Gözəl xüsusiyyətlər

Allaha təvəkkül etmək Peyğəmbərlərə, İmamlara və Övliyalara təvəssül eləmək ilə ziddirmi?

Təvəkkül barədə Əxlaq dərsinin dördüncü hissəsi

İslamın nəzərinə görə Allaha təvəkkül etmək Peyğəmbərlərə, İmamlara və Övliyalara təvəssül etməklə qətiyyən zidd deyil. Çünki təvəkkülün mənası işləri Allaha tapşırmaq və Allahı yeganə təsir edici varlıq bilməkdir.

İşləri Allaha tapşırmaq o demək deyil ki, insan özü heç bir iş görməyə. Əksinə insan mümkün olan və əli çatan bütün vasitələrdən istifadə etməlidir.

Hədislərin birində oxuyururq:

“Bir şəxs həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) görüşünə gələrək deyir: -Mən uzaq bir məsafədən gəlmişəm.

Həzrət Peyğəmbər (s) soruşur: -Bəs sənin miniyin haradadır?

Həmin şəxs deyir: -ey Allahın Peyğəmbəri, mən dəvəmi məscidin yaxınlığında buraxıb gəldim sizin yanınıza.

“Bəs nə üçün bir yerə bağlamadın?” deyə, Peyğəmbər (s) soruşdu:

Kişi cavab verdi: -Allaha təvəkkül edib dəvəni buraxdım.

Həzrət Peyğəmbər (s) buyurdu: -Tez get dəvəni tap. Əvvəlcə dəvənin dizini bir etibarlı yerə bağla ondan sonra Allaha təvəkkül et.”

əl-Məbsut (müəllif əs-Sərəxsi) 30-cu cild 249-cu səhifə

 

Deməli, insan təvəkkülü təvəssül ilə etməlidir. Təvəssülsüz təvəkkül mümkün deyil, bəlkə quru bir arzudur.

Qurani-kərim Nisa surəsinin 71-ci ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ أَوِ انْفِرُوا جَمِيعًا

Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!

 

Həmçinin Qurani-kərim Nisa surəsinin 102-ci ayəsində buyurur:

وَإِذَا كُنْتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلَاةَ فَلْتَقُمْ طَائِفَةٌ مِنْهُمْ مَعَكَ وَلْيَأْخُذُوا أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا فَلْيَكُونُوا مِنْ وَرَائِكُمْ وَلْتَأْتِ طَائِفَةٌ أُخْرَى لَمْ يُصَلُّوا فَلْيُصَلُّوا مَعَكَ وَلْيَأْخُذُوا حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ وَدَّ الَّذِينَ كَفَرُوا لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُمْ مَيْلَةً وَاحِدَةً وَلَا جُنَاحَ عَلَيْكُمْ إِنْ كَانَ بِكُمْ أَذًى مِنْ مَطَرٍ أَوْ كُنْتُمْ مَرْضَى أَنْ تَضَعُوا أَسْلِحَتَكُمْ وَخُذُوا حِذْرَكُمْ إِنَّ اللَّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا

(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!

 

Ayələrin məzmunu budur: “Ey müsəlmanlar! Kafirlər istəyirlər ki, siz silahlarınızı kənara qoyub Allaha təvəkkül edəsiniz və onlar da bundan istifadə edib sizə hücum edərək qalib gəlsinlər.”

Halbuki insan maddi aləmin çətinlikləri içində özünü dalanda görməməli, eləcə də öz bacarıq və qüdrətinin tükənməsininin mümkünlüyünü yolların bağlılığı və sonu olaraq qəbul etməsin, əksinə gözlərini Allahın lütf və mərhəmətinə dikərək bilməlidir ki, sonsuz və tükənməz bir fəza vardır ki, o da Allah Taalanın əlindədir. Onun qüdrət və bacarıq əhatəsinin sonu yoxdur.

İkinci, Allaha təvəkkül etmək budur ki, insan dünya həyatının çətinlikləri və problemləri, düşmənlərin hiylələri və pislikləri qarşısında əzm ilə mübarizə edərək bilsin ki, bu mübarizədə dalan və çıxılmazlıq deyilən bir şey yoxdur. Əgər mənim qüdrətin tükənərsə, və ya düşmənlərin qarşısında məğlubiyyətə yaxınlaşaramsa mənim gücüm çatmayan, başqa sözlə mənim aciz və çarəsiz olduğum işlərdə Allah Taalanı özümə vəkil seçirəm, Ona söykənərək etimad edirəm.

Deməli, insan bunu dərk etdiyi halda heç bir çalışmaq, səy  və hərəkətdən qalmayacaq, əksinə hətta onun özünün bacara bildiyi işlərdə də Allah Taalanı yeganə həqiqi təsiredici biləcəkdir. Çünki tövhidə inamın əsaslarından biri budur ki, bütün qüdrət, güc və qüvvənin qaynağı və mənbəyi Allah Taaladır.

Allah Taalaya təvəkkül etməyin əks tərəfi isə Allahdan başqasına təvəkkül etməkdir. Yəni insanlardan asılı olaraq yaşamaq, başqalarına, yəni güclü və pullulara yaltaqlanmaqla, onların qarşısında şərəf və mənliyini itirməklə onlardan kömək umur. Onların başına iş gələndə isə, məsələn, varlı dayaq müflis olanda, yaxud güclü dayaq hansısa sağalmaz xəstəliyə tutulanda və sair, bu insan məyus olur. Onlara sığınmağın yanlış olduğunu dərk edir.

Halbuki “Təvəkkül, Allahın feli tövhidinin birbaşa səmərəsi və meyvəsidir.”

baxılıb: 752 dəfə