Əxlaqi Problemlərin müalicəsi

Bədbinliyə və hər şeyi pisə yozmağa necə qalib gələ bilərik?!

Həyatımızda işimizi itirmək, dostlardan biri ilə əlaqələrin kəsilməsi və ya əzizlərimizdən birinin vəfatı nəticəsində bizdə yaranan təbii narahatçılıq zamanı bədbinlik və pis fikirlər müvəqqəti də olsa yarana bilir.

Əgər siz bədbin deyilsinizsə təbii narahatçılıqlar zamanı məruz qaldığınız bədbinlik və pis fikirlər müvəqqəti təsirə malik ola bilər, lakin əgər bədbinlik sizin zehninizə mənfi təsir qoyaraq sizin beyninizi işğal edərsə həkimə, əxlaq ustadına və ya psixoloqa müraciət etməlisiniz.

Bədbinliyə düçar olmamağınız üçün isə özünüzü daima qorumalısınız. Burada bədbinlikdən özünüzü qorumaq və nikbin olmağınız üçün bir sıra yolları qeyd edirik:

 

1- Hadisələrin hikmətini görməyi bacarın

Yadınızda olsun ki, əsasən yorğunluq, aclıq və işiniz həddən çox olduqda pis fikirlər sizə hücum edir. Bu zaman düşüncəniz dəyişə bilər. Mənfi fikirləri nəzarətdə saxlamaq  sizə baş verən hadisənin həqiqətini və səbəbini anlamaq imkanı verir, bununla da siz özünüzü ələ ala bilirsiniz.

 

2- Özünüzdə eyib axtarmağa son qoyun

Həyat yolunuzun eniş-yoxuşlu olduğu heç vaxt yadınızdan çıxmasın və bu həqiqəti qəbul edin. Özünüzə qarşı pis fikirlər, bədbinlik, nifrin və eyib axtarmağı zehninizdən çıxarın. Keçmişdə baş vermiş hadisələrin və əhvalatların fikrini etməyin. Onlardan yalnız təcrübə alın və yolunuza davam edin. Dünya barədə nəzərlərinizin dəyişməsi çətinliklər və problemlər zamanı sizə şans və uğur ardınca olmağa icazə verir.

 

3- Özünüzü mövcud şəraitə uyğunlaşdırın

Keçmişdə bədbin olduğunuz zamanları yadınıza salın və ondan necə qurtulduğunuzu xatırlayın.Bilin ki, hətta bədbinlik xəstəliyinə  və ya stressə düçar olmuş insan üçün də ümid vardır. Çalışın özünüzə inamı artırasınız və bununla sizin rəftarlarınız daha çox müsbət təmayüllü olacaqdır.

 

4- Bir söz demək istəyərkən əvvəlcə  fikirləşin

Özünüzü məcbur edin ki, neçə gün (məsələn 5 gün, ya 7 gün) heç bir mənfi fikiri dilinizə gətirməyəcəksiniz. Kiməsə bir söz demək istəyərkən əvvəlcə deyəcəyiniz söz barədə yaxşı fikirləşin. Bu yeni adəti özünüzdə yaradın, belə olduqda həm özünüzə həm də başqalarına daha çox dəyər vermiş olacaqsınız.

 

5- Kömək istəyin

Bədbinlik və hadisələrə pis fikirlərlə yanaşmaq bəlasının sizə güc gəldiyini və zehnini doldurduğunu gördükdə bu xüsusda təcrübələri olan insanlardan kömək istəyin. Hətta əxlaq ustadlarının mütəxəssis psixoloqların məsləhətlərindən də faydalanın ki, həyatın çətinlikləri ilə mübarizə edə və hadisələrə münasibətlərinizi genişləndirə biləsiniz. Çünki bədbinlik insanda dardüşüncəliyə səbəb olur.

 

6- Nöqteyi-nəzərinizi dəyişdirin.

Ehtiyaclı insanlara kömək edin. Çünki bu işiniz sizə həyatınızın müsbət cəhətlərini daha yaxşı görməyinizə səbəb olacaq. Bizim bədbinliyimiz və pis fikirli olmağımız ən çox ona görədir ki, irəli getmək, ucalmaq və varlı olmaq üçün səbirimiz yoxdur. Bilməliyik ki, bunları əldə etmək üçün bizə güclü səbir, möhkəm iradə, dözümlülük ruhiyyəsi və nikbin olmagımız əsas şərtlərdəndir.

 

7- Dostlarınızdan yardım istəyin

Səmimi və arxayın olduğunuz dostunuzdan xahiş edin ki, sizin bədbin olduğunuzu və hadisələrə pis fikirlə yanaşdığınızı görən kimi sizə xəbər versin. Bununla əlaqədar dostunuzla elə bir əlamətlə razılaşın ki, həmin anda o sizə müəyyən əlamətlə xəbərdarlıq etsin ki, başqaları bunu başa düşməsin. Sizi xəbər verən kimi özünüzü ələ alın, həmin pis fikir ya pis hərəkətinizi islah edib düzəldin. Əsas budur ki, pis rəftarlarınızı dəyişəsiniz və onları yaxşı adətlərlə əvəz edəsiniz.

 

8- Bədbin insanlardan uzaq olun

Bədbin, gələcəyə inanmayan, həyatda hər şeyi pis görən və hər şeyə ümidsiz baxan insanları həyatınızdan çıxarın. Çünki onların təsiri altına düşə bilərsiniz. Dəyişmək istəməyən bədbin insanlarla əlaqələrinizi məhdudlaşdırın.

 

9- Proqramdan kənar işlərin də ardınca gedin

Ürəyinizə yatan əyləncələriniz olsun. Evdən kənar əyləncə, şadlıq və istirahətinizin olması, həmçinin hər gün idman etməyin zehninizə müsbət təsirləri vardır. Ola bilər ki, sizin bunlara vaxtınızın olmadığını və ya bunların sizin vaxtınızı alacağını fikirləşəsiniz, lakin öz vəziyyətiniz və işləriniz barədə yaxşı fikirləşsəniz əyləncə və istirahətin necə vacib olduğunu, eləcə də sizə nə qədər yeni müsbət enerji verı biləcəyini başa düşəcəksiniz.

 

10- Möhkəm olun

Görün sizin həyatınız üçün nələr daha yaxşı və münasibdir, öz bacarıqlarınızı, məharətlərinizi və istedadlarınızı kəşf edin. Müsbət düşüncələrinizi həmizə gözünüz önündə saxlayın ki, mənfi fikirlər və bədbinlik sizə qalib gələ bilməsin.

baxılıb: 463 dəfə