Gözəl xüsusiyyətlər

Hər şəxsə lazım olan xüsusiyyətlər

Əmirəlmöminin Əli əleyhissalam buyurur: "Möminin 4 əlaməti var, 1- Yeməyi, xəstə adamların yemək yeməsinə bənzəyir, 2- Yuxusu, suda batmaqda olan adamın yususu kimidir, 3- Ağlamağı, övladı ölmüş ananın ağlamasına bənzəyir, 4- Oturanda elə oturar ki, sanki indi yerindən başqa yerə tullanacaq. Ənvarul hidayə 9-cu səhifə Camiul əxbar 98-ci səhifə

Qısa izah:
1- Mömin az və iştahasız yemək yeyər, sanki yeməyə meyli yoxdur, güclə təklif edirlər. Necə ki, xəstə adamın yemək yeməyə meyli olmur. Onu da deyim ki, hədislərdə gələn "az yeyin" sözündən məqsəd "çox yeməyin" mənasıdır. Bu cür işlədilməsinin səbəbi isə budur ki, insan çox yeməyə təmayüllüdür, hərçənd ki, çox yeməyin ona nə qədər ziyan olduğunu da bilir. Buna gərə də insanı çox yeməkdən saxlamaq üçün ona norma ye deyilsə, insan deyəcək ki, elə bu mənim normamdır. Hədislərdə gələn "az ye" sözü insanı çox yeməkdən saxlamaq üçündür. Hər bir şəxs öz cismi vəziyyətinə uyğun qidalanmalıdır.
2- Yuxusu qərq olan adamın yuxusu kimidir sözündən məqsəd budur ki, mömin əgər gecə saat 2-də yamış olsa belə saat 4-də gecə namazına çox asanlıqla və əziyyət çəkmədən yuxudan durar. Həqiqi mömin olmayan isə 2 saatlıq yuxudan ya heç dura bilməz, ya da çox əzgin halda durar.
3- Allaha üçün, günahlarının çoxluğunun qorxusundan, eləcə də Peyğəmbərin və Əhli-beytin məzluməiyyəti üçün ağlayanda ürəkdən və tam hissləri ilə ağlayar. Yalandan ağlamaz.
4- Oturanda elə oturar ki, sanki qəflətən durmaq lazım olacaq. Bəziləri oturanda elə ağır oturur ki, birinə nəsə vermək lazım olanda, ya yıxılan adamı tutmaq lazım olanda, ya kiminsə əlindən nəsə düşərsa onun tutmaq lazım olanda Bu adam ayağa durunca yıxılmaqda olan adam yıxılar... 
Mömin isə elə deyil. Oturanda elə oturar ki, sanki bu saniyə ayağa durmalıdır.

baxılıb: 606 dəfə