Gözəl xüsusiyyətlər

Mübarək ayın astanasında

İmanlı şəxs heç vaxt ümidini itirmir.


Mübarək Ramazan ayının astanasındayıq. Bu mübarək ay özünü islah edərək həqiqi bəndə olmaq istəyən insanlar üçün misiilsiz bir fürsətlər ayıdır. Həzrət Sahibəzzamanın (ə) zühurunun baş verməsi üçün dünya əhalisinin böyük bir hissəsini o həzrəti qəbul etməyə hazrı olmalıdır. Müntəzirin, yəni həzrət Mehdi əleyhissalamın yolunu gözləyən hər bir şəxsin vəzifəsidir ki, özünü kamilləşdirsin, gözəl əxlaq və dürüstlük ilə dünya əhalisinə Əhli-beyt əleyhimussalamı sevdirsin, sonra isə onları maarifləndirərək həzrət Mehdiyə (ə) dost və yardımçı etsin.
Hədislərdə vardır ki, həzrət Mehdinin (ə) zühuruna yaxın möminlərin bəziləri o həzrətin zühuruna olan inamlarını itirəcəklər. Nə üçün? Çünki dünyada baş verməkdə olan hadislərin zahirinə, eləcə də düşmənlərin çəkdikləri kinolara baxaraq həzrət Mehdinin (ə) zühur edəcəyinə və zülmlə dolmuş dünyanı haqq-ədalətlə dolduracağına olan ümidlərini itirəcəklər. Deyəcəklər ki, dünyanın bu qaranlıq və zülməti heç vaxt işıqlana bilməz.
Ancaq həqiqi imanlı insanlar heç vaxt ümidlərini əldən verməzlər.
Qurani-kərim Nur surəsinin 55-ci ayəsində buyurur:
وَعَدَ اللَّهُ الَّذِينَ ءَامَنُواْ مِنكمُ‏ْ وَ عَمِلُواْ الصَّلِحَتِ لَيَسْتَخْلِفَنَّهُمْ فىِ الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَ لَيُمَكِّنَنَّ لهَمْ دِينهَمُ الَّذِى ارْتَضىَ‏ لهَمْ وَ لَيُبَدِّلَنهَّم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنىِ لَا يُشْرِكُونَ بىِ شَيْا
“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (həqiqi İslamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur.”
Deməli, Allaha etiqadı olan imanlı insanlar Allah Taalanın vədinə inanırlar. Yer üzünün sülh və əmin-amanlığa çevriləcəyinə, İslam dininin yer üzündəki saxta və təhrif edilmiş dinlərin hamısına qalib gələcəyinə inanırlar. O vaxtın tezləşməsi arzusu ilə yaşayırlar.
Dostlar, baxın, qaranlıq gecədə çöllükdə ocaq qalamaq istədikdə odunlar yanmamışdan əvvəl onun tüstüsü hər yerə yayılır, bir tərəfdən hər yerin qaranlığı digər tərəfdən isə tüstünün yayılaraq hətta gözlərimizi göynətməsinə baxmayaraq az sonra həm tüstüdən əsər-əlamət qalmır həm də ətrafımızdakı qaranlıq işıqlı məkana çevrilir.
Hazırda dünyada baş verən hadisələr, çətinlik, sıxıntı və bəlalar həzrət Mehdi əleyhissalamın zühurunun müqəddiməsidir, hər tərəfi işıqlandırmaq üçün qalanan ocağın şölə və işıltısının tüstü mərhələsidir.
 

baxılıb: 113 dəfə