Gözəl xüsusiyyətlər

25 həyat müəmmasının cavabı;

İmam Cəfər Sadiq əleyhissalam buyurur: “1- Cənnəti qazanmağın yolunu axtardım, onu səxavətli olmaqda tapdım.

2- Salamatlığın yolunu axtardım, onu guşənişin olmaqda(camaatdan uzaq gəzməkdə) tapdım.

3- Əməl tərəzisində yaxşı əməllərimin ağır olmasının yolunu axtardım, onu “la ilahə illAllah, Muhəmmədun rəsulullah” zikrində tapdım.

4- Cənnətə sürətlə və tez girməyin yolunu axtardım, onu bütün işləri Allaha xatir etməkdə tapdım.

5- Ölümü sevməyin yolunu axtardım, onu mal-dövlətdən Allahın razılığını qazanmağa xatir ehtiyaclı olanlara bəxşiş etməkdə tapdım.

6- İbadətin şirinliyinin yolunu axtardım, onu günah etməməkdə tapdım.

7- Qəlbin incəliyinin yolunu axtardım, onu aclıq və susuzluqda (oruc tutmaq, ya az yeməkdə) tapdım.

8- Qəlbin nurlu olmasının yolunu axtardım, onu düşünmək və ağlamaqda tapdım.

9- Sirat körpüsünü asan keçməyin yolunu axtardım, onu sədəqə verməkdə tapdım.

10- Üzümün nurlu olmasının yolunu axtardım, onu gecə namazı qılmaqda tapdım.

11- Cahad və çalışmağın üstününü axtardım, onu ailəm üçün ruzi qazanmaqda tapdım.

12- Allahın məni sevməsinin yolunu axtardım, onu günahkarlarla düşmən olmaqda tapdım.

13- Böyüklük və başçılığın yolunu axtardım, onu insanların xeyirini istəməkdə və onları nəsihət etməkdə tapdım.

14- Qəlbimin rahatlığının yolunu axtardım, onu az sərvətə malik olmaqda tapdım.

15- İşlərin ən üstününün yolunu axtardım, onu səbr etməkdə tapdım.

16- Şərafətli və hörmətli olmağın yolunu axtardım, onu elm öyrənməkdə tapdım.

17- Həqiqi ibadəti axtardım, onu pərhizkarlıqda və şübhəli şeylərdən uzaq olmaqda tapdım.

18- Rahatlıq və asayişin yolunu axtardım, onu dünyaya bağlı olmamaqda tapdım.

19- Ucalıq və alicənablığın yolunu axtardım, onu təvazökar olmaqda tapdım.

20- Əziz və hörmətli olmağın yolunu axtardım, onu doğruçuluqda və düzgünlükdə tapdım.

21- Sadəlik və yumşaqlığın yolunu axtardım, onu oruc tutmaqda tapdım.

22- Ehtiyacsızlığın yolunu axtardım, onu qənaətcil olmaqda tapdım.

23- Özümə həmdəm və sirdaş axtardım, onu Quran oxumaqda tapdım.

24- İnsanların dostu olmağın yolunu axtardım, onu gözəl əxlaqlı olmaqda tapdım.

25- Allahın razılığını axtardım, onu ata-anaya yaxşılıq etməkdə tapdım.”

Mustədrəkul vəsail 12-ci cild 173-174-cü səhifələr, 13810-cu hədis

baxılıb: 663 dəfə