Əxlaqi Problemlərin müalicəsi

Qorxu və Ümid 2

İkinci Hissə Müsbət və bəyənilən qorxu

İnsanda olan müsbət qorxu Allah Taalanın əzəmətindən olan qorxudur.
Allah Taalanın əzəmətindən qorxmaq mövzusunda insanlar üç fərqli düşüncəyə malikdirlər.

1. Ən aşağı səviyyəli qorxu Allah Taalanın bizləri cəzalandıracağından olan qorxudur. Yəni hansısa nemətin bizim əlimizdən alınacağı qorxusu və ya hər hansı bəlanın müsibətin başımıza gələcəyi qorxusu. Cənnətdən məhrum olmaq və ya cəhənnəmə atılmaq qorxusu.
Qurani Kərim Qələm surəsində buyurur:

إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصحْابَ الجْنَّةِ إِذْ أَقْسَمُواْ لَيَصْرِمُنهَّا مُصْبِحِينَ
وَ لَا يَسْتَثْنُونَ
فَطَافَ عَلَيهْا طَائفٌ مِّن رَّبِّكَ وَ هُمْ نَائمُونَ
فَأَصْبَحَتْ كاَلصَّرِيمِ
فَتَنَادَوْاْ مُصْبِحِينَ
أَنِ اغْدُواْ عَلىَ‏ حَرْثِكمُ‏ْ إِن كُنتُمْ صَارِمِينَ
فَانطَلَقُواْ وَ هُمْ يَتَخَافَتُونَ
أَن لَّا يَدْخُلَنهَّا الْيَوْمَ عَلَيْكمُ مِّسْكِينٌ
وَ غَدَوْاْ عَلىَ‏ حَرْدٍ قَادِرِينَ
فَلَمَّا رَأَوْهَا قَالُواْ إِنَّا لَضَالُّونَ
بَلْ نحَنُ محَرُومُونَ
قَالَ أَوْسَطُهُمْ أَ لَمْ أَقُل لَّكمُ‏ْ لَوْ لَا تُسَبِّحُونَ
قَالُواْ سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ
فَأَقْبَلَ بَعْضُهُمْ عَلىَ‏ بَعْضٍ يَتَلَاوَمُونَ
قَالُواْ يَاوَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ
عَسىَ‏ رَبُّنَا أَن يُبْدِلَنَا خَيرْا مِّنهْا إِنَّا إِلىَ‏ رَبِّنَا رَاغِبُونَ
كَذَالِكَ الْعَذَابُ  وَ لَعَذَابُ الاَخِرَةِ أَكْبرَ  لَوْ كاَنُواْ يَعْلَمُونَ

“Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər. Halbuki, (öz fikirlərində meyvələrdən kasıblar üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər. Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü. Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü. Səhər çağı (onlar) bir-birlərini (belə) səslədilər: «Əgər (meyvə) yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın!» Beləliklə bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. (Onlar deyirdilər:)  «Məbada bu gün hər hansı bir kasıb bağa sizin yanınıza gəlsin!» Onlar səhər erkən (kasıbları) məhrum etmək məqsədi ilə getdilər. O bağı gördükdə, dedilər: «Yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq». «(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!» Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)» Dedilər: «Rəbbimiz pakdır. Həqiqətən, biz zalım idik!» (Sonra) bir-birlərinə üz tutaraq danlamağa başladılar. Dedilər: «Vay halımıza, şübhəsiz, biz tüğyan edən idik». «Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var». (Bizim dünyadakı) əzab(ımız) belədir. Əlbəttə, axirət əzabı daha böyükdür, kaş biləydilər"

Odur ki, Allah Taaladan həmişə istəyirik ki, bizi bağışlamaq və mehribanlığınla imtahan et.
İmam Zeynul Abidin əleyhissalam buyurur: 
“İlahi , məni öz əzabınla ədəbləndirmə.” 
Bu qorxu əksər insanların qorxusudur və bu müsbət qorxudur. 

2. Orta səviyyəli qorxu əxlaq və irvan ustadlarının, eləcə də övliya və kamil insanların qorxusudur. Bu qorxu Allah Taala ilə övliya arasında olan əlaqədə, rabitədə soyuqluq yaranmasından olan qorxudur. Yəni birdən elə bir hərəkət edərəm ki, Allahın xoşuna gəlməz. 

“Şeyx Abbas Quminin oğlu deyir ki, bir gün səhər tezdən atam oturub ağladığını gördüm. Soruşdum ki, atacan, niyə ağlayırsan?
Dedi: -gecə namazım qəzaya gedib. Gözümü açdım ki, sübh azanı verilir. 
Dedim: -atacan, nə olar, vacib namaz deyil ki. Gecə namazımüstəhəbbi namazdır, bu qədər narahat olmayın. 
Atam dedi: -oğlum, mən namazı qıla bilməməyimə görə ağlamıram. Mən ona görə ağlayıram ki, görəsən mən neyləmişəm ki, gecə namazına dura bilməmişəm?!”

3. Yuxarı və ali səviyyəli qorxu Peyğəmbərlərin və onların vəsilərinin qorxu məqamıdır. Bu qorxu bəndəçilikdə Allaha lazım olduğu qədərində bəndəçilik etməməkdə olan qorxudur. Məsələn: Bir adam sənə yaxşılıq edir, lakin nə qədər fikirləşirsən görürsən ki, sən onun əvəzini heç cür verə bilməzsən.
Peyğəmbərlər və imamların gecələr səhərə qədər ibadət mehrabında ağlamaqları bu səbəbdəndir ki, Allah Taalanın əzəməti və qüdrəti qarşısında olan acizliklərini dərk edirlər.

İmam Cəfər Sadiq əleyhissalam buyurur: 
“Meracda Allah Taala öz elmindən -əgər o elmi maddiyə cevirsək- iynənin ucu qədər həzrət Muhəmmədə (s) verdi və beləliklə Peyğəmbər (s) keçmişin və gələcəyin bütün elmlərinə sahib oldu.” 

Deməli, Allah Taalanın əzəmətinin nə həddə olduğunu tam dərk etmək mümkün deyil. Peyğəmbər və imamların Allah Taalanı dərk etmələri adi insanlardan çox olduğunudan, onlar Allahın əzəməti qarşısında qorxub və gecələri ibadət, dua, münacat və ağlamaqla keçirirlər. İnsanın dərki hansı həddədirsə, qorxusu da həmin həddədir. 

Molla Sədra(r.ə) Qurani Kərimə yazdığı 7 cildlik təfsirdə yazır:
“Sənin günahın çoxdur, yoxsa Əli əleyhissalamın? 
Deyəcəksən, əlbətdə mənim günahım çoxdur, mənim günahımın sayı hesabı yoxdur, amma Əli əleyhissalamın heç bir günahı yoxdur.
Sənin yaxşı işin çoxdur, yoxsa Əli əleyhissalamın?
Deyəcəksən, Əli əleyhissalam yaxşılığın özüdür, əsasıdır, qurucusudur, mənim isə lap az yaxşı işim var. 
Elə isə, yaxşı necə olur ki, işi ancaq xeyir və yaxşılığdan ibarət olan və heç bir günahı olmayan Əli əleyhissalam gecəni səhərə qədər Allah Taalanın qorxusundan yatmır və ağlayır, amma sən bu qədər günah edə-edə, yaxşı əməlin də lap az olduğu halda gecəni rahat yatırsan?”
Ardı var...

baxılıb: 618 dəfə