Əxlaqi Problemlərin müalicəsi

Bədbinlik və hər şeyi pisə yozmaq (Pessimizim)

Birinci hissə Bəbdinlik nədir və hansı ziyanları özü ilə insana ərməğan gətirir?!

Bədəbinlik (Pessimizm) və hər şeyi pisə yozmaq

Bu məqalədə millətlərin, cəmiyyətlərin, ailələrin, böyük və kiçik insanların həyatda uğursuzluqlarına, məğlubiyyətlərinə səbəb olan, hətta intiharların və özünə qəsdlərin ən əsas səbəblərindən biri olan bədbinlik (pessimizm) və hər şeyi pisə yozmaq bəlası barədə danışacağıq.

Elə bir bəla və hadisə ki, bəşər dünya tarixində ondan böyük xəstəliyə düçür olmayıb. Bu çox qorxulu və ölüdürücü bəladır.  Bədbinlik, gələcəyə inanmamaq, həyatda hər şeyi pis görmək və hər şeyə ümidsiz baxmaq insanların həyat və gələcəkləri üçün qurduqları bütün planlarını, arzuladıqları bütün istəklərini puça çıxartmışdır.

Bədbinlik nədir?

Qeyd etdiyimiz kimi bədbinliyə meyl insanların zehnində yaranır, onu belə tərif edə bilərik:

1- Hər bir işi dəyərsiz, əskik göstərən və onları uğursuz və gərəlsiz cilvələndirən hər bir təfəkkürdür.

2- Nəticəsizdən heç bir məlumatımız olmayan işlərin müvəffəqiyyətinə və uğuruna mane olan düşüncədir.

Lüğət alimləri isə bədbinliyə belə tərif vermişlər:
“Bədbin o şəxsdir ki, həmişə məyusluq ayəsi oxuyur, bütün işlərin yalnız mənfi tərəfini görə bilir, bacardığı qədər hər hansı işi görmək və ya o işə ümid etmək barədə düşünməkdən qaçır, adətən hər bir işin yalnız eyibləri, problemləri və müşküllərinə baş qoşur.”

Deməli, bədbinlik həqiqətdə həyatın yaxşı və (zahirdə) pis görünən hadisələrindən yalnız mənfi nəticə çıxaran və yaxşı və pisin hər ikisini yalnız pis görmək düşüncəsidir.

 

Bədbinlik necə olur?!

Bir misal çəkək;  Bir nəfərin bu gün atası vəfat edir, o bu hadisəni bir növ bədbəxtlik sayır və öz beyninə belə yeridir:  “Atamın vəfatı ilə bədbəxt oldum, tənha qaldım, daha mənim heç bir dayağım yoxdur...”

Beləcə həmin şəxs özündən asılı olmayaraq o sözləri özünə təlqin etdirib beyninə yeridir.

Başqa bir misal; İcarə etdiyi mənzili sabah boşaltmalı olan şəxs bugün tələsik başqa icarə yeri axtarır və tapa bilmir, bunu özünə uğursuzluq sayır və deyir: “Bədbəxt olacam, sabah ev yiyəsi gəlib mənim əşyalarımı çölə atacaq, məgər günortaya qədər ev tapa bilərəm?! Əlbəttə ki, tapa bilməyəcəm.”

Bir çox insanlarda buna bənzər hadisələr nəticəsində yanlış fikirlər iaradılır və bu fikirlər getdikcə onların qanına-canına hopur; “Mənə problemlərdən başqa heç nə rast gələn deyil.” “O qədər borcum var ki, mənim yaxşı yaxaşağa şansım yoxdur.” “Mən lazımsız adamam.” “İnsanlar hamısı pisdirlər və mən tənha müqəvva kimi yaşamalıyam.” “İşlərimin düzəlməməyi mənim alnıma yazılıb.” .... Onlarla, bəlkə də yüzlərlə belə səviyyəsiz və puç fikirlər.

Bədbin insanlar bu yalan və heç bir həqiqətə əsaslanmayan fikirləri tez tez deməklə beyinlərinə elə yeridirlər ki, onlar üçün bu fikirlər İlahi vəhylər kimi ən doğru və həqiqətin özü sayılır.

 

Nə üçün bədbinlik?!

Əxlaq ustadlarının dediklərinə əsasən bədbinlik Allah Taalanın iltifat və mərhəmətdən, həmçinin həyat nemətlərindən və təbiətin qanınlarından xəbərsiz olmaq üzərində qurulub. Buna görədir ki, bədbin insanlar belə yanlış fikirlərə qərq olurlar. Halbuki bədbin insanlar əgər təbiətin qanunlarından, xüsusilə də “cəlb etmə” qanunundan xəbərdar olsalar heç vax bədbin olmaz, heç bir hadisələrə pis fikirlə yanaşmazlar. Bədbinliyi və pisə yozmağı ümumiyyətlə özlərinə yaxın buraxmazlar. Çünki “cəlb etmə” qanununa uyğun olaraq  biz düşündüyümüz və beynimizdə təsəvvür etdiyimiz hər bir şeyin nəticəsini gözümüz önündə canlanmış halda görəcəyik.

 

Nə üçün bədbinlik, pis fikirlər və hər şeyi pis görmək bizim həyatımızda mənfi təsirlərə malikdir?!

Əvvəlcə bilməliyik ki, bizim nəzərimizə pis gələn hər bir hadisənin arxasında yaxşı qəziyyələr vardır. Bunu bildiyimiz halda əgər hadisələrə bədbin olub pisə yozsaq əslində onların yaradanına, yəni Allaha bədgümanlıq etmiş oluruq. Həmçinin biz mənfi təfəkkürlər və bədbinliklə həmin hadisənin pisə çevrilməsinə elə özümüz səbəbkar oluruq.

Bu tamamilə aydırdır: “Biz fikirləşirik, o fikirləri beynimizdə təhlil edirik, dilimizə gətiririk və sonra özümüzə təlqin edirik, yəni beynimizə yeridirik. Nəticədə onu özümüzə cəlb edərək həyatımızda müşahidə edirik.”

İndi daha yaxşı dərk edə bilərik ki, nəyə görə bəzi adamlar həyatlarında həmişə nalə edən və zamandan şikayətlənirlər. Bunlar həmin adamlardırlar ki, öz həyatları üçün problem yaradıblar, başqa sözlə desək həmin adamlardırlar ki, beyinlərində yalnız bədbinlik, hər şeyi pis görmək və mənfi fikirlər mövcuddur, buna görə də həyatın bütün hadisələri onların gözlərinə ən pis şəkildə görünür.

 

Bədbinliyin nəticəsi nədən ibarətdir?!

Bədbinlik, gələcəyə inanmamaq, həyatda hər şeyi pis görmək və hər şeyə ümidsiz baxmaq insanın təxəyyül qüvvəsini zəiflətməkdən əlavə çoxlu pis təsirlərə səbəb olur, o cümlədən:

1- Müsbət şeylərin hamısını özündən uzaqlaşdırır.

2- Bədbinlik və mənfi düşüncələrin altında əzilib şəxsiyytini alçaldır.

3- Özünə inamı itirir.

4- Məcburiyyət və icbar düşüncəsini (insanın istiyar sahibi olmaması və hər şeyin onun iradəsindən kənar olaraq baş verməsini) qəbul etmiş olur.

5- Təsəvvür etdikləri işlərdə məğlub olmaq.

6- Çətin şəraitlərdə qərar qəbul edə bilmək qüdrətindən məhrumdur.

7- Zeninin bədbinlik və psi fikirlərlə dolu olması nəticəsində gündəlik həyatında və ən adi mövzularda belə düzgün qərara gələ bilmir.

8- Stress və nigarançılıq xəstəliyinə düçar olur.

9- Bədəni, yəni cismi müxtəlif xəstəliklərə asanlıqla məruz qalır. Bədbin insanları xəstəliklər və mikroblar daha tez tutur.

baxılıb: 617 dəfə