Gözəl xüsusiyyətlər

Yəqin məqamı

 

عن ابی الحسن الرضا (علیه السلام): « أَحْسِنِ الظَّنَّ بِاللَّهِ فَإِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ أَنَا عِنْدَ ظَنِّ عَبْدِيَ الْمُؤْمِنِ بِي إِنْ خَيْراً فَخَيْراً وَ إِنْ شَرّاً فَشَرّاً ».

İmam Riza (ə) buyurub: “Allaha olan zənnini gözəl et. Çünki, həqiqətən Allah-taala belə buyurub: Mən mömin bəndəmin mənə olan zənninin yanındayam. Əgər (zənni) yaxşı olsa, yaxşı olar. Əgər pis olsa, pis olar”. (1)

İbadət və bəndənin təkamül yolunda hüsnü-zənnə diqqət əxlaq elmində mühüm və təməl prinsiplərdəndir.Bu hüsnü-zənnin əhəmiyyət və zərurəti barədə bu qədər bəsdir ki, Allah-taala buyurur: -“Mən bəndəmin zənninin yanındayam”. Bu Allahın adresidir. Allah bizə deyir; -Əgər Mənim arxamcasan, əgər Mənə çatmaq istəyirsənsə, öz zənn və gümanına müraciət etməlisən. Gör Allah sənin yanında necədir. Əgər Allaha qarşı yaxşı gümandasansa və ya bədgümansansa, yenə də Məni orada tapacaqsan.

İnsanın öz günahlarından qorxusu olduğu və Allah qarşısında utanclı və xəcalətli olmasına baxmayaraq, yenə də Allahın rəhmətinə ümidli olması onu tövbəyə sövq edir və onun təkamül yolunu davam etməsinə yardımçı olur. Bu məsələ olduqca mühüm və dəqiq məsələdir. Əgər Allaha qarşı hüsnü-zənn olmasa, bəndənin addım atması qeyri-mümkün olar. Elə ki, bir günah etdi, artıq Allah dərgahından qovulduğunu düşünəcək. Beləcə, onun yeri məscid, namaz və rövzə məclisləri olmayacaq. Buna görə, bu məyusluq onu tənəzzülə çəkəcək... Lakin, əgər bir şəxs bilsə ki, Allah buyurur: “إِنَّ رَحْمَتِي سَبَقَتْ غَضَبِي” (Həqiqətən mənim rəhmətim qəzəbimdən öndədir) (2) və inansa ki; “وَ رَحْمَتي‏ وَسِعَتْ كُلَّ شَيْ‏ء” (Mərhəmətim hər şeyi ehtiva etmişdi.) (3). Bu məqamda, əgər günahkar və ləkəli olsa da, yenə də bir cümlə ilə, “اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ الَّتِي وَسِعَتْ كُلَّ شَيْ‏ء” (İlahi, hər bir şeyi əhatə edən rəhmətinə and verib səndən (bağışlanmağımı) istəyirəm. Kumeyl duasından.) bəndəlik və təkamül yoluna qayıdır. Bu o yerlərdən biridir ki, şeytan olduqca qüdrətli olaraq zahir olur və məyusluq silahı ilə öz çirkin hədəflərinə çatır. Bu, şeytanın ən mühüm silahıdır.

Bilin ki, Allah-taalaya hüsnü-zənn olmadan daxili və xarici şeytanlarla mübarizə meydanında qələbə çalmaq mümkün deyil.

Siz elm tələbələri gənclik yaşlarındasınız. Əgər elə indidən Allah-talaya olan zənninizi yaxşı etsəniz, şeytanı qarət etmiş olarsınız. Amma əgər, “nəuzu billah” (Allaha sığınırıq) bir günah etsəniz və günahdan sonra sizdə tövbə və peşimançılıq halı yaransa, bilin ki, Allah rəhmətinə daxil olmusunuz. Qoymayın ki, şeytan günahı böyük cilvələndirməklə sizi Allah rəhmətindən uzaqlaşdırsın...

İftitah duasında belə oxuyuruq: “وَ أَسْأَلُكَ مُسْتَأْنِساً لَا خَائِفاً وَ لَا وَجِلًا مُدِلًّا عَلَيْك” Buradakı “مُدِلًّا عَلَيْك” (mudillən ələyk) çox mühümdür. Yəni; İlahi mən Səni qorxu və vəhşət ilə deyil, ünslə çağırıram. Əksinə, “مُدِلًّا عَلَيْك” (mudillən ələyk). Bu “mudillən ələyk” çox mühümdür. Yəni, bir naz və qəmzə ilə Səni çağırıram. Görmüsünüz ki, uşaq bəzən anasının ona qarşı məhəbbətini gördükdə, naz və qəmzə edir. Yəni, İlahi, Sənin məhəbbət və lütfün o qədər genişdir ki, mən bu halla səni çağırır və səsləyirəm... Əlbəttə, “inbisat” (şadlıq) məqamı kimi məşhur olan bu məqam, müttəqilərin yüz məqamından qırxıncısıdır. Yəni, ötən 39 məqamı keçmiş şəxs, indi bu yerdə bir sevinc və fikri “inbisat”la Allahla münacat edir. Allah da, hüsnü-zənn və yaxşı gümanla Onu çağıran bəndəni əli boş qaytarmır. Bu halda, bəndə öz ibadətinə məğrur deyil. Əgər çoxlu günahı olsa belə, yenə də Allahın rəhmətindən məyus deyil. Deməli, bir ruhi təadüldə qərarlaşıb. Belə ki, yalnız Allahın rəhmətinə ümid bağlayıb. Onun təkamül yolunda irəliləməsinə səbəb olan da budur.

“Vəsail əş-şiə” kitabının 15-ci cildində Allah Rəsulunun (s) belə buyurduğu nəql edilib: “لِأَنَّ اللَّهَ كَرِيمٌ بِيَدِهِ الْخَيْرُ يَسْتَحْيِي أَنْ يَكُونَ عَبْدُهُ الْمُؤْمِنُ قَدْ أَحْسَنَ بِهِ الظَّنَّ ثُمَّ يُخْلِفَ ظَنَّهُ وَ رَجَاءَهُ” (4) (Allah-taala kərim olduğu üçün, Ona hüsnü-zənn edən və Onun rəhmətinə ümid bəsləyən bəndəni naümid etməyə və əli boş qaytarmağa həya edir.) Burada işlənən “یَستحیی” (yəstəhyi, yəni, həya edir) sözü, əslində o deməkdir ki, biz Allahdan həya etməliyik və ona qarşı bəd-güman olmamalıyıq. Hətta, özümüzün yaxşı əməllərimizə belə arxayın olmamalıyıq. Kərim şəxslə görüşdə ona hədiyyə aparmaq səhvdir. Böyük və kərim şəxsin ziyafətinə dəvət olunmuş şəxsin, həmin kərim şəxsə təndir çörəyi aparması çox pisdir. Buna görə, görürsən ki, İmam Əli (ə) Həzrət Səlmanı (rə) dəfn edərkən, onun kəfəninə yazır:

“وَفدتُ عَلی الکریم بغیر زادٍ مِن الحَسَناتِ وَالقلبِ السَّلیم

وَ حَملُ الزَّادِ أقبحُ کلِّ شیءٍ إذا کانَ الوُفودُ عَلی الکَریم”

“Əskik bəndəyəm. Amma, mənim Allahım Sən olduğuna görə,

Aləm qarşısında boyun əyməy heyif olar”.

 

Qeydlər:

1. “Əl-Kafi”, c-2, səh. 72, “Husnu əz-zənni billahi əzzə və cəllə” babı.

2. “Əl-Kafi”, c-2, səh. 274, “əz-Zunub” babı.

3. “Əraf” surəsi, 156-cı ayə.

4. “Vəsail əş-şiə”, c-15, səh. 230, “Vucubu husni əz-zənni billah və ...” babı.

baxılıb: 363 dəfə