Əxlaqi Problemlərin müalicəsi

Həyatda hədəf və məqsədlərimə çatmaq üçün nə etməliyəm?!

Birinci Hissə

1- Hədəf və məqsədlərinizi mütləq yazın, bir yerə qeyd edin.

a) Biz hədəf və məqsədlərimizi yazdıqda həqiqətdə zehnimizi boşlatmış oluruq. Həmişə bizim zehnimiz toplanmış məlumatları unutmamaq üçün nigaran və iztirabdadır, daima keçik çəkir. Mən hədəflərimi bir yerə yazmaqla zehnimi boşaltmış oluram. Zehnim iztirabdan və təşvişdən xilas olur. Belə olduqda yeni-yeni ideya və həfədlər zehnimizə daxil olur.

 

b) Bizim hədəf və məqsədlərimiz şifahi olduqda biz şübhələr və nöqsanlarımıza diqqət edə bilmirik. Təsəvvür edin ki, siz hansısa idarəyə məktub yazmalısınız, yaxud bir inşa yazmaq istəyirsiniz. Onu yazdıqdan sonra bir neçə dəfə oxuyursunuz, səhvlərin altından xətt çəkirsiniz, axırda onu yenidən artıq redaktə edilmiş şəkildə köçürürsünüz. Deməli, yazdıqda iradlar və nöqsanlar üzə çıxır. Siz səhv və nöqsanlarınız ilə tanış olur, onları düzəldirsiniz.

 

c) Yazılmış hədəf və məqsədlər həmişə bizim gözümüzün önündə olur. Biz hədəf və məqsədlərimizi, onlara çatmaq üçün bildiyimiz yolları, vəzifələrimizi yazdıqda burada təkrar texnikası öz faydasını verməkdə olur. Belə ki, biz hədəflərimizi yazıb divardan asdıqda hər gün neçə dəfələrlə o hədəflər zehnimizdə təkrarlanır. Yuxudan duranda hədəflərimiz gözümüz önünə gəlir. Hədəflərimizi yazmayıb zehndə saxladıqda təkrardan məhrum oluruq. Hər gün 50 min fikir insan zehnindən keçir və beləliklə də bizim hədəflərimiz minlərlə fikir və xəyalın içində itir.

Amma hədəf və məqsədlərini yazan insan onu hər gün dəfələrlə oxuyur, hədəflər insanın canına hopur, insanın daxilində enerji dairəsi fəallaşır, hədəfə çatmaq imkanları çoxalır.

 

ç) Hədəf və məqsədlər yazıldıqda, bununla da vaxtaşırı təkrarlandıqda insanın səy və təlaşı tədriclə çoxalır. Məsələn, hansısa hədəfə Noyabr ayında çatmaq fikrindəsinizsə günlərin keçməsi və sizin nəzərdə tutduğunuz tarixin yaxınlaşması sizdə daha çox çəy və sürət yaradır.

Amma hədəfini yazmayan və onu zehnində saxlamaqla kifayətlənən insan bir onda xəbər tutur ki, artıq Dekabr ayı daxil olub. Hədəf indi yada düşür. Belə hallara elə özümüz də çox rast gəlmişik.

 

d) Hədəflərinizi yazdıqda yaxşı olar ki, bir cədvəl də çəkin. O cədvələ hansı hədəflərinizə çatdıqda onunla yanaşı daha nələri əldə etmiş olacaqsınızsa onları da qeyd edin. Məsələn, mən filan hədəfimə çataramsa onunla yanaşı 5 istəyimə də çatmış olacağam...

Bu cədvəl sizin üçün çox gözəl və faydalı hərəkətə gətirici olacaqdır.

 

2- Hədəf və məqsədlərimiz bizdə xoşagəlimli hisslər yaratsın və ürəyə yatan olsun.

Hədəflərimizi gördükdə ləzzət ala bilək. Əgər hansısa hədəfmiz ürəyə yatan deyilsə, deməli hədifimiz düz deyil. Özünü məcbur edə bilməzsən. O hədəf sənin deyil. Ola bilsin atanın və ya həyat yoldaşının və sairin hədəfidir. Elə hədəflərin ardınca bir müddət getdikdən sonra insan həmin hədəflərdən vaz keçir.

Hədəf sənin olduqda onu ürəkdən istəyirsən, ona çatmaq üçün bütün elm və qüdrətindən istifadə edirsən.

 

3- Hədəf və məqsədimizə başqalarına ziyan vurmaqla çatmayaq.

Məsələn, sən filan zovodun müdiri olmaq istəyirsən, həmin zavodun hazırda müdiri vardır. Sənin istəyin onun ölməsi və ya işdən qovulması olmamalıdır. Nəzərində tut ki, mən o səviyyəyə çatınca inşaAllah o daha yüksək səviyyəyə çatar və bundan daha böyük bir müəssisənin rəisliyinə gedər.

 

4- Seçdiyiniz hədəf və məqsədlər Quran ayəsi kimi dəyişilməz deyil.

Hədəf bu demək deyil ki, mütləq baş tutmalıdır. Xeyr, ola bilər bir vaxt həmin hədəfin sənin indiki səviyyənə uyğun gəlmədiyini başa düşəsən və o hədəfdən imtina edəsən. Ondan daha böyük bir hədəf seçəsən.

 

5- Hədflərinizə çatmaq yolunda mətanətli və himmətli olun.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Heç bir şey mətanət və himmət qədər insanı başıuca etmir.”

Elə isə iradənizi möhkəmləndiməyə çalışın.

baxılıb: 886 dəfə