Gözəl xüsusiyyətlər

Təvəkkül və Allaha etimad etmək -2

Təvəkkül haqda hədislər

1. İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

أن الغنى والعز يجولان فإذا ظفرا بمواضع التوكل أوطنا

 

 “Həqiqətən ehtiyacsızlıq və izzət (hörmətli və əziz olmaq) hərəkətdədirlər. Elə ki, təvəkkül məqamına çatdılar, oranı daimi yaşayış yeri seçirlər.”

əl-Kafi 2-ci cild 64-cü səhifə

Yəni ehtiyacsızlıq və izzət (əzizlik) təvəkkülün səviyyəsinə bağlıdır. İnsanın təvəkkülü nə qədərdirsə o dərəcədə ehtiyacsızdır və o dərəcədə də əzizliyə malikdir.

 

2.İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

عن أبي عبد الله عليه السلام قال من أعطي

ثلاثا لم يمنع ثلاثا من أعطي الدعاء أعطي الإجابة ، ومن أعطي الشكر أعطي

الزيادة ، ومن أعطي التوكل أعطي الكفاية ، ثم قال : أتلوت كتاب الله عز وجل

ومن يتوكل على الله فهو حسبه " وقال : " ولئن شكرتم لأزيدنكم "  وقال :

ادعوني أستجب لكم  

 

“Kimə üç şey verilibsə deməli, ona digər üç şeydə maneə qoyulmayub. Kimə dua etmək lütfü verilibsə, ona duanın qəbul olma lütfü də verilib. Kimə şükür etmək ləyaqəti verilibsə, ona nemətin artması da verilib. Kimə təvəkkül etmək verilibsə, ona kifayət etmək də verilib. Sonra İmam əleyhissalam buyurdu: -Məgər Allahın kitabını oxumamısınızmı? “Kim Allaha təvəkkül etsə, O ona kifayət edər, “Əgər şükür etsəniz, sizə verdiyim nemətləri artıraram” , “Mənə dua edin ki, qəbul edim.”

Biharul-Ənvar 68-ci cild 151-ci səhifə

 

3. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

قال رسول الله ( صلى الله عليه وآله ) : لو أنكم تتوكلون على الله حق توكله

لرزقكم كما يرزق الطير تغدو خماصا وتروح بطانا

 

“Əgər siz Allah Taalaya layiq olduğu tərzdə təvəkkül edə bilsəz, Allah Taala sizə o cür ruzi verər ki, elə bil bir quş səmaya ac qarınla qalxır və səmada dolaşaraq tox qarınla qayıdır.”

Yəni ruzi özü insanın əlinə gəlir, Allah Taala bir çox yaratdıqlarına ruzinin özünü göndərir. Biharul ənvar 68-ci cild 151-ci səhifə

 

4. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

وقال رسول الله ( صلى الله عليه وآله ) : من أحب أن يكون أقوى الناس فليتوكل على الله

 

“Kim insanların ən güclüsü olmaq istəyirsə Allah Taalaya təvəkkül etsin.”

Biharul ənvar 68-ci cild 154-cü səhifə

 

5. Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

وقال أمير المؤمنين ( عليه السلام ) من وثق بالله أراه السرور ومن توكل عليه كفاه الأمور

 

 “Kim Allaha etimad edərsə sevinc və şadlıq görər. Kim Allaha təvəkkül edərsə bütün işlərdə Allah Taala ona kifayət edər.”

Biharul ənvar 68-ci cild 155-ci səhifə

 

6. İmam Məhəmməd Baqir əleyhissalam buyurur:

 

وقال الباقر ( عليه السلام ) من توكل على الله لا يغلب ومن اعتصم بالله لا يهزم

 

 “Allah Taalaya təvəkkül edən şəxs məğlub olmaz. Allah Taaladan yapışan insan sınmaz.”

Biharul ənvar 68-ci cild 156-cı səhifə

 

7. Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

قال أمير المؤمنين ( عليه السلام ) : الايمان له أركان أربعة : التوكل على الله

وتفويض الامر إلى الله ، والرضا بقضاء الله ، والتسليم لأمر الله

 

 “İmanın dörd rükünü (sütunu) vardər: Allaha təvəkkül etmək. İşləri Allahın ixtiyarına buraxmaq. Allahın qəzasına (həyatda baş vernişlərə) razı olmaq. Allahın əmrlərinə, göstərişlərinə təslim olmaq.”

Biharul ənvar 68-ci cild 157-ci səhifə

baxılıb: 653 dəfə