Əxlaqi Problemlərin müalicəsi

Qədr gecəsi yoxsa Qəbir gecəsi?!

Əxlaqımızı saflaşdıraq


Qədr gecəsi bizim müqəddəratımızı həll edən gecədir.
Səhih hədislərə əsasən sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih, xanım Fatimə əleyhasalam, həmçinin 12 imam əleyhimussalam da Qədr gecəsidirlər.
14 Məsum əleyhimussalam Qədr gecəsi olmaq məqamına yüksəlmişlərsə, deməli, onların yolunu gedən möminlər, yəni onların şagirdləri də Qədr gecəsi ola bilərlər.
Bizim batinimizdə, içimizdə və qəlbimizdə də GECƏ hökm sürür. 
Amma bu nə gecədir?!...
Bizim ağızımızda başqalarının qeybətini etməklə, söyüş söyməklə, yalan danışmaqla, kobud sözlərlə, böhtan atmaqla... zülmət GECƏ hökm sürür.
.
Bizim fikir və düşüncələrimizdə başqaları barədə fis fikirlər və pis niyyətlərdə olmaqla, günah etmək üçün planlar qurmaqla, başqalarına kələk gəlmək yollarını aramaqla ... zülmət GECƏ hökm sürür.
.
Bizim qəlbimizdə əməllərdə riyakarlıq, çoxlu sayda İslam və Quran məsələlərinə şəkk etməklə, alimləri istehza etmək və onları qəbul etməməklə, özümüzü hamıdan ağıllı bilməklə ... qaranlıq GECƏ hökm sürür.
.
Bizim qarnımızda oranı heyvanların ət və sair məhsullarının qəbirsanlığına çevirməklə, şübhəli qidaların tullantılları yerinə döndərməkılə... qaranlıq GECƏ hökm sürür.
.
Deməli, biz də GECƏ qazanmışıq, biz də GECƏyə çevrilmişik,
amma bizim qazandığımız "gecə" Qədr gecəsi deyil, "Qəbir gecəsidir"
Biz öz vücudumuzu Qəbirsanlığa çevirmişik.
Əgər biz QƏBİR gecəsindən qurtula bilsək, onda QƏDİR gecəsinə daxil ola biləcəyik.
Onda bizim bütün vücudumuzu (batinimiz, qəlbimiz, fikirlərimiz və qarnımızı) bürüyən GECƏ həqiqi Qədr gecəsi olacaq, 
Batinimizdəki gecə min aydan daha xeyirli olacaq, 
Mələklər bizim vücudumuz və qəlbimizə də enəcəklər, 
Mələlkər bütün gecəni bizə də Salam söyləyəcəklər.
Qurani-Kərim 22-ci Həcc surəsinin 5-ci ayəsində buyurur:

مِنكُم مَّن يُرَدُّ إِلىَ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيًْ

"Sizlərdən bəziləriniz qocalanda biliklərinizi itirir unutqanlıq və yadaşsızlığa düçar olursunuz."

Bu ayənin mənası barədə Peyğəmbərimizdən(s) soruşdular.
həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

الا قلبا قد راي القرآن

"Qəlbini Quran üçün qaba (Quranın daxil olmasına şərait yaradılmış yerə) çevirmiş insanlardan başqa..."
Deməli, Biz özümüzdəki bütün qüsur və yanlışlıqları Quran həqiqətləri ilə dəyişdirsək, 
onda Bizim batinimiz daima nur saçacaq, 
biz də Əhli-beyt əleyhimussalam kimi Qədr gecəsi olacağıq...
Təfsir ustadı Ayətullah Cavadi Amulinin sözləri əsasında!

baxılıb: 595 dəfə