Əxlaqi Problemlərin müalicəsi

Saç düzümü və əxlaqi məsələlər

Saç düzümündə düzgün olmayan forma və stil

Sual: Uşağın saçının bir hissəsini keçəl qırxdırmağın və bir hissəsini tüklü saxlamağın hökmü nədir?
.
Cavab:
Həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) həyat yoluna nəzər saldıqda görürük ki, o həzrət uşaqların saçlarının bir hissəsinin qrxılması və başqa hissəsinin tüklü saxlanmasının əleyhinə olmuşdur.
Hədsilərin birində oxuyuruq:

قال اتي النبي ( صلى الله عليه وآله ) بصبي
يدعو له وله قنازع ، فأبى أن يدعو له ، وأمر بحلق رأسه

“Peyğəmbərin (s) yanına bir uşaq gətirmişdilər ki, Peyğəmbər (s) o uşaq üçün dua etsin. O uşağın saçının bir hissəsi keçəl qırxılmış və başqa qalan hissəsi isə tüklü saxlanmışdı. Peyğəmbər (s) onun üçün dua etmədi və (əvvəlcə) onun saçının qırxılmasına əmr etdi.”
Mustədrəku səfinətul bihar 2-ci cild 374-cü səhifə
.
Əmirəlmöminin Əli əleyhissalam da insanları bu işdən çəkindirərək buyurmuşdur:
“Uşaqların saçını “qəzə” surətində qırxmayın, yəni onların saçlarının bir hissəsini qırxıb başqa hissəsini tüklü saxlamayın.”
əl-Kafi 6-cı cild 40-cı səhifə
.
Başqa bir hədisdə isə belə oxuyuruq:

النبوي ( صلى الله عليه وآله ) : إحلقوه كله أو اتركوه كله . قاله لمن حلق
بعض رأسه فنهاهم عن ذلك

“Peyğəmbər (səllAllahu əleyhi və alih) (buyurdu) : Saçını ya tam (keçəl) qırx ya da onu heç qırxma (tüklü saxla). O (Peyğəmbər), bu sözü saçının bəzi hissəsini qırxmış bir adamı bu hərəkətindən çəkindirərkən buyurmuşdu.”
əl-Bəyan vət-tərif 1-ci cild 37-ci səhifə
.
Bu və sair hədislərə əsasən:
“ Saçın bir hissəsini keçəl qırxıb qalan hissəsini tüklü saxlamq məkruhdur (bəyənilmir), bu formada saç kəsiminə قزع (qəzə) deyilir.”
Cəvahirul kəlam 31-ci cild 258-ci səhifə

baxılıb: 248 dəfə