Gözəl xüsusiyyətlər

Həccin batini, hikməti və fəlsəfəsi

Qarşıda həcc mövsümü gəlir.

 

Həccin batini, fəlsəfəsi, hikməti və sirrlərindən bəzilərini qeyd edirəm ki, doslardan kim Həccə gedəcəksə, ya da kimin tanışı və qohumu Həccə gedəcəksə bu sirlər və batin ilə tanış olsun, Həccin hikmət və fəlsəfəsini anlasın.
Allah Taala hamını Həccini qəbul eləsin, onları kamil insan olmaqda müvəffəq eləsin.

Həccin batini niyyətləri

Həccin zahiri niyyətlərindən başqa daxili yəni qəlbdən keçən niyyətlər də var.
Həccin həqiqəti və fəlsəfəsi bu batini sirrlərdədir

1- Miqata gələndə: (Məkkəyə giriş üşün olan məntəqələrə MİQAT deyilir.)
- İlahi, mən sənin evini ziyarət etməyim üçün lazım olan şəraiti əldə etmək məsədilə bu MİQATA gəlmişəm.

2- Tikili paltarlarını çıxaranda:
- İlahi, mən bu tikili paltarlarımı çıxardığım kimi Bu andan etibarən qəlbimdən Riya, İkiüzlülük, Nifaq və Şübhələrə daxil olmağı çıxarıram.

3- Qüsl alanda:
- İlahi, mən günah və xatalarımdan qüsl alıram.

4- Ehram paltarını geyinəndə:
- İlahi, mən günah və xatakarlıq paltarını əynimdən çıxartdım, və Sənə itaət paltarıni geyindim.

5- Miqatda Şəcərə (və ya Cöhfə) məscidində 2 rəkət namaz qılanda:
- İlahi, əməllərin ən yaxşısı olan namaz ilə sənə yaxınlaşıram.

6- Təlbiyə(ləbbeyk) deyəndə:
- İlahi, bu andan etibarən agzımdan yalnız sənin razı oldugun sözlər çıxaracam, bütün günah sözlərdən çəkinəcəm.

7- Məkkəyə çatıb Məscidulharama (Kəbə evinə) daxil olduqda:
- İlahi, bütün müsəlmanların qeybətini həmişəlik özümə haram etdim.

8- Təvaf edəndə: (Kəbə evinin ətrafına 7 dəfə dolananda)
- İlahi, Mələklər göydə təvaf etdiyi kimi mən də yerdə təvaf edirəm. 
- İlahi, məni Səndən uzaqlaşdıran insanlardan Sənə tərıf qaçıram.

9- Məqami İbrahimin arxasında duranda:
- İlahi, mənə vacib etdiyin bütün əməllərdə belə əzm, iradə və qətiyyətlə duracağam.

10- Təvaf namazı qılanda: (2 rəkər namazdır, İbrahim peyğəmbərin məqamının arxasında qılınır)
- İlahi, Həzrət İbrahimin namaz qıldıği yerdə mən də namaz qılaraq şeytanın burnunu yerə sürtürəm.

11- Səva və Mərvə arasında səy edəndə:
- İlahi, mən Ümid ilə Qorxu arasındayam. ( 2 dağ arasında 7 dəfə hərəkət edəndə)

12- Ərəfat şölündə:
- İlahi, mən indi başa düşdüm ki, dünyanın həqiqəti bu çöl kimidir. 
- İlahi, Özünü mənə tanıtdir və icazə ver Sənin Hərıminə (müqəddəs Məkkəyə) daxil olum.

13- MəşərülHəram çölündə (Müzdələfədə): (Minada şeytana atılacaq daşlar burada yığılır)
- İlahi, Təqva şüarını qəlbimə daxil etdim, Sənin bayrağını dalğalandıracağam, hamıya bəlli edəcəyəm ki. mən Sənin dəstəndəndəm.
- İlahi, Şeytanla mübarizə üçün silahlanıram.

14- Mina məntəqəsinə çatanda:
- İlahi, mən Minaya çatdım və həqiqətdə arzularıma çatdım, 
- Kaş bütün insanlar arzularına çatsınlar.
- Artıq bütün insanıar mənim əlim, dilim və qəlbimdən amandadırlar. Bundan sonra heç kim mənim əlim, dillim və qəlbimdən pislik görməyəcək.

15- Şeytana daş atanda:
- İlahi, İblisi və onun istər insan istər cinlərdən olan şeytan qoşununu daşqalaq etdim.

16- Qurban kəsəndə:
- İlahi, bu qoyun kəsildiyi kimi həqiqətdə mən tamahımın boynunu kəsdim, bundan sonra insanların əllərində olanlarda, insanların malik olduğu şeylərdə daha gözüm yoxdur.

17- Başı qırxdıranda:
- İlahi, Mən bütün günah niyyətlərimi başımdan çıxartdım. Bundan sonra heç kimin barəsində pis fikirdə olmayacağam.

18- Minadan evə qayıdanda: 
- İlahi, mən Artıq günahsızam...
- İlahi, Muhəmməd və Ali Muhəmməd xatirinə məni müvəffəq et ki, bu günahsızlıgımı saxlaya bilim.

baxılıb: 779 dəfə