Əxlaqi Problemlərin müalicəsi

Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!

Əgər gec qocalmaq, həmişə sağlam və təravətli olmaq istəyirsinizsə fikir çəkməkdən, qəmli qüssəli olmaqdan uzaq olun.

Əgər güc qocalmaq və həmişə sağlam və təravətli olmaq istəyirsinizsə fikir çəkməkdən, qəmli qüssəli olmaqdan uzaq olun.

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 143-cü hikmətdə buyurur:

و قال علیه السلام  الهم نصف الهدم

"Fikir etmək (qəm-qüssəli olmaq) qocalığın yarısıdır."

Hər bir şəxs diqqət etməlidir ki, çox fikir çəkmək, qəmli qüssəli və kədərli olmaq qocalığın daha tez insanın sorağına gəlməsinə səbəb olur. Qocalıqdan məqsəd yaşlılıq və ağsaqqallıq, ya ağbirçəklik deyil.
Qocalıqdan məqsəd cismin çürüməyə və zəifliyə məruz qalması, əldən və gücdən düşmək, halsızlıq və sair bu kimi xüsusiyyətlərdir.
Bundan əlavə çoxlu qəm qüssə və kədər içində olmaq, yəni çoxlu fikir etmək insana qocalığın batini xüsusiyyətlərini də gətirir. Məsələn, hözsələsizlik, əsəbilik, insanlara bədbinlik, tez incimək, təkliyi istəmək, camaatdan uzaq olmağa meyllilik...
.
Deməli, qocalığın bəyənilməyən istər cismi-zahiri istərsə də ruhi-mənəvi mənfi hallarından uzaq olmaq istəyən hər bir insan Əmirəlmöminin Əli əleyhissalamın bu misilsiz hikmətli kəlamına riayət etməli və həyatını şadlıq və sevinc üzərində qurmalıdır.
Bacardıqca fikir çəkməkdən, qəm-qüssə içində olmaqdan və kədərli olmaqdan uzaq olmalıdır.
Deməli, hədisin izahı budur ki, əgər gec qocalmaq, həmişə sağlam və təravətli olmaq istəyirsinizsə fikir çəkməkdən, qəmli qüssəli olmaqdan uzaq olun.
Onu da deyim ki, Tibb elminin alimləri Əmirəlmöminin Əli əleyhissalamın bu kəlamını  qeybi kəlamlardan sayırlar.
Çünki tibb elmi fikir çəkməyin və qəm-qüssəli olmağın insanın tez qocalmasına səbəb olmasını yalnız son dövrlərdə kəşf etmişdir. Halbuki imam Əli əleyhissalam bu sözü 1400 il əvvəl söyləmişdir.
Elə isə bu gözəl cümə gecəsində hamınıza təbəssüm, şadlıq və sevinc arzu edirəm.
Sizi sevinc və şadlığa dəvət edən insanlarla olun.
Sizin fikir çəkməyinizə və qəm-qüssəli olmağınıza səbəb olan insanlardan uzaq olun.

baxılıb: 343 dəfə