Əxlaqi Problemlərin müalicəsi

Cəmiyyətin əxlaqi tənəzzülünün nəticəsi

İmam Hüseyn əleyhissalamın Kərbəla hərəkatının çoxlu dərsləri və ibrətləri vardır.


Cəmiyyətin əxlaqi tənəzzülünün nəticəsi!
.
Qurani-Kərim insanlara hidayət yolunu göstərən, düzgünlük və haqqı açıq aydın şəkildə insanlara izah edən bir kitabdır.
Allah Taala Qurani-Kərimin Sad surəsinin 29-cu ayəsində buyurur:
.
“(Bu Quran) ayələrində düşünüb arxasınca getmələri və ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır.”
.
Deməli, biz Qurani-Kərimdən möhkəm yapışmalı, onu tez-tez mütaliə etməli, ayələri barədə düşünməli, onun göstərişlərini həyatımızda tətbiq etməliyik.
Buna əsasən bir ayənin qısa şərhini nəzərinizə çatdırmaq istərdik.
Allah Taala Qurani-Kərimin Məryəm surəsinin 59-cu ayəsində buyurur:
فخلف من بعدهم خلف اضاعوا ال
صلاة و اتبعوا الشهوات فسوف يلقون غيا
“Sonra onların arxasınca namazı zay edən və nəfsi istəklərə tabe olan canişinlər gəldi. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n cəzasını) görəcəklər.”
.
Bu ayə Bəni-israil xalqı barədə nazil olan ayələrdəndir. Bu ayə onu çatdırır ki, Bəni-israildə çoxlu Peyğəmbərlər və möminlər olmuşdu. Onların sağ olduqları müddətdə camaatın çoxu yaxşı və xeyirxah insanlar idilər. Amma Peyğəmbərlər və möminlərdən sonrakı nəsillər tədriclə imansızlaşmağa və pisliklərə sarı sürüklənməyə başladılar. Axırda elə nəsillər əmələ gəldi ki, namazı zay etdilər və şəhvətlərin ardınca getdilər, şəhvət və ehtiras düşkünü oldular.
Ayədə işlədilən “xəlf” sözü pis canişin, pis davamçı deməkdir. Bunun əksi olaraq “xələf” sözü yaxşı canişin, yaxşı davamçı mənasındadır. Necə ki, Azərbaycan dilində pis övlada “naxələf” deyirlər. “Na” mənfi şəkilçidir, “xələf” isə yaxşı davamçı mənasınadır. İnkar mənasını verən “na” şəkilçisi “xələf” sözünün qarşısına gətirilərək sözün mənasını mənfiyə çevirir.
Ayədə işlədilən “əzau” sözü zay və puç etmək mənasınadır. Məsələn “əzaul mal” dedikdə məqsəd odur ki, “yəni sərmayəsini elə xərclədi ki, xeyir eldə edə bilməməsi bir yana, üstəlik ziyana da düşdü”. Deməli ayədə işlədilən “əzaus səlat” sözünün mənası namazı qılmamaq mənasında deyil, məqsəd budur ki, namazı quru şəkildə, möhtəvasız şəkildə qılırdılar.
Qurani-Kərimin buyurduğuna əsasən “namaz insanları pis işlərdən və günahlardan çəkindirəndir.” (Ənkəbut surəsi, 45-ci ayə)
Namazın xasiyyəti budur ki, insan öz ətrafında baş verənlərə, cəmiyyətdə baş verənlərə laqeyd olmamalıdır. Yəni, namaz insanda yaxşlıqlara dəvət və pisliklərdən çəkindirmək ruhiyyəsini yaratmalı, inkişif etdirməlidir. Bu iki hökmə, yəni “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmək” prinsiplərinə əməl edilərsə cəməyyətdə günah və cinayətlər azalar, günah az olan cəmiyyətdə Allah Taalala sitayiş edilər, ədalət, insaf və mehribanlıq hökmfərma olar.
Qurani-Kərim buyurur ki, onlar namaz mədəniyyətini canlandırmaq əvəzinə namazı zay etdilər, yəni namazın dəyərini aşağı saldılar. Namazın dəyəri cəmiyyətdə heçə endi, insanlar namaza faydasız bir adət kimi yanaşdılar.
Nə üçün Allah Taala məhz namazı meyar olaraq seçib?!
Ona görə ki, namaz insan ilə günahların arasında olan bir sədd və maneədir. Bu sədd sındıqda insanın şəhvətlər vasitəsilə günahlara bulaşacağı dəqiqdir.
Əğər namaz insanı yalan danışmaqdan, söyüş söyməkdən, qeybət etməkdən, pis fikirlərdən ... çəkindirmirsə, deməli namaz zay edilmişdir.
Bunun əksinə olaraq namazı diriltmək, namaza dəyər veməyin insana və cəmiyyətə çoxlu faydaları vardır.
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
“İnsanlar namazları ixlas ilə vaxtında qılarlarsa Allah Taala tərəfindən onlara xüsusi hədiyyələr hazırlanar ki, bu hədiyyələr onlara Qiyamat günündə təqdim olunar.”
.
Ayədə işlədilən “şəhvətlərə tabe oldular” cümləsindən məqsəd ehtiras düşkünü olmaq, dünya pərəstlik, pul pərəstlik...
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alihin vəfatından sonrakı tarixə baxanda görürük ki, müsəlmanlar arasında namaz tədriclə zay oldu, şəhvət və ehtirasları doyuzdurmaq hədəfə və məqsədə çevrildi. Bununla da günahlar və cinayətlərin qarşısını alan sədd sındı.
Günahsız adamları öldürmək, zina etmək, şərab içmək, beytulmalı qarət etmək, oğurluq etmək ... adi şeyə çevrildi.
Belə bir cəmiyyət üçün zamanın İmamını belə qətlə yetirmək ağır iş deyildi.
Əhli-sünnənin ən məşhur alimləri öz kitablarında belə bir hədis nəql etmişlər ki:
.
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurub:
“60 (altmış) il sonra elə bir naxələflər olacaqlar ki, namazı zay edəcəklər və şəhvətlərə tabe olacaqlar, beləliklə də onlar öz azğınlıqlarını görəcəklər. Onlar Quran oxuyacaqlar, amma onların boğazından aşağı keçməyəcək. Müsəlmanların hər üç bölümü Möminlər, Münafiqlər və Pis iş görənlər hamısı Quran oxuyacaqlar.”
Möcəmül əvsət 9-cu cild 131-ci səhifə
Kənzul ummal 11-ci cild 195-ci səhifə
Təfsiru ibn Kəsir 3-cü cild 134-cü səhifə
Durrul mənsur 4-cü cild 277-ci səhifə
Musnədu Əhməd ibn Hənbəl 3-cü cild 38-ci səhifə
Mustədrəkus səhihəyn 2-ci cild 274-cü səhifə
Məcməuz zəvaid 6-cı cild 231-ci səhifə
Səhihu ibn Həban 3-cu cild 32-ci səhifə
Bəli, Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alihin dedikləri öz təsdiqini tapdı. Hicrətin 61-ci ilində İraq məntəqəsinin Kərbəla çölündə özlərini müsəlman sayan yetmiş minə yaxın adam İmam Hsüeyn əleyhissalamı və onun qardaşlarını, dostlarını, tərəfdarlarını faciəli şəkildə qətlə yetirdilər.
Şümr imam Hüseyn əleyhissalamın başını bədənindən ayıraqaq əlinə götürdü və dedi: -Baş mənimdir, heç kimə verməyəcəm. Aparıb Yezidə verəcəm, əvəzində moxlu pul və mükafat alacağam.
Tarix kitablarında var ki, 10 nəfər atlı öz aralarında danışdılar ki, atları ilə İmam Hüseyn əleyhissalamın cənazəsinin üstündən o tərəf bu tərəfə keçsinlər, sonra da gedib Kufənin valisi İbn Ziyaddan hədiyyələr alsınlar.
Bunlar bizə dərs olmalıdır. Biz bu hadisələrdən ibrət götürməliyik.
Elə isə gəlin cəməyyətdə namazı bərpa edək, yaxşılıqlara dəvət və pis işlərdən çəkindirmək prinsipini dirildək. Bütün cəmiyyəti namazın faydaları, hikmət və fəlsəfəsi ilə tanış edək.
 

baxılıb: 310 dəfə