklərinizi həyata keçirin və əməli edin, yoxsa başqaları sizin üçün plan tərtib edəcək.

- Hər hansı işin ardınca getdikdə özünüzə belə bir sual verin : “Bu işin ardınca getməyim düzgündürmü?”

- Hər hansı hadisə ilə rastlaşdıqda və özünüzdə ona meyil yaranmadığını gördükdə bir anlığa səbir edin və bu təmayülün səbəbini tapın.

- Hər bir işi etməzdən əvvəl  o işin ehtimal edilən aqibət və nəticələrini araşdırın.

- Həmişə hədəfiniz üzərində qalmağa çalışın.

.

Araşdırmalara görə başqalarının təsiri altına düşmək, özünün və ailəsinin haqqını başqalarının istəkləri qarşısında müdafiə edə bilməmək, öz fikir və istəklərini başqalarına deyə bilməməyin səbəbləri əsasən aşağıdakılardır:

1- Yetərincə özünəinam hissinə malik olmamaq

2- Özünü qüsurlu, möhtac və natamam sanmaq

3- Başqalarını daha böyük və mühüm bilmək

4- Başqalarında umacaq və intizarı çəkilən şeylərin olmasını fikirləşmək

Bu və sair səbəblər bir çox işləri etmək cürətini insandan alır, belə ki hətta öz nəzər və fikrini qarşı tərəfə deməyə gücü çatmır.

Belə adamlar əsasən özünü qüsurlu, natamam və nöqsanlı bilirlər, odur ki utancaqlıq onların ən məşhur xasiyyəti olduğu üçün başqaları ilə münasib və qarşılıqlı rabitə qura bilmirlər.

Çalişın elə bu gündən etibarən cəsarət və cürətinizi artırmaq, bunun ardınca isə özünəinam hissini özünüzdə gücləndirmək üçün 3 mühüm məharət və bacarıq ilə özünüzü təmin edin.

.

1- Çəkinmədən öz hisslərini açıqlayın.

Qarşı tərəfi ittiham etmədən və onların xətrinə dəymədən açıq şəkildə hiss və istəklərinizi “təəssüf edirəm, mənim başqa planım var” , “təəssüf edirəm, bu işi edə bilməyəcəm” , “bağışlayın sizinlə gedə bilməyəcəm” , “çox təəssüf, mən ora gələ bilməyəcəm” və sair bu kimi sözlərdən istifadə edin. Bu üslub sizi başqalarının gözündə daha hörmətli və izzətli edəcəkdir.

.

2- İnsanlarla yekdil və həmfikir olun.

İnsanlarla səmimi rabitənin güclənməsi yolundə yekdillik çox mühüm bir məharət və bacarıqdır. Əgər başqalarının arzu və istəklərini başa düşüb qəbul etsəniz, onlar sizin qərarınızı çox rahatlıqla qəbul edəcəklər. Bu, onların hər istəyini qəbul etmək mənasına deyil, əksinə siz onların istəyi ilə müxalif ola bilərsiniz, ancaq onların istəyini dərk etdiyinizi və onlara ehtiram etdiyinizi göstərməlisiniz.

.

3- Bacarıq və bilik.

Öz hisslərinizi qarşı tərəfə açıqlayaraq onlarla yekdil olduğunuzu göstərsəniz sizin işləriniz ağıl və müdriklik əsasında olacaqdır. Heç kim məcbur edilməyi xoşlamır.  Başqaları sızı hər hansı işə məcbur etsələr geri çəkilmək əvəzinə öz istəyinizdə möhkəm dayanın, elə reaksiya verin ki, onların sevgisini özünüzə cəlb edə biləsiniz.

Həmçinin cürətli və qətiyyətli insanların rəftar və sözlərindən özünüz üçün nümunə və nüsxə götürə bilərsiniz. Görün, onlar nə deyirlər, necə deyirlər, sözlərini dedikləri vaxt əl-qol hərəkətlərini necə edirlər, təki onlardan ülgü götürə biləsiniz.

Sonda onu da deyək ki, cürət və cəsarət bacarığında uğur qazanmaq üçün əvvəlcə kiçik və az ziyanlı işlərdən başlamaq lazımdır. Həmçinin yadınızdan çıxmasın ki, hər hansı bir bacarıq və hünərə malik olmaq üçün davamlı məşq, ciddiyyət və çalışmaq lazımdır, bundan daha mühüm isə həmin bacarıq və hünəri yerində və düzgün şəkildə işlətməyi bacarmalısınız.

baxılıb: 160 dəfə