Gözəl xüsusiyyətlər

Əxlaq qəlbin saflığıdır...

Əxlaq qəlbin saflığıdır... Hər bir insanın fitrətən sevdiyi şeylərin biri də təmizlikdir. Hərçənd ki, insan günah etdikcə "təmizliyi sevmək" xüsusiyyəti zəifləməyə başlayır. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: النظافة من الايمان "Təmizlik imandandır."

Deməli, imanlı şəxslər təmizlik barədə daha çox düşünürlər, təmizlik onlar üçün çox əhəmiyyətlidir. Üst-başın təmizliyindən tutmuş, evin, həyət bacanın və sairin təmizliyinə qədər.
Amma bunların hamısından daha əhəmiyyətli Qəlbin təmizliyidir. Siz heç Qəlbinizin təmzliyi barədə düşünmüsünüzmü?!
İnsan bələdiyyədən bir torpaq alır, yerini müəyyənləşdirir, bununla da kifayətlənir. Orada heç bir abadlıq işi görmür, gələcəkdə bir şey edərəm deyir. 
O torpağın başına nə gəlir?! Kimisi bir az oradan qəsb edir, Yoldan keçən və ayaqyolu axtaranlar oranı murdarlayır, heyvanlar və qurd-quşlar oraya toplaşır, yerdən çoxlu tikanlar və ziyanlı otlar bitir...
Amma insan oranı hətta azacıq belə abad edərsə, məsələn sadəcə o torpağın hasarını çəkərək oraya darvaza qoyarsa yuxarıda sadalananların çoxu baş verməyəcək. O ki, qala insan oranı daha abad etməyə başlaya və tez-tez baş çəkməyə başlaya...
İnsanın Qəlbi də belədir. İnsan qəlbinə heç bir sərhəd təyin etməzsə onun Qəlbi murdarlanacaq və çoxlu ziyanvericilər ilə bulaşacaqdır...
Amma əgər insan Qəlbini təmizləyərək ona heç olmazsa hasar çəkib qapı qoyarsa, yəni günahların və pis adətlərin ora girməyinə qadağa qoyarsa o Qəlbdə abadlıq bqş vermiş olacaq...
Qəlbini təmizləmiş insan həmişə xoşbəxtdir, amma qəlbi bulaşıq olanlar həmişə bədbəxt və narahatdırlar.
Odur ki, Allah Taala Qurani-Kərimdə Şəms surəsinin 9 və 10-cu ayələrində buyurur:
قد افلح من زكاها
و قد خاب من دساها
"Kim Qəlbini təmizləyə bildisə xoşbəxt oldu,
Kim Qəlbini bulaşıq saxladısa ziyana uğradı."
Allah Taala hamımıza həzərt Muhəmməd və ali-Muhəmməd xatirinə Qəlbilərimizi təmizləmək üçün güç, qüvvə, təqva, iradə və müvəffəqiyyət nəsib etsin!"

baxılıb: 553 dəfə