Əxlaqi Problemlərin müalicəsi

Hər gecə özündən hesabat al

Nəfs üzərində qələbənin yolu özündən hesabat almaqdan (“mühasəbə”dən) keçir. Bəzi Allah övliyaları özləri ilə dəftərçə gəzdirər, gördükləri hər işi oraya yazar, günün sonunda da əyləşib öz gördükləri işi hesablayırdılar ki, biz bu gün nə iş görmüşük, Allaha nə qədər itaət etmişik, nə qədər asi olmuş, nə qədər Onun əmrindən boyun qaçırmışıq.

İmam Kazım (ə) buyurmuşdur: “Hər gün özündən hesabat tələb etməyən bizdən deyil. Əgər yaxşı iş görmüş olsa, Allaha şükr etsin və Allahdan istəsin ki, daha yaxşı və daha çox edə bilsin. Əgər pis iş görmüş olsa, tövbə edib, əfv diləsin” (“Bihar əl-ənvar”, c. 67, səh. 72).

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İnsan öz nəfsindən hesabat tələb etmədən mömin olmaz. Bu, bir şəxsin öz şərikindən və ağanın öz köləsindən aldığı hesabatdan daha kəskin olmalıdır” (“Bihar əl-ənvar”, c. 67. səh. 72).

İmam Sadiq (ə) da buyurmuşdur: “Qəlb Allahın hərəmidir. Elə isə Onun hərəminə Ondan başqasına yol vermə.” (“Bihar əl-ənvar”, c. 67, səh. 25; “Came əl-əxbar”, 518).

Bəzən təyyarə eniş üçün hava limanına yan alır. Amma pilot xəbər verirlər ki, hava limanı qələbəlikdir. Çoxlu sayda təyyarənin enişi səbəbilə hazırda sizin enişiniz mümkün deyil. Qədr gecəsində də mələklər bizim qəlbimizə enirlər. Amma enmək üçün boş yer tapmırlar (Çünki bizim qəlnimiz dünya məhəbbəti ilə, ev-eşik, var-dövlət, post, vəzifə, şan-şöhrət, məşhurlaşmaq və s. məhəbbətlərlə ilə doludur). Onlar bunu görüb geri dönürlər.

Qəlbini Allahdan qeyrisindən böşalt ki, Allahın nuru, Allahın mələkləri sənin qəlbinə nazil olsunlar. Bir şəxs İmam Əliyə (ə) dedi ki, siz bu məqama necə yetmisiniz? İmam buyurdu: “Ürək evinin qapısı önündə əyləşdim və Allahdan başqasına (içəri girməyə) yol vermədim”.

Arı pətəyində daim bir neçə arı keşik çəkir. Əgər yad bir arı, yaxud pis qoxulu gülə qonmuş arı pətəyə daxıl olmaq istəsə, onun qarşısı keşikçilər tərəfindən alınır. Biz də bu arılardan dərs almalıyıq. Bir nəfər Ayətullah Ərakinin yanına gəlib ona moizə etməsini xahiş etdi. Ağa ondan soruşdu: “Peşən nədir?”

-        Dülgər, - deyə kişi cavab verdi.

-        Özün üçün də bir qapı düzəlt və ürəyinin qarşısına qoy! – deyə Ayətullah Əraki tövsiyə etdi.

Bir gün erkək bir sərçə həzrət Süleymanın (ə) yanına gəlib dedi: “Bu dişi sərçə mənə məhəl qoymur. Ona nə qədər sevgi göstərirəm, nə qədər sevgi, rəğbət göstərirəm, qarşılığında sevgisizlik görürəm”. Həzrət Süleyman (ə) dişi sərçəni çağırtdırıb izahat tələb etdi. Sərçə dedi: “O, mənə sevgi bəslədiyini yalan deyir. Başı altında başqasını da saxlayır və onu sevir”. Həzrət Süleyman (ə) zar-zar ağlamağa başladı. Bilirsənmi niyə? Yəni İlahi, olmaya biz də qəlbimizdə səndən başqasına yer vermişik? (“Bihar əl-ənvar”, c. 14, səh. 95)

Həzrət Məryəmə (ə) “(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!” (“Məryəm”, 25) – deyildikdə o, soruşdu: “İlahi, öncədən mənim ruzimi özün mehrabda hazır edirdin. İndi isə ağacı silkələ deyirsən? Xitab gəldi: Öncədən uşağın yox idi. Bütün fikrin bizim yanımızda idi. Ona görə biz də sənin bütün ehtiyaclarını ödəyirdik. Amma indi könlünün bir hissəsi bu uşaqdadır. Biz də bizdən ayrıldığı qədərincə ağacı silkələməyi tapşırdıq. Dedik ki, ağacı silkələ, xurma tökülsün və ondan ye! (“İsna-əşəri təfsiri”, c. 8, səh. 169)

Tələbə dərsdən əlavə nafilə namazlar qılmalı, müstəhəb əməllər yerinə yetirməli, namazdan sonra müstəhəb ayinləri yerinə yetirməlidir. Bizim ustadımız həzrət Ayətullah Hacı Şeyx Əli Əkbər Bürhan (Allah ona rəhmət eləsin!) buyurardı: “İnsan hər il novbarlıq etdiyi meyvə kimi müstəhəb namazı da il ərzində bir dəfə də olmuş olsa, novbarlıq etməli, dadmalıdır.”

Ayın ilk günündə namaz qılarkən “Məfatih”i götür, o ayın əməllərini oxu və əməl et. Quran və “Məfatih” sizin səccadənizin yanından kənarda olmamalıdır. Səhərlər sübh namazından sonra, gecələr isə yatmazdan öncə ən azı bir səhifə Quran oxu. Hər günün ziyarətnamələrini, dualarını oxu. Namazlardan sonra “Məfatih”də qeyd olunan əlavə əməlləri yerinə yetir.

Hacı Mirzə Əli Həstei buyurardı: “Bəylər, çərpələng əlavəsi olmadan havaya qalxmır. Əlbəttə, tələbənin müqəddəsliyi onun dərsinə zərbə vuracaq qədər çox olmamalıdır”.

Şeyx Ənsari sübh namazından sonra bir az əlavə dualar oxuyurdu. Sonra isə Süyutinin şeirlərini əzbərləyirdi. Tələbənin müqəddəsliyi mötədil həddə olmalıdır. Əsla namazdan sonrakı əlavə duaları, gecə namazını və digər müstəhəb əməlləri unutmamalıdır. Amma bütün vaxtını da bu növ əməllərə də sərf etməməlidir. Yaxud Quma gedərkən Cəmkəran məscidinə mütləq baş çəkməlidir. Belə də olmamalıdır ki, dərs günlərini tətilə çevirib Quma, Cəmkərana və ya digər müqəddəs məkanlara getsin.

Tələbə ağır və vüqarlı olmalıdır. Xüsusilə əgər ruhani libası geyinərsə, əməli, danışığı yüngül olmamalıdır. Həmişə diqqət etməlidir ki, çox zarafat etməsin, çox gülməsin, yaxud camaatın gözündə özünü kiçildəcək bir iş görməsin, əksinə həmişə öz vüarını qorusun.

Peyğəmbər (s) buyurur: Alim az gülməli, çox ağlamalı, zarafat etməməli, səsini ucaltmamalı, cidal etməməlidir. Danışarsa, danışdığı haqq olar, bir sözü deməyib susması o sözün puç olduğuna görə olar. Bir bəhsə girsə, mülayimliklə bəhs edər, bəhsdən uzaqlaşarsa, həlimliklə uzaqlaşar. (Kənz əl-ummal 29289-cu hədis).

Əxlaq ustadı Mərhum Müctəhidi

baxılıb: 376 dəfə