Gözəl xüsusiyyətlər

Uzun ömürlü olmaq üçün nə edək?!

İnsan üçün ən dəyərli nemətlərin birincisi onun özünün varlığıdır. Ağıllı insanlar həmişə bu həyatdan düzgün bəhrələnmək və bacardıqca daha çox yaxşılıqlar etmək arzusunda olurlar. Dəyərli əsərlər yazmaq istəyən alimlər Allah Taaladan uzun ömür istəyirlər, təki onlar öz əsərlərini tatamlaya bilsinlər...

İmam Zeynul Abidin əleyhissalan buyurur:

اللهُمَّ... وَاجْعَلْنى مِمَّنْ اَطَلْتَ عُمْرَهُ وَ حَسَّنْتَ عَمَلَهُ وَ اَتْمَمْتَ عَلَيْهِ نِعْمَتَكَ وَ رَضَيْتَ عَنْهُ وَ اَحْيَيْتَهُ حَياةً طَيِّـبَةً فى اَدْوَمِ السُّرورِ وَ اسْبَغِ الْكَرامَةِ وَ اَتـَمِّ الْعَيْشِ ؛

“Allahım, ... məni o insanlardan et ki, ona uzun ömür vermisən, əməllərini gözəl etmisən, nemətini ona tamamlamısan, ondan razı olmusan, ona pak və təmiz həmçinin sevincli və şad bir həyat bəxş etmisən, onu çox hörmətli, yaşayışını isə qane edici qərar vermisən.”

Biharul ənvar 98-ci cild 91-ci səhifə

 

1- Sübh yeməyini yeməyi unutmayın.

Qurani-Kərimə nəzər salanda görürük ki, Allah Taala Cənnət əhalisini vəsf edərkən onlar iki dəfə yemək sifariş edirlər:

لَا یَسْمَعُونَ فِیهَا لَغْوًا إِلَّا سَلَامًا وَ لَهُمْ رِزْقُهُمْ فِیهَا بُكْرَةً وَ عَشِیًّا

“Onlar orada boş və puç söhbətlər deyi, (bir-birlərindən) salam (mehribancasına danışıqlar) eşidərlər, onların ruziləri isə səhərlər və axşamlar onlar üçün hazır olar.”

Məryəm surəsi 62-ci ayə

 

Həmçinin Əmirəlmöminin Əli əleyhissalam sübh yeməyinin əhəmiyyəti və ömürün uzun olmasına təsiri barədə buyurur:

“Kim əbədilik (uzun ömürlülük) istəyirsə sübh yeməyini tez yesin...”

Mizanul hikmət 2-ci cild 161-ci səhifə

 

2- Yeməkdə ifrata varmayın. Qədərincə yeyin.

Biz öz namazlarımızda hər gün neçə dəfələrlə Allah Taaladan düz (orta) yolda olmağı istəyirik, qısalıq və ya həddini aşmaqdan uzaq olmağımızı diləyirik.

 

صِراطَ الَّذینَ أَنْعَمْتَ عَلَیْهِمْ غَیْرِ الْمَغْضُوبِ عَلَیْهِمْ وَ لاَ الضَّالِّینَ

“Bizi nemət verdiyin insanların yoluna yönəlt, Sənin qəzəbinə tuş gəlmişlərin və azğınların yoluna yox.”

Fatihə surəsi 7-ci ayə

 

Həmçinin sevimli Peyğəmbərimizdən (s) nəql edilən hədislərə əsasən Allah Taalanın qəzəbləndiyi dəstələrdən biri də orta yolu (normanı) gözləməyən və çox yeyən insanlardır.

Odur ki, Allah Taala Qurani-Kərimdə buyurur:

 

كُلُوا مِنْ طَیِّباتِ ما رَزَقْناكُمْ وَ لا تَطْغَوْا فیهِ فَیَحِلَّ عَلَیْكُمْ غَضَبی‏ وَ مَنْ یَحْلِلْ عَلَیْهِ

 غَضَبی‏ فَقَدْ هَوى

“Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın, yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.”

Taha surəsi 81-ci ayə

 

 

3- Başqalarını bağışlayın, əfv edin, güzəştə gedin.

Qurani-Kərim bir sıra ayələrdə başqalarından xəta üz verdikdə onları bağışlamağı və əfv etməyi, həmçinin pisliklərə yaxşılıqlarla cavab verməyi tövsiyə edir

وَ لا تَسْتَوِی الْحَسَنَةُ وَ لاَ السَّیِّئَةُ ادْفَعْ بِالَّتی‏ هِیَ أَحْسَنُ فَإِذَا الَّذی بَیْنَكَ وَ بَیْنَهُ عَداوَةٌ كَأَنَّهُ وَلِیٌّ حَمیم

“Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”

Fussilət surəsi 34-cü ayə

 

Əxlaq ustadları və psixoloqlar da bu əqidədədirlər ki, başqalarını bağışlamaq, əfv etmək və güzəştə getmək xüsusiyyəti insanın həm cismi və həm də ruhi sağlamlığına çox böyük faydalı təsirə malikdir. Bunun nəticəsində də belə insanların ömürləri uzun olur.

Bunun əvəzində isə, ailəvi və ya ictimai kin-küdurətlər, qəzəblənmə və daxili əsəblər insanın cismi və ruhi sağlamlığını məhv edir, ürək damar fəaliyyətini iflic halına gətirir. İnsanın tez və qəfil ölümünə zəmin yaradır.

 

4- Təfəkkür edin və düşünün.

Allah Taala qızıl nüsxə olan Qurani-Kərimdə dəfələrlə insanı həyatın sirrləri barədə, dünyanın və varlıq aləminin yaradılışı barədə, dövranın gərdişi və sair barədə düşünməyə, təfəkkür etməyə dəvət edir.

 

قُلْ هَلْ یَسْتَوِی الْأَعْمى‏ وَ الْبَصیرُ أَ فَلا تَتَفَكَّرُون

“ De: “Kor olan kəs görənlə bir olarmı? Məgər düşünmürsünüz?”

Ənam surəsi 50-ci ayə

 

Sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) yanına bir nəfər gəlmişdi. Suallarının cavabını alaraq getmək istəyərkən dedi: -Ey Allahın peyğmbəri! Mənə elə bir şey öyrət ki, onun sayəsində heç zaman azmayım.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

إِذَا هَمَمْتَ بِأَمْرٍ فَتَدَبَّرْ عَاقِبَتَهُ , وَإِنْ كَانَ رُشْدًا فَأَمْضِهِ , وَإِنْ كَانَ غَيًّا فَانْتَهِ عَنْهُ

“Bir işi etmək istəyəndə əvvəlcə o işin aqibəti barədə düşün. Əgər xeyirlidirsə o işi etməyə tələs, əgər ziyanlıdırsa o işi etmə.”

Biharul ənvar 77-ci cild 131-ci səhifə

 

Əxlaq ustadları, psixoloqlar və həkimlərin araşdırmalarına əsasən uzun ömürlü olmaq ilə düşüncəli və huşlu olmağın bir birləri ilə sıx bağlılıqları vardır. Düşünmək, təfəkkür etmək və ağılından bəhrələnmək insana müsbət mənəvi faydalar verməkdən əlavə, onun fərdi və ictimai həyatında da çox mühüm və faydalı təsirlər yaradır, insanın ömrünün uzun olmasına zəmin yaradır.

 

5- Ardıcıl olara yaxınlara və qohumlarınıza baş çəkin.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

  مَا نَعْلَمُ شَیْئاً یَزِیدُ فِی الْعُمُرِ إِلَّا صِلَةَ الرَّحِمِ حَتَّى إِنَّ الرَّجُلَ ‏یَكُونُ أَجَلُهُ ثَلَاثَ سِنِینَ فَیَكُونُ وَصُولًا لِلرَّحِمِ فَیَزِیدُ اللهُ فِی عُمُرِهِ ثَلَاثِینَ سَنَةً فَیَجْعَلُهَا ثَلَاثاً وَ ثَلَاثِینَ سَنَةً وَ یَكُونُ أَجَلُهُ ثَلَاثاً وَ ثَلَاثِینَ سَنَةً فَیَكُونُ قَاطِعاً لِلرَّحِمِ فَیَنْقُصُهُ اللهُ ثَلَاثِینَ سَنَةً وَ یَجْعَلُ أَجَلَهُ إِلَى ثَلَاثِ سِنِین

 

“Sileyi-rəhm (yaxınlara və qohumlara baş çəkmək) qədər insanın ömrünü uzudan ikinci bir şey tanımıram. Hətta ömrünün sonunu üç il qalmış insan sileyi-rəhm edərsə Allah onun ömrünü otuz ilə uzadar. Əgər qəti-rəhm (yaxınlarla və qohumlarla əlaqəni kəsərsə) edərsə Allah onun otuz illik ömrünü üç il edər.”

əl-Kafi 2-ci cild 153-cü səhifə

 

Həmçinin başqa bir hədisdə İmam Cəfər Sadiq əleyhissalam buyurur:

اِنْ اَحْبَبْتَ اَنْ يَزيدَ اللّه‏ُ فى عُمُرِكَ فَسُرَّ اَبَـوَيْكَ

“Əgər Allah Taalanın sənin ömrünü uzatmasını istəyirsənsə atanı və ananı şad et, sevindir.”

Biharul ənvar 74-cü cild 81-ci səhifə

 

Ata-ananı həyatda ikən şad etmək və sevindirmək onların qulluğunda durmaq, sözlərinə qulaq asmaq, göstərişlərinə itaət etmək, onlar xoş söz demək, onların başlarını uca edəcək hərəkətlər etmək ...

Vəfat etmiş ata-ananı isə şad etmək və sevindirmək onları daima xatırlamaq, onlar üçün Quran oxuyub dualar etmək, Allah Taaladan onların bağışlanmalarını istəmək, onların qəbirlərini ziyarət etmək, yaxşı işlər edərkən savabını onlara bağışlamaq...

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

زيادَةُ الشُّكْرِ وَ صِلَةُ الرَّحِمِ تَزيدُ فِى الْعُمْرِ وَ تَفْسَحُ فِى الاْجَلِ

“Çox şükür etmək və sileyi-rəhm (yaxınlar və qohumlarla ünsiyyətdə olmaq)  insanın ömürünü uzadır, həm də əcəli gecikdirir (yaşamaq fürsətini artırır).”

Uyunul hikəm vəl məvaiz 275-ci səhifə

baxılıb: 622 dəfə