Gözəl xüsusiyyətlər

Əmanətdarlıq müsəlmanlığın əlamətidir.

Əmanətdarlıq müsəlmanlıq meyarıdır.

Əmantdarlığın xüsusiyyəti və əhəmiyyəti o qədər böyükdür ki, Allah Taala əmanətdarlığı imanın əsas şərtlərindən sayır.

Qurani-kərim Möminun surəsinin 8-ci ayəsində buyurur:

 

وَ الَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَ عَهْدِهِمْ رَاعُونَ

 

“(Möminlər) onlardırlar ki, əmanətlərinə və əhdlərinə riayət edirlər.”

Yəni onlara tapşırılan əmanətləri layiqincə qoruyur və kamil şəkildə sahiblərinə qaytarırlar, həmçinin verdikləri sözlərə, əhd peymanlarına vəfalıdırlar.

 

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

لا ايمان لمن لا أمانة له

 

“Əmanətdar olmayan insanın imanı da yoxdur.”

Müstədrəkul vəsail 16-cı cild 97-ci səhifə 19264-cü hədis

 

Həmçinin İmam Muhəmməd Təqi əleyhissalam buyurur:

 

لا تنظروا إلى كثرة صلاتهم

وصومهم وكثرة الحج والمعروف وطنطنتهم بالليل ، انظروا إلى صدق الحديث

وأداء الأمانة

 

“İnsanların çox namaz qılmaqlarına, çoxlu oruc tutmaqlarına, çox həccə getməklərinə, çox ehsan verməklərinə və gecələri oyaq qalmaqlarına baxmayın, onların düz danışmaqlarına və əmanətə riayət etmələrinə baxın (və bu iki şeyi onların müsəlmanlıqlarına meyar qərar verin).”

Vəsailuş şiə 19-cu cild 69-cu səhifə 24173-cü hədis

 

Deməli, əmanətləri qoruyub saxlamaq və onları vaxtında sahiblərinə qaytarmaq cəmiyyətin hər bir fərdinin müsəlmaçılıqlarının meyar və tərəzisidir. Əgər cəmiyyət əmanətdarlıq meyarına layiqincə riayət edərsə həmin cəmiyyət həqiqi İslam cəmiyyətidir, yoxsa imansız bir cəmiyyət olacaqdır.

 

Əmanətdarlıqla əlaqədar onu da deyək ki, bir çox başqa xüsusiyyətlərdən fərqli olaraq əmanətdarlıq hər kəsə qarşı məsuliyyətlilikdir. Yəni qarşı tərəfin müsəlman ya qeyri müsəlman, yaxşı ya pis insan olmasından asılı olmayaraq həmin şəxsin əmanətini qorumaq və vaxtında sahibinə qaytarmaq vacibdir.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

ثلاثة لا عذر لأحد فيها : أداء الأمانة إلى البر والفاجر

 

“Üş şeydə heç kim üzürlü deyil, əmanəti qaytarmaqda istər əmanət sahibi yaxşı adam ola istər pis adam...”

əl-Kafi 5-ci cild 132-ci səhifə

 

Həmçinin Əmirəlmöminin Əli əleyhissalam buyurur: Həzrət Peyğəmbər(s) vəfatından azacıq əvvəl mənə üç dəfə buyurdu:

 

يا أبا الحسن أد اء  الأمانة إلى البر

والفاجر فيما جل وقل حتى الخيط والمخيط

 

“Ey Əbul Həsən, əmanəti sahibinə qaytarmaq vacibdir, istər sahibi yaxşı adam ola istər pis adam, həmin əmanət istər çox ola istər az ola, hətta sap və iynə olsa belə.”

 

Əmanətin sahibi cəmiyyətin ən pis adamı olsa belə onun əmanətinə xəyanət etmək olmaz, əmanətini qəbul edən adam onu qorumalı və vaxtı çatanda sahibinə qaytarmalıdır.

 

Əmanətdarlığın faydaları

 

a) Xeyir və salamatlıq

İmam Rza əleyhissalam buyurur:

 

لا تزال أمتي بخير ما

تحابوا وتهادوا وأدوا الأمانة

 

“Müsəlman ümməti nə qədər ki, bir birlərini sevəcəklər, bir birlərini yaxşılıqlara dəvət edəcəklər və nə qədər ki, əmanətə riayət edəcəklər xeyir və salamatlıq içində yaşayacaqlar.”

Vəsailuş şiə 15-ci cild 254-cü səhifə 20434-cü hədis

 

b) Düzlük və dürüstlük

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

إذا قويت الأمانة كثر الصدق

 

“(Cəmiyyətdə) əmanətdarlıq güclənərsə düzlük də çoxalacaqdır.”

Uyunul hikəm vəl məvaiz 134-cü səhifə

 

c) Ruzinin çoxalması və bərəkət.

 

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

الأمانة تجلب الرزق

 

“Əmanətdarlıq sərvəti (ruzini) çoxaldır.”

əl-Kafi 5-ci cild 133-cü səhifə

 

Həmçinin Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

الأمانة تجر الرزق

 

“Əmanətdarlıq ruzi gətirəndir.”

Kənzul ummal 3-cü cild 61-ci səhifə 5499-cu hədis

baxılıb: 576 dəfə