Gözəl xüsusiyyətlər

faydalı təbəssüm

İndiyə qədər neçə dəfə gülmüsən?! Düz deyirsən, heç kim gülüşünü saymayıb Tutaq ki, 1000 (min) dəfə gülmüsən...


Adətən gülüşlərin özün üçün olub, yəni hansısa bir lətifə eşitmisən, ya kimsə qəribə hərəkət edib, hansısa sözü eşidib gülmüsən ...
Gülməkdən böyük həzz almısan, ləzzət almısan,
amma
o həzz və ləzzətlərin keçib gedib,
Qiyamət gününə o gülüşlərdən heç nə qalmayıb.
Amma əgər o 1000 (min) gülüşünün heç olmazsa ikisi ya üçü qəm-qüssəyə batmış bir möminin qəlbini şad etmək və onun qəm-qüssəsinin sevincə çevirməsi üçün olubsa,
Bax, bu gülüşdən həm bu dünyada həzz və ləzzət almısan,
həm də
Qiyamət günü bu gülüşün savabını sənə verəcəklər.
Bəlkədə yaxşı və pis əməllərin əməl tərəzisində bərabər olan zaman
qəm-qüssəyə batış bir möminin qəlbini şad etmək və onun qəm-qüssəsinin sevincə çevrilməsinə səbəb olan gülüşünü əməl tərəzisinə qoyacaqlar,
Beləliklə də Sən Cənnət əhlindən olacaqsan.
Bizim faydalandıqlarımız bu dünyada qalır, amma başqalarına verdiyimiz faydalar axirətdə də bizim dadımıza yetəcəkdir.
Sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih üçün bir dəvə gətirmişdilər. Dedilər: ya RəsulAllah, bu dəvəni sizə hədiyyə gətirmişik. Peyğəmbər(s) səhabələrə tapşırdı ki, dəvəni kəsin və hər evə bir pay ət verin. Peyğəmbər(s) özü isə Məscidə getdi. Məsciddən evə qayıtdı, dəvə barədə soruşdu. Peyğəmbərin(s) həyat yoldaşı dedi: Ey Allahın Rəsulu, bütün ətlər camaata pay olaraq getdi, özümüzə cəmi bir pay qaldı. Peyğəmbər(s) buyurdu: "Elə demə, əksinə, bütün paylar bizə qaldı, əlimizdə olan bu bir pay isə yeyilib gedəcək. Çünki Allah Taala Quranda buyurur: "Sizin əlinizdə olanlar hamısı yox olacaq, Allah yanında olanlar isə hamısı qalırlar."

baxılıb: 481 dəfə