Gözəl xüsusiyyətlər

İnsanlar arasında bəsirətli olmağın zərurəti

İctimai məsələlərdə bəsirət

Cəmiyyətin hər bir insana təsiri danılmazdır, odur ki əxlaqlı və mədəni cəmiyyətlərdə yaşamaq daha rahatdır. Cəmiyyət fəsad və pozuculuğu yönəldikdə hər bir fərd onun mənfi zərbələrinə məruz qalır. Bəsirətsiz insan cəmiyyətdəki problemlər və pozuculuqları görə bilmədiyinə görə həmin problemlərin həlli istiqamətində heç bir addım ata bilməyəcəkdir.

Hər bir şəxsin ictimai məsələlərdə iki səbəbə görə bəsirətli olması zəruridir. Birinci səbəb onun cəmiyyət ilə rəftarının düzgün tənzimlənməsi, ikinci səbəb isə cəmiyyətin əxlaqlı və mədəni olması üçün xalqa xeyir verə bilməsidir. Cəmiyyətin əxlaqi problemlərini həll edilməsində yardımçı olmaq istəyən hər bir insan bəsirətli olmalıdır.

Bir çox insanlar ictimai məsələlərdə müxtəlif problemlərə düçür olmublar.

Osman ibn Məzun sonuncu peyğəmbər həzrət Muhəmmədin (s) sevimli səhabəsi və yardımçısı idi. Ancaq ictimai məsələlərdə yanlışlıqları var idi. Arvad-uşağını evdə qoyub bir neçə nəfərlə Mədinə şəhərinin kənarında çadır qurub gündüzləri oruc tutur, gecələri isə səhərə qədər ibadət edirdilər. Artıq bir neçə gün idi ki, ibn Məzun evə gəlmirdi, onun həyat yoldaşı həzrət Muhəmmədin (s) yanına gedərək əri barədə şikayət etdi. Həzrət Muhəmməd (s) bir nəfəri onların qurduğu çadıra sarı yollayaraq onları məscidə gətirmələrini istədi. Məscid insanlar ilə dolu idi. Osman ibn Məzun və onun çadır dostları məscidə gəldikdə həzrət Muhəmməd (s) buyurdu: “İslam dini rəhbaniyyət, tərkidünyalıq və camaatdan uzaqlaşmaq dini deyil. Şizin ailəniz olduğu kimi mənim də ailəm var, ailəmə də vaxt sərf edirəm, gecələri ailəmin yanında oluram, bir gün oruc tutanda o biri gün oruc tutmuram ki, ailəmlə birlikdə yemək yeyim...”

İctimai məsələlərdə bəsirətli olan şəxs camaatla düzgün rəftar edir, onlarla mehribanlıq və məhəbbət ilə davranır.

Tarix və hədis kitablarına əsasən günlərin birində dördüncü imam ZeynulAbidin (ə) Mədinə şəhərinin kənarında olan bağında evə sarı qayıdırdı. Bu vaxt bir nəfər onun qarşısına çıxdı, həmin şəxs İmama (ə) dedi: “Hörmətli adam olduğun bəllidir, Mədinənin valisi sənsənmi?” İmam ZeynulAbidin (ə) buyurdu: “Xeyr, mən Hüseynin (ə) oğlu Əliyəm.” Həmin şəxs bu sözü eşitcək Əhli-beyt (ə) əleyhinə nalayiq sözlər dedi. İmam ZeynulAbidin (ə) onun sözləri bitənədək sükut edərək səbir etdikdən sonra buyurdu: “Ləhcəndən məlumdur ki, buralı deyilsən, qəribsən, əgər qalmağa yerin olsazsa gəl bizdə qal, pulun qurtarsa sənə pul verərəm, nə çətinliyin olsa heç kimə ağız açma mənə de ki, sənə kömək edim...” Həmin kişi dedi: “Mən Şam şəhərindənəm, məni bağışlayın sizdən üzr istəyirəm, siz Əhli-beyti (ə) bizlərə səhv tanıtdırıblar...” Bu sözləri deyərək ağlaya-ağlaya atından düşərək İmamın (ə) ayaqlarına sarıldı...

Bəli, imam ZeynulAbidinin (ə) ictimai məsələlərdə bəsirətli olması onu özünə düşmən bilən şəxsin peşman olaraq tövbə etməsi, düz yola gəlməsi və islah olması ilə nəticələndi. Bundan əlavə o həzrət ictimai bəsirəti sayəsində səhv addım atmaqdan və nalayiq rəftardan uzaq oldu.

Həmçinin tarixi sənədlərə əsasən günlərin birində ehtiyaclı bir şəxs imam Hüseynin (ə) evinə gəlmişdi, həmin an o həzrətin görüşünə gələnlər az deyildi. O şəsx əlini qaldıraraq söz istədi və dedi: “Mənim ehtiyacım var, icavə verin ehtiyacımı deyim.” İmam Hüseyn (ə) buyurdu: “Xeyr, icazə vermirəm. İstəyini dilə gətirmə, yazı ilə yaz.” O kişi istəyini bir kağıza yazıb İmam Hüseynə (ə) verdi. Orada -500 dirhəm borcum var yazılmışdı. İmam Hüseyn (ə) bağlamaya min dirhəm pul qoydu və onun yazdığı kağızın arxa hissəsinə belə yazdı: “Camaatın arasında ehtiyaclarını dilə gətirib özünü aşağılama. Burda min dirhəm vardır, beş yüz dirhəm ilə borcunu qaytar, o biri beş yüz dirhəmi isə özünə maya et, iş qur, ailəni dolandır.”

İntimai məsələlərdə bəsirətli olan insan başqaların görə bilmədikləri sütuqu və alçalmaları görə bilir, odur ki onlara kömək edərək insanları alçaqlıq və xarlıqdan xilas edir.

İctimai məsələlərdə bəsirətli şəxsin ən bariz xüsusiyyətləri bunlardır:

a) İnsanlarla birgə yaşayış, yekdillik, insanlara qarşı məhəbbət, ülfət, səmimilik və mehribanlıq

b) Şübhələr qarşısında ayıqlıq və sayıqlıq, insanları maarifləndirməklə onları şəkk-şübhələrdən xilas etmək

c) Sadə yaşayış və sadə həyat tərzi

ç) Səbir və dözümlülük

baxılıb: 128 dəfə