Gözəl xüsusiyyətlər

Əxlaqlı insan hədəfli və çalışqandır.

Görəsən kimlər öz arzu, istək, hədəf və məqsədlərinə çatırlar?

Allah Taalaya şükür edək ki, bizlərə sağlam can və sağlam ağıl nemətini hədiyyə etmişdir, təki həyat yolumuzda arzu, istək və hədəflərimizə çatmaq üçün çalışaq.

Görəsən bu dünyada kimlər Allah Taalanın insana hədiyyə etdiyi imkanlarından düzgün istifadə edə bilir?

Görəsən kimlər öz arzu, istək, hədəf və məqsədlərinə çatırlar?

Təbiidir ki, heç bir insan hədəf və məqsədləri yolunda qədəm götürmədən və hərəkət etmədən nə kiçik nə də böyük arzularının heç birinə çata bilməz.

Bunu bilməyimiz çox yaxşı olar ki, insan çalışdığı və səy etdiyi arzularına çatmağa layiqdır, çalışmadığı və zəhmət çəkmədiyi arzulara qovuşmağa layiq deyil.

İnsan ya bacarığı və çalışması qədərincə arzu etməlidir, -əlbəttə bu öz acizliyini və zəifliyini qəbul etmək mənasınadır.

Ya da arzu və istəkləri qədərincə çalışma və səyini çoxaltmalıdır.

Əhsən və afərin o insanlara ki, böyük və mühüm arzularına çatmaq üçün çox çalışırlar və bu yolda heç bir çətinliyə təslim olmurlar. Belə insanlar həyatda heç nə itirmirlər, yalnız müvəffəqiyyətlər qazanırlar.

Belə insanlar hətta böyük arzularına çatmasalar belə özləri o qədər böyük həyata çevrilirlər ki, bütün bəşəriyyətin idealına, qəhrəmanına çevrilirlər.

Ümid, Allah Taalanın insana bəxş etdiyi ən qiymətli əmanətdir. Əgər insan onu qoruya bilsə və onunla birgə çalışarsa öz hədəflərini yaxınlaşdıracaqdır.

Yadımızda olsun ki, heç bir qəhrəman, dünyaya qəhrəman olaraq gəlməyib. O, qəhrəmanlıq zirvəsinə çatmaq üçün qət etdiyi uzun yolda çoxlu çalışmış və heç bir tənbəllik, ümidsizlik və bədbinliyi yaxınına buraxmamışdır.

Arzu, istək, hədəf və məqsədlərinizə çatmaq üçün çalışmaqdan və risk etməkdən qorxmayın.

Yadınızdsa olsun ki, Risk etməyən qəhrəman ola bilməz...

baxılıb: 536 dəfə