Əxlaqi Problemlərin müalicəsi

İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq

Lüğət kitablarında danlaq və qınaq bir nəfərin eyiblərini demək, həmçinin bir nəfəri təqsirləndirmək mənalarında işlədilib.

Danlaq iki növdür.

1- Qurucu və faydalı danlaq

Əxlaq ustadları danlamağı iki tərəfli kəsici bıçağa bənzədiblər, belə ki, həmin bıçaqdan həm müsbət məqsədlər üçün həm də mənfi məqsədlər üçün istifadə etmək mümkündür. Bu üzdən ilk mərhələdə qurucu, islah edici və faydalı danlaq ilə dağıdıcı və yeri olmayan danlaqlar bir birindən ayrılmalıdır, təki bundan doğru istifadənin yolları məlum olsun.

a) İnsanları danlamaq əvəzinə pis işlər qınanılsın.

Sevimli peyğəmbərimizin(s) və məsum İmamların(ə) həyatlarına nəzər saldıqda görürük ki, onlar hansısa insanları danlamaqdan daha çox cəmiyyətdə geniş yayılmış pis və xoşagəlməz xüsusiyyətləri, nadürüst əməlləri qınamış və məzəmmət etmişlər. Elə buna görədir ki, Məsumların(ə) hədislərinə baxdıqda hansısa insanı nəzərdə tutmadan cəmiyyətdə yayılmış pis və xoşagəlməz üslub və rəftarları pisləmişlər.

Bu üslubdan istifadə edən danlaqçı danlanılması adamı və ya danlağa layiq olan insanları həmin pis xüsusiyyətdən çəkinməyə dəvət edir, bir halda ki, onların heç birinin adının çəkilməməsi həmin şəxsin danlaqdan məqsədinin qurucu olmasının və o işi etmiş insanların tərbiyələnməsini istəməsinin təzahürüdür, onların rüsvay edilməsinin və başı aşağı olmalarının ardınca deyil.

 

b) Başqalarının yanında heç kimi danlamamaq

Danlağın düzgün üslublarından biri də budur ki, danlaq gizlində və məxfi şəkildə olsun. Çünki camaatın qarşısında olan danlaq istər islah etmək məqsədi ilə ola, istərsədə əziyyət etmək məqsədi ilə hər halda həmin adamın şəxsiyyətinin zədələnməsinə və onun bir çoxları üçün mənfi şəxsiyyətə çevrilməsinə səbəb olacaqdır. Hətta başqalarını nəsihət etmək istəyərkən də bu qaydadan istifadə etmək tövsiyə olunmuşdur.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“İnsanların hüzurunda kimisə danlamaq həmin şəxsin şəxsiyyətini əzməkdir.”

Hekayate tərbiyəri 1-ci cild 303-cü səhifə

 

Buna da diqqət yetirilməlidir ki, bəzi hallarda insanın və ya cəmiyyətin bu məsələdə səvh rəftarı danladıqları pis rəftarın daha da yayılmasına və bir çox adamların o xoşagəlməz əməli etməyə rəğbətlənməsinə səbəb olur. Danlayanların məqsədləri islah etmək olsa da onların danlağı əks nəticə verir.

 

2- Dağıdıcı danlaq

Danlamağın islah edici və ya dağıdıcı olmasının göstərən ən sadə yol niyyətdir. İslah niyyəti olan və çoxlu faydası olan danlaqda danlayan şəxsin məqsədi danladığı insanın ya dəstənin düzəlməsi və onların pis rəftarı bir daha etməmələri niyyətidir. Heç bir pis məqsədləri yoxdur. İslam şəriətində bu hal əmr be məruf və nəhy əz munkər (yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək) prinsipinin əsaslərından sayılır.

Amma əks tərəfdə danlaqdan məqsəd pis niyyətdir ki, qarşı tərəfi rüsvay etmək, onun şəxsiyyət və hörmətini sındırmaq, onu əziyyət etmək kimi hədəflər ardıncadır. Belə bir niyyət əsasən bədbin, qəlbi qara və insanların hörmətli olmalarını gözü götürməyənlərdə olur.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“...İnsana bu eyibi kifayət edər ki, başqalarının pis işlərini izləyir amma özünün pis işlərinə nəzər salmır, və ya başqalarını etdikləri işlərə görə danlayır amma özü də həmin işlərdən edir...”

əl-Kafi 4-cü cild 459-cu səhifə

 

Yuxarıda deyilənlərdən bu da məlum oldu ki, danlamağın necəliyi də həmim danlağın islah ediciliyinə və ya dağıdıcılığına birbaşa təsir edir. Çalışmaq lazımdır ki, kimisə danlamaq istədikdə onun etdiyi işin pis olduğunu başa düşmədikdə və ya tələskənliliklə bu işə qədəm qoymaq olmaz.

Buna da qeyd edək ki, hətta düzgün danlaq belə əgər təkrarən edilərsə təsirini itirəcək, bəzən isə əks nəticəyə səbəb ola bilər.

 

Danlayan şəxsin vəzifəsi

Danlamaq ilə kimisə islah etmək istəyən şəxs yuxarıda deyilən tövsiyyələrə diqqət etməlidir. Yəni çalışmalıdır ki, əvvəla caamaatın gözündən uzaqda danlasın, ikinci, həmin işin doğrudan da pis iş olduğunu dəqiq bilsin, üçüncü, pis işi doğrudan da bunun danlamaq istədiyi şəxsin etdiyini dəqiq bilsin. Dördüncü, məqsədi islah və yaxşılıq etmək olsun, qarşı tərəfin şəxsiyyətini sındırmaq olmasın.

Amma kim qarşı tərəfi incitmək, ona əziyyət etmək, onun əsəbləri ilə oynamaq, onun şəxsiyyətini və el arasındakı hörmətini sındırmaq məqsədi ilə danlayarsa bilsin ki, dünya və axirətdə o özü də başqaları tərəfindən danlağa məruz qalacaqdır. Belə pis addımdan çəkinmək üçün təkəbbürlük, özünübəyənmək kimi pis xüsusiyyətlərdən uzaq olmaq lazımdır.

 

Danlanan şəxsin vəzifələri

a) Danlağı qəbul etmək

Başqasını danlayan şəxs üç haldan uzaq deyil.

1) Dediklri düzdür və məqsədi islah etməkdir

2) Dedikləri düzdür amma məqsədi əziyyət etməkdir

3) Yalan deyir.

Birinci halda, danlanan şəxs qarşı tərəfə təşəkkür etməlidir. Çünki nöqsanların və eyiblərin bəlli olması insana o eyibləri özündən uzaqlaşdırması zərurətini yaradır. İnsan bəzən elə hərəkətlər edir ki, o rəftarın pis olduğunu bilmir, belə olan halda yaxşı bir insanın bunu kənara çəkərək danlaması həmin insan üçün böyük bir faydadır. Çünki belə olmazsa, ayrı bir yerdə və məqsədi pis olan insanlar bunun eyibini camaatın içində bunun üzünə vurub bu şəxsi rüsvay edə bilərdilər.

İkinci halda, qarşı tərəfin məqsədinin əziyyət etmək olmasına baxmayaraq onun sözləri düz oldüğu üçün həmin danlağı qəbul etmək lazımdır. O danlaqdan lazımı istəfadəni etməlidir. Danlayan şəxs isə pis məqsəddə olmağı ilə öz əqidəsini və vicdanını çirkləndirmiş olur. Deməli, danlanan şəxs həqiqəti pis adamdan da olsa qəbul etməlidir.

Üçüncü halda, yəni danlayan şəxs yalançı olduğu və əslində töhmət etdiyi zaman danlanan şəxs qarşı tərəfi pisləmək və onunla çənə boğaz olmaq əvəzinə iki mühüm incəliyə diqqət etsin.

1) Əgər bu eyib onda yoxdursa əvəzində başqa eyiblər vardır ki, Allah Taala həmin eyibləri bu böhtan atan çəxsdən gizlətmişdir. Allah Taalaya şükr etmək lazımdır ki, belə şərəfsizlərə eyiblərni bildirməyib. Belə insanların şərri gələcəkdə başqalarına da böhtan atmaqları və onların yalançı olduqlarının üzə çıxması ilə səndən uzaqlaşacaqdır.

2) Axirətdə başqalarına böhtan atan adamların yaxşı işləri böhtan atdıqlar adamlara veriləcəkdir. Əgər onların yaxşı işləri olmazsa, sənin günahlarından bəziləri sənin əməl dəftərindən silinəcək və həmin şərəfsizlərin əməl dəftərinə yazılacaqdır. Sənin günahların azalacaq, onların isə əzabları çoxalacaqdır.

baxılıb: 522 dəfə