Əxlaqi Problemlərin müalicəsi

Əxlaqlı insan qənaət edən və qane olan şəxsdir.

Qənaət etmək və qane olmaq hər bir azad insanın həyat şüarıdır.

Qənaət etmək həyatın bütün sahələrində insana kömək olan, onun hisslərinin tüğyan etməsinin qarşısını alaraq onu nizamlayan və mötədilləşdirən bir vasitədir. İnsan belə bir uğur gətirici qüvvə ilə zinətləndikdə həyatın hər bir rahatlıq, aramlıq, ləzzət və səadətini əldə etmiş olur. Halal ruziyə qənaət etməyi və qane olmağı bacaran, eləcə də halal ruzi və qazancdan ötrü çalışaraq zəhmətə qatlaşan şəxs haramçılıqlardan və halal yeməkləri yeməkdən qurtulur, bu da qənaətin insan həyatındakı ən əsas bərəkətlərindəndir.

İndi isə bu barədə bir neçə ayə və hədislərə nəzər salaq:

1- Qurani-kərim Tövbə surəsinin 55-ci ayəsində buyurur:

 

ولا تُعجِبكَ اَموالُهُم و اَولادُهُم انما يُريدُ اللهُ اَن يُعَذِّبَهُم بِها فى الدُّنيا وَ تَزهَقَ اَنفُسُهُم وَهُم كافِرُونَ

 “Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla (mal və övladlarla) ancaq onlara dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.”

 

2- Qurani-kərim Taha surəsinin 131-ci ayəsində buyurur:

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى

“(İnsanların) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!”

 

3- Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

اَحَبُّ العِبادِ اِلَى اللهِ الفَقيرُ القانِعُ بِرِزقِهِ و الراضِى عَنِ اللهِ

“Allahın ən sevimli bəndəsi ruzisinə qane olan və Allahdan razı olan şəxsdir.”

Camius saadat 2-ci cild 67-ci səhifə

 

4- İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

وَ مَن قنع بما رزقه الله قرت عيناه

“Öz gəlir və qazancına qane olan şəxsin gözləri aydın olar.”

Mustədrəkul vəsail 15-ci cild 224-cü səhifə 18067-ci hədis

 

5- İmam Cəfər Sadiq əleyhissalam buyurur:

وَ مَن قَنَعَ بِالمَقسُومِ اِستَراحَ من الَهمِ وَالكَدِّ وَالتَّعبِ

“Malik olduğu şeylərə qane olan insan qəmdən, kədərdən və stressdən (iztirabdan) uzaq olar.”

Mustədrəkul vəsail 15-ci cild 224-cü səhifə 18070-ci hədis

 

Ayələr və hədislərdən çıxarılan nəticə bundan ibarətdir ki, qane olmaq ilə qənaət etmək hər ikisi eyni həqiqətin mənasıdır. Çünki hər ikisi vahid mənanı nəzərdə tutur. Hərçənd ki, qənaət əsasən iqtisadi məsələlərlə əlaqədar mövzularda işlədilir, qane olmaq sözü isə ümumi bir məna daşıyır və ən çox ruhi-mənəvi vəziyyəti çatdıran mənalarda istifadə edilir.

Məsələn, həyat xərclərində orta yolu tutan, xərclərini gəlirinə əsasən tənzimləyən və israfçılıq etməyən insan qənaətcil və qənaətkar şəxs sayılır. Bu dəyərli və bəyənilən hərəkət isə məhz həmin insanın ruhi mötədilliyindən qaynaqlanır, çünki ruhi-mənəvi cəhətdən qane olmayan insan ağılın qəbul etdiyi tərzdə qənaət edə bilməz.

Deməli, imanlı şəxs öz ətrafında formalaşan hadisələrdə öz mötədilliyini itirmir və düşdüyü mövcud vəziyyətə qane olmaq ilə ruhi xəstəliklərə yoluxmaqdan qurtulur.

Özündə belə bir müsbət ruhiyyəni yaratma yollarından biri də budur ki, başqalarının yaşayış vəziyyətlərinə hərisliklə baxmayaq, çünki hər bir şəxs öz həyat planlarını malik olduğu sərvət, var-dövlət və imkanlar əsasında qurur. Bəzi hallarda imtahan və sınaq məqsədilə, eləcə də bəzi vaxtlar çalışmaq və müsbət hərəkətlər qarşısında Allah Taalanın lütfü ilə üzləşirlər.

Hər halda onu bilməliyik ki, rahat və aram həyat qənaət anlayışına əməl etməklə əldə edilə bilər. Yəni heç bir şəxs öz içində başqalarının vəziyyətlərini həsrətlə araşdırmaqdan uzaq olsun, həmişə yalnız özü barədə planlar fikirləşsin. Təki olduğu vəziyyətə qane ola və bu vəziyyətdən kənara çıxmaya. Bu halda Allaha iman “qane olmaq” adlı bir qüvvəni imanlı insanın həyatına hədiyyə olaraq bəxş edir. Təki lazım olan arxayınçılıqlar və rahatlıqlar ona nəsib olsun.

Həyat xərclərində qənaət insanın abır həyasının qorunmasında mühüm rol ifa etdiyi kimi, mədəni-əxlaqi-elmi məsələlərdə də öz dini vəzifələrinin çərçivəsində qənaətə riayət edən şəxsin üzünə günah, bədbəxtlik və sapqınlıq yolları bağlı olur.

Onu da qeyd edək ki, ayə və hədislərdə deyilmiş qane olmaq və qənaət etmək heç də çalışmamaq və fəaliyyətsizlik mənasında deyil. Əksinə, İslam mədəniyyətində qane olmaqdan məqsəd insanın öz ruh və mənəviyyatını elə tənzimləməsidir ki, təsadüf, şans, bəxt kimi vəsvəsələrdən amanda olsun. Yəni həyat hadisələrini səbəb-nəticə qanunları çərçivəsində izah etsin. Heç kimin varlı və zəngin olmasına təsadüf və ya bəxt kimi baxmasın, əksinə qəlbində belə bir inam olsun ki, dünya həyatı bütün xüsusiyyətləri ilə birgə Allah Taalanın məsləhəti və tədbiri əsasındadır.

Deməli, qane olmağın mənası budur ki, özünü çətinliyə salmamaq üçün həmin şəxs içində heyrət, təəccüb və hərisliyin qarşısını alsın, təlaş və çalışmağın yox. Çünki düzgün yolda təlaş və çalışmaq özü bir ibadətdir.

İmanı şəxs bütün işlərində öz səy, çalışmaq və təlaşını əsirgəmir, amma bununla belə həmin işlərə qəlbini bağlamır, həmin şeylərin vurğunu olmur. O, həmişə Allah Taalanın razılığını və Ona layiqli bəndəçilik etməyi barəsində düşünür.

Aparılmış tədqiqatlar onu göstərir ki, iztirab, depresiya, stres, əsəb, sinir və sair ruhi xəstəliklərin müəyyən bir qismi həmin insanların qənaət etmək və qane olmaqdan məhrum olmalarındandır. Hətta bir çox orta və ağır cinayətlərin belə səbəblərindən biri qənaət etməmək və qane olmamaqdan qaynaqlanır.

Elmi, siyasi və madəni sahələrdə də əgər bir şəxs öz zərfiyyət və tutumuna qane olmazsa, beləliklə də özünü yuxarı məqamda olanların və ya həmin sahənin məşhur bacarıqlı şəxsiyyətlərinin yerində görmək istəyərsə bu şəxs həm özünə həm də cəmiyyətə böyük zərbələr vurmuş olacaq.

Hər halda hər bir insan həyat sahəsinə öz elmi, mənəvi, maddi ... bacarıq və qüdrət imkanları çərçivəsində daxil olmalıdır. Bacarıdığı qədər təlaş etməli, amma onun bu təlaşı başqalarına hərislikdən və başqalarının həyat səhnəsinə təcavüzdən ibarət olmamalıdır.

Çünki, bütün varlıqların həyat siyasəti Allah Taalanın əlindədir, başqalarının vəziyyətlərinə həqislik ilə, həmçinin günah, haram, zülmkarlıq və təcavüz ilə heç vaxt rahatlıq, aramlıq və sakitliyə nail olmaq mümkün deyil.

baxılıb: 592 dəfə