Əxlaqi Problemlərin müalicəsi

Nə üçün darıxıram?! 3

Üçüncü hissə


4- Başqalarının maddi vəziyyətlərinə və imkanlarına həsrətli baxış

Qurani-kərim 15-ci Hicr surəsinin 88-ci ayəsində buyurur:

وَ لا تَمُدَّنَّ عَیْنَیْکَ اِلَی ما مَتَّعْنَا بِهِ أزْوَاجَاً مِنْهُمْ وَ لا تَحْزَنْ عَلَیْهِم

“İnsanların bəzilərinə verdiyimiz malına rəğbət gözü ilə baxma və onlardan ötrü kədərlənmə.”

Hicr surəsinin 88-ci ayəsinin şərhində oxuyuruq:

لما نزلت هذه الآية : " لا تمدن عينيك إلى ما متعنا
به أزواجا منهم ولا تحزن عليهم واخفض جناحك للمؤمنين " ( 3 ) قال رسول الله
صلى الله عليه وآله : من لم يتعز بعزاء الله تقطعت نفسه على الدنيا حسرات ، ومن
رمى ببصره إلى ما في يدي غيره كثر همه

“Bu ayə Allah tərəfindən nazil olduqda həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:
Allahın bu cür könül alan və insana təskinlik bəxş edən sözlərinə qulaq asmayan adamın canı dünya malının həsrətini çəkməyə sərf olar. Eləcə də başqalarının mailk olduqları maddi imkanlara güzünü dikən adamın qəm-qüssəsi daima çoxalar.”
Biharul ənvar 70-ci cild 89-cu səhifə

Başqa bir hədisdə sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

ومن نظر إلى ما في أيدي الناس طال
حزنه ودام أسفه

“İnsanların malik olduqları şeylərdə gözü qalmış insanın qəm-qüssələri uzun, təəssüfləri ilə daimi olar.”
Biharul ənvar 74-cü cild 172-ci səhifə

5- Şəhvətpərəstlik, ehrisan və şəhvət düşkünlüyü

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

رسول الله ( صلى الله عليه وآله ) : رب شهوة ساعة تورث
حزنا طويلا

“Nə çox olur ki, bir saatlıq şəhvət (ötəri ləzzət) insanı uzun müddətli qəm-qüssə və kədərə düçür edir.”
Mizanul hikmət 4-cü cild 384-cü səhifə

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

رب لذة فيها الحمام

“Nə qədər ötəri ləzzətlər var ki, ölüm ilə nəticələnib.”
Uyunul hikəm vəl məvaiz 267-ci səhifə

6- Yersiz qəzəblənmə və əsəbilik.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

مَنْ غَضِبَ عَلَی مَنْ لا یَقْدِرُ أنْ یَضُرَّهُ طالَ حُزْنُهُ وَ عَذَّبَ نَفْسَهُ

“Cəzalandırmağa və ziyan vurmağa gücü çatmadığı insana qarşı qəzəblənən adamın qəm-qüssəsi uzun olar və özü mənəvi əzab içində olar.”
Tuhəful uqul 99-cu səhifə

İmam Musa Kazım əleyhissalam buyurur:

الإمام الكاظم ( عليه السلام ) : من اغتم كان للغم أهلا

“(Yersiz əsəbiliklə) Özünü qəmlənən kimi göstərən insan həqiqətdə qəm-qüssə əhli olmağa layiqdir.”
Mustədrəku səfinətul bihar 8-ci cild 21-ci səhifə

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:


اِنَّ اللهَ بِحُکْمِهِ وَ فَضْلِهِ جَعَلَ الرُّوحَ وَ الْفَرَجَ فِی الْیَقین وَ الرِّضَا وَ جَعَلَ الهَمَّ وَ الْحُزْنَ فِی الشَّکّ وَ السَّخَطِ 

“Allah Taala Öz hikməti və mərhəməti ilə asayiş və rahatlığı (Allahın buyurduqlarına) yəqin etmək ilə (Allahın etdiklərinə, yəni qəza və qədərə) razı olmaqda qərar vermişdir. Qəm-qüssə və kədəri isə (Allahın buyurduqlarına) şəkk etməkdə və (Allahın etdiklərinə, yəni qəza və qədərə) narazılıq edərək qəzəblənməkdə qərar vermişdir.”
Tuhəful uqul 6-cı səhifə

baxılıb: 608 dəfə