Əxlaqi Problemlərin müalicəsi

Qəzəb və hirs nigaranşılığın amillərindəndir.

Mən insanlarla ünsiyyətdə əziyyət çəkirəm, belə ki, çox tez əsəbləşirəm və tez özümdən çıxıram. Özümdən asılı deyil, özümlə bacara bilmirəm, mən nə edim ki, düzəlim?!

1- Özünüzü danlamaqdan çəkinin. Siz cismi xəstəliyin qarşısının alınmasının zərurətini anladığınız kimi bu mövzuya da elə ciddi baxmalısınız. Şəxsiyyət və mənliyinizi alçaltmayın, yoxsa bu iş sizdə özünəetimad hissini zəiflədəcək və getdikcə daha hövsələsiz olacaqsınız.

2- Özünüzdə gördüyünüz həm də başqalarının sizdə gördükləri müsbət xüsusiyyətlər, bacarıq və istedadlarınızı bir vərəqə yazıb özünüzdə saxlayın. Vaxtaşırı o vərəqə göz gəzdirin.

3- Sizdə olan müsbət və yaxşı xüsusiyyətlərə yüngül yanaşmayın, o xüsusiyyətlərin dəyərini bilin, onların sizdə olduğuna görə Allah Taalaya şükür edin.

4- Tezinciyən və tez hövsələdən çıxan olduğunuza görə sizə dəyən zərər və ziyanları isə başqa bir vərəqə yazın. Məsələn, siz hansısa bir söhbətda haqlı idiniz, ancaq siz tez əsəbləşdiyinizə və qarşı tərəfin isə aram olduğuna görə ətrafınızda olan insanlar haqqı sizə yox qarşı tərəfə verdilər. Bu hadisələri tarixi və təfərrüatı ilə birlikdə yazın.

5- Özünü ələ almaq  və qəzəbi cilovlaya bilmək, eləcə də qəzəb və hirsin qarşısının alınmasında olan faydaların siyahısını da yazmağı unutmayın. Məsələn, “əgər özümü ələ ala bilsəm və kəmhövsələ olmasam əsəbim sakitləşdikdən sonra vicdan əzabı və günah hissi mənim sorağıma gəlməz.”

6- Qarşı tərəflə danışıq zamanı özünüzdə əsəbilik halını hiss edən kimi cismi vəziyyət və yerinizi dəyişin. Qəzəblənmənin elə əvvəl anında cismi vəziyyətimizi və ya yerimizi dəyişməklə aramlıq və sakitliyimizi yenidən bərpa edə bilərik, ancaq bu ani surətdə baş verməlidir, çünki zaman keçdikcə biz özümüzü toparlaya bilməyəcəyik. Qarşı tərəfə qarşı zorakılıq, qəzəb, hirs və inciklik bizə qalib gələcək.

7- Özünüzü ələ ala bildiyiniz anlar sizin uğurunuzdur, bu uğurunuza görə sevinin, özünüzə qiymət verin. Bacarığınızı dəyərləndirməyiniz gələcək hadisələrdə də sizin bu cür davranmağınıza stimul olacaqdır.

8- İdman, bədən hərəkətləri və dərin nəfəs almaq (nəfəsi 8 saniyə saxlamaq sonra isə 8 saniyə ərzində nəfəsi buraxmaq) tapşırığı sizdə qəzəbin mötədilləşməsinə səbəb olacaq, eləcə də iztirab və gərginliyi azaldacaq. Əxlaq ustadları deyirlər ki, insanda tez incimək və tez əsəbləşməyin ana səbəblərindən biri iztirab və nigarançılıqdır.

9- Mənfi həyacan və emosiyalardan qurtulduğunuz zamanda da özünüzü danlamayın. Siz o hadisəni xatırlayıb kiçik bir şeyə görə şəxsiyyətinizi sual altına almağınız əvəzinə, özünüzə belə deyin: “Mənim müsbət cəhətlərim daha çoxdur, gələn dəfə əgər yenə belə bir hadisə ilə rastlaşmalı olsam aram və sakit olacaq, qətiyyən narahat olmayacağam.” Beləliklə uğur və müvəffəqiyyətlərə doğru irəliləmiş olacaqsınız.

10- İnsanların şəxsiyyətini məhv edən “hamı yaxud heç kəs” qanununa tabe olmayın. Bu qanunun mənası budur: “Qarşı tərəf mənim bütün sözlərimi və rəftarımı istisnasız olaraq mən istədiyim kimi qəbul etməlidir ya da mən onun əleyhinə olaraq ona etiraz edəcəyəm.”

11- Mənfi hisslərinizi heç vaxt zorakılıqla əlaqələndirməyin, çünki bu, sizdə iztirab və ruhi-böhran (depresiya) yaradacaq, həm də qarşı tərəfin gözündə siz xarab adam kimi yadda qalacaqsınız. Odur ki, əsəblərinizi qoruya bilməyəcəyinizdən qorxsanız söhbətinizi başqa vaxta keçirin. Münasib bir vaxtda qarşı tərəflə görüşərək tam aram və sakit halda ondan dəlillər ilə danışmasını istəyin və siz də öz dəlillərinizi gətirin. Yaxud da cavabınızı zarafat ilə qarşı tərəfə anladın.

12- Bilin ki, sizin sağlam ruhi halınız və hissiyyatınızın dəyəri çox böyükdür. Başqalarının hətta pis rəftar, davranış və sözlərinə görə əhvali-ruhiyyənizi təhlükə altına atmayın.

13- Bilin ki, əfv və güzəşt etməkdə olan ləzzət, intiqamda yoxdur. Siz yüksək mərifət və şüura malik olduğunuza görə qarşı tərəfə heç vaxt pis və kobud cavab verməyin. Çünki əgər siz də onun kimi “pis”dən istifadə etsəniz sizinlə onun arasında heç bir fərq olmayacaq. Əfv, güzəşt, bağışlamaq və fədakarlıq həm alicənablıq rəmzi həm də Peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) həyat üslubudur, elə isə siz də bu yol və üslubdan istifadə etməklə başqalarına örnək və nümunə olun.

14- Tez əsəbləşmək, tez incimək və tez hövsələdən çıxmaq kimi pis xüsusiyyətlərdən xilas olmaq üçün Allaha dua edin, Peyğəmbərə (s) və Əhli-beytə (ə) təvəssül edin.

baxılıb: 146 dəfə