Əxlaqi Problemlərin müalicəsi

Nə üçün darıxıram?! 2

İkinci Hissə

Biz bu məqalədə darıxmağın mənəvi və ruhi səbəblərini araşdıracağıq. 
Sevimli Peyğəmbərimiz (s) və məsum İmamlarımızın (s) hədislərində insana hüzn, qəm-qüssə, kədər, əsəbilik və sıxılma gətirən səbəblər:

2- Dünyaya həddən ziyadə bağlılıq, dünya malının aşiqi və dəlisi olmaq.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

وقال رسول الله صلى الله عليه وآله : أنا زعيم بثلاث لمن أكب على الدنيا : بفقر لا غناء له
وبشغل لا فراغ له ، وبهم وحزن لا انقطاع له

“Dünyaya yapışmış (dünya malını sevən) insana Mən üç şeyin mütləq olacağını çatdlrıram. Heç vaxt qane olmayacaq ehtiyaclılıq, qurtuluş və nicat yolu bilinməyən problemlər, sonu görünməyən qəm-qüssə və kədər.”
Biharul ənvar 70-ci cild 81-ci səhifə

Başqa bir hədisdə imam Cəfər Sadiq əleyhissalam buyurur:

وقال عليه السلام : الرغبة في الدنيا تورث الغم والحزن

“Dünyaya bağlılıq (dünya malını sevmək) insanda qəm-qüsə və kədər yaradır.”
Tuhəful uqul 358-ci səhifə

Eləcə də əmirəlmöminin Əli əleyhissalam buyurur:

وقال عليه السلام : من قصر في العمل ابتلي بالهم

“İşlərində qısalıq (naqislik) edən insan fikir və qəmə düçar olar.”
Nəhcül bəlağə 127-ci kəlam

Bəzi insanlar elə bilirlər ki, hər hansı bir işlə əlaqədar öz acizliklərini və yoxsulluqlarını elan etməklə problemlərini həll etmiş olacaqlar, halbuki belə hallarda nəinki onların işlərinin düyünü açılmır, əksinə önların dəyər və hörməti daha da sınır, daha pis vəziyyətə düşürlər.
Buna görə də hədislərdə bu məsələ daha çox vurğulanmışdır ki, həyatda fürsətlərin qədrini bilin, onun hər günü və hər dəqiqəsindən ən yaxşı həddə yararlanmağı bacarın.
Odur ki, əmirəlmöminin Əli əleyhissalam başqa bir yerdə buyurur:

بادر الفرصة قبل أن تكون غصة

“Fürsət qəm və peşmançılığa çevrilməmiş ondan yararlan.”
Rəvzətul muttəqin fi şərhi mən la yəhzurəhul fəqih 13-cü cild 87-ci səhifə

3- Dözümsüzlük, səbirsizlik və ah-zar etmək.

Dünya həyatı çətinliklər, müşküllər və problemlər ilə doludur. Bütün insanlar həyatları boyu müxtəlif növ çətinliklərlə qarşılaşırlar. Çətinliklər və probelmlər qarşısında müqavimət göstərmək və ağıl-təcrübə ilə onların içindən qalib çıxa bilmək əvəzini səbirsizlik, dözümsüzlük göstərmək və ah-zar etmək insanda qəm-qüssə yaranmasının, onun canının sıxılmasının və mənəvi narahatlığının başqa bir səbəblərindəndir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

وعن علي صلوات الله عليه أنه قال : إياك والجزع ، فإنه يقطع الامل ويضعف
العمل ويورث الهم

“Dözümsüzlük və ah-zar etməkdən çəkin! Çünki o (səbirsizlik) ümidi kəsir, əməli (hərəkəti) zəiflədir, insanda qəm-qüssə əmələ gətirir.”
Dəaimul İslam 1-ci cild 223-cü səhifə

baxılıb: 582 dəfə