Gözəl xüsusiyyətlər

İxlas ilə ibadət edək

İxlası güllərdən öyrənək


İxlaslı və sədaqətli olaq
.
ALLAH TAALA BİZDƏN İXLASLI İBADƏT ETMƏYİMİZİ İSTƏYİR!
Elə isə necə ixlas ilə ibadət edək?!
.
Gül-çiçəkləri gözümüzün özünə gətəirək,
Güllər heç kim onları görməyən ucqar dağlarda hansı ətiri saçırlarsa,
Şəhərdə "Gül-çiçək" dükanlaında da, bulvarda Gül sərgilərində də ... həmin ətiri saçırlar.
Şəhərdə, Bulvarda və ya Gül-çiçək dükanlarında güllər Demirlər ki, "burada bizi görən və iyləyən çoxdur elə isə burada çox ətir saçaq, amma dağlarda bizi görən yoxdur az ətir saçaq!!"
.
İxlası Güllərdən öyrənək, namazı harada qılsaq belə insanları nəzərə almayaq, yalnız və yalnız Allah Taalanı düşünək...
.
İbadət o vaxt ləzzətli olur ki, xalis olsun, yəni ixlaslı və səmimi olsun.
Əgər Südü su ilə qarışdırsaq südün həcmi çoxalacaq, amma dadı və ləzzəti aradan gedəcək, beləliklə südün təbii rəngi, qatılığı və dəyəri azalacaqdır.
İbadət də belədir, əgər ibadət etinasızlıq, riya və dünya məqsədləri ilə qarışıq olarsa ibadətin həcmi çoxalacaq amma həqiqət və saflığı azalacaqdır.
İbadət o vaxt dadlı, ləzzətli və dəyərli olur ki, o yalnız və yalnız aləmlərin Rəbbi olan ALLAH TAALA üçün olsun.
İnsan ibadət zamanı Allah Taaladan başqasını düşünməsin.
İnsan ibadəti ilə Allah Taaladan başqasına özünü göstərmək istəməsin.
İnsan ibadət ilə Allah Taaladan başqasına yaxınlaşmaq məqsədində olmasın.
İnsan ibadəti ilə özünün başlaraından üstün olduğunu sübut etmək istəyində olmasın.
Allah Taaladan hamınızın ixlaslı ibadətə nail olmağınızı istəyirəm.
 

baxılıb: 541 dəfə