Əxlaqi Problemlərin müalicəsi

Çox yatmağın qarşısının alınması yolları

Sual: Mən sutkada on bir, on iki saat yatıram, ona görə də bütün günü halsız və fikirli oluram. Faydalı bir iş görə bilmirəm, kitab oxumağa hövsələm çatmır. Az yatmaq istəsəm də özümlə bacarmıram. Çox yatmağımın qarşısını necə ala bilərəm?

Cavab:

Yuxusuzluq kimi çox yatmaq da yuxu pozuntularından biridir, bunun əlacı üçün çox yatmağın səbəbləri dəqiq araşdırılmalıdır.

Ancaq ümumilikdə çox yatmağın qarşısının alınması üçün müxtəlif yollar vardır, o cümlədən:

1- Çox yatmağa səbəb olan ən mühüm amil axşam vaxtı çox yeməkdir. Odur ki axşamlar az yeyin.

2- Əgər soyuq məzaclısınızsa qatıq, badımcan, turşu kimi yeməklərdən çəkinin, çünki o yeməklər sizdə yuxuya aludəçiliyi çoxaldır. Əgər isti məzaclısınızsa təbiəti isti olan yeməklərdən çəkinin, çünki onlar yuxunuzun çoxalmasına səbəb olacaqdır.

3- Yeməyinizi gecənin əvvəlində yeyin ki, siz yatana qədər həzm olsun.

4- İmkan daxilində Qeylulə (zöhr azanından bir saat əvvəldən zöhr namazına on beş dəqiqə qalmışa qədər) yuxusundan və yaxud günortadan sonrakı (yarım saatdan bir saata qədər) yuxudan yararlanın.

5- Gün ərzində ağır işlərlə məşğul olmaq insanda yuxuya aludəçilik yaratmaqdan əlavə həm də çox yatmağa səbəb olur. Əgər əğır işləriniz çox olursa onları azaltmağa çalışın.

6- Dəqiq plan qurmaqla yuxu müddətinizi azaltmağa çalışın. Bunula əlaqədar cədvəl də tərtib edin, məsələn, bir ay müddətində yuxunuzdan bir saat azaldacaqsınız. Hər 15 gündən bir 10 dəqiq (5 dəqiqə yuxunuzun əvvəlindən və 5 dəqiqə yuxunuzun axırından) yatmağınızdan azaldın.

Yəni vərdişinizi tədriclə sındırın. Bir aydan sonra -əgər hələ də çox yatırsınızsa, yenə həmin tərtiblə yuxunuzu azaldın. Ancaq bilin ki, yuxunuzun azalması cisminizin ehtiyacından çox olmamalıdır. Əsas yuxunuzun müddətinin normaya düşməsidir.

7- Buna da diqqət etməsiniz ki, sizin kimi insanlar üçün sutkada altı saatdan yeddi saatadək yatmaq zəruridir. Bu miqdarı azaltmağa səy göstərməyin.

8- Sübh namazından sonra üçün faydalı və zəruri plan tərtib edin. Məsələn, 20 dəqiqə Quran oxumaq, 30 dəqiqə mütaliə etmək, yaxud ibadət, idman və sair ilə məşğul olmaq.

Sonda onu da deyək ki, çox yatmağın səbəbi həmişə cismi amillərdən deyil, bəzi hallarda çox yatmaq bir sıra ruhi-mənəvi səbəblərdən də olur, o cümlədən:

- Depressiya, iztirab və nigarançılıq

- Yuxu rejiminin pozulması

- Dərmanlar və ya dərmanlardan ifrat dərəcədə istifadə

- Əsəbilik və şiddətli qəzəb

- Xəyalpərəstlik

- Yatmağın aşiqi olmaq

və ilaxır...

baxılıb: 198 dəfə