Gözəl xüsusiyyətlər

Təvazökarlığn əlamət və nişanələri 2-ci hissə

Təvazökarlığn əlamət və nişanələri Təvazökarlığın on (10) əlaməti vardır. Təvazökar olmaq istəyənlər bu əlamətlərə yiyələnməlidirlər.

6. İnsaflı olmaq.

 

Təvazökarlığın əlamətlərindən biri də ən gözəl əxlaqi sifətlərdən olan insafa malik olmaqdır.

İnsaf ərəb dilində “nisf” kəlməsindən götülmüşdür və mənası “yarı” deməkdir. İnsaf  budur ki, hamını özün kimi görəsən. Başqa sözlə desək insaf ədaləti icra etmək, insanlarıh haqqını etiraf edərək onlara riayət etməkdir.

İnsaflı insan o şəxsdir ki, özü üçün istədiyi şeyi başqaları üçün də istəyir, özünə rəva bilmədiyini başqalarına da rəva bilmir.

İnşaAllah gələcək dərslərimizdə insaf ilə əlaqədar ayrıca və müfəssəl dərsimiz olacaq.

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

اَلانصافُ أَفضَلُ الفَضائِلِ

 

“İnsaf gözəl xasiyyətlərin ən üstünüdür.”

Ğurərul hikəm 9690-cı hədis

 

Başqa bir hədisdə əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

الْإِنْصَافُ يَرْفَعُ الْخِلَافَ وَ يُوجِبُ الِائْتِلَاف‏

 

“İnsaflı olmaq ixtilaf və təfriqəyə son qoyur, mehribançılıq və ülfət yaradır.”

Təsnifu ğurər 394-cü səhifə

 

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

مَن واسَى الفَقيرَ و َأَنصَفَ النّاسَ مِن نَفسِهِ فَذلِكَ المُؤمِنُ حَقّا

 

“Ehtiyaclı insana minnətsiz kömək edən və insanlarla insafla davranaraq hamıya özü kimi baxan insan doğruçu mömindir.”

Xisal 47-ci səhifə

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

مَن أَنصَفَ اُنصِفَ

أَعدَلُ النّاسِ مَن أَنصَفَ مَن ظَلَمَهُ

اَلانصافُ راحَةٌ

 

“İnsaflı olan insan başqalarından da ona qarşı insaf görər.

İnsanların ən ədalətlisi ona zülm edənlə rəftarda insaflı olan şəxsdir.

İnsaflı olmaq rahatçılıqdır.”

Təsnifu ğurər 394-cü səhifə

 

7. Öz yanında olanlara xidmət.

 

Yəni təvazökar insan harada olarsa ətrafında olan insanlara xidmət edər və bu işdən çəkinməz.

Tarix və hədis kitablarının yazdıqlarına əsasən “imam Zeynul Abidin əleyhissalam həcc ziyarəti vaxtı Mədinədən Məkkəyə gedən yol ayırıcına gələr, onu tanımayan karvanların birinə minərdi və Məkkəyə çatana qədər insanlara xidmət edərdi. İnsanlar elə bilərdilər ki, onlara xidmət edən bu şəxs pulsuz birisidir və yol xərcinin əvəzi niyyəti ilə xidmət edir. Lakin imam Zeynul Abidin əleyhissalam Məkkəyə çatdıqda pulunu verib düşərdi. Günlərin birində həcc karvanında bir nəfər Taif şəhəri yaxınlığında İmamı tanıyır. Camaata bu şəxsin imam Zeynul Abidin əleyhissalam olduğunu deyir. Camaat hamısı yol boyu bilmədən İmama nə qədər əziyyət verdiklərindən peşmançılıq keçirirlər. İmam Zeynul Abidin əleyhissalam isə bunu eşitcək onları sakitləşdirərək buyurur: “heç bir əziyyəti yoxdur, əksinə mən fəxr edirəm ki, sizlərə xidmət etmişəm.” Bunu deyərək elə oradaca İmam karvandan düşür və onlarla gedə bilməyəcəyini bildirərək buyurur: -Çünki artıq sizlər məni tanıdınız və mən öz xidmətimi edə bilməyəcəyəm.”

 

Həmçinin tarix və hədis kitablarında oxuyuruq:

“İmam Rza əleyhissalam Mərvdə olduğu zaman  cümə günü hamama gəlir və görür ki, hamamda çimən bir nəfər başını və üzünü sabunladıqdan yanında olan vedrəni tapa bilmir. İmam (ə) buyurur: “ Sən narahat olma otur yerində”, sonra isə vedrəni doldurub həmin şəxsin başına suyu tökür. İmamı (ə) tanımayan həmin şəxs ona xidmət edən adamın hamamın işçisi olduğunu güman edərək deyir: -birini də tök, İmam daha bir vedrəni doldurub bu şəxsin üstünə tökür. O adam sonra uzanır və deyir ki, məni kisələ. Bu zaman bir neçə nəfər hamama daxil olur və görürlər ki, İmam (ə) bir nəfəri kisələyir. Onlar yaxınlaşıb deyirlər ki, sən nə edirsən bu İmam Rza əleyhissalamdır. Bu şəxs tez durmaq istəyir, lakin İmam (ə) buyurur: -Yox, mən söz vermişəm, gərək səni kisələyim. İmam Rza əleyhissalam daha sonra buyurur: -“Möminin mömin qardaşlarına olan xidməti Allah Taala yanında ən üstün və dəyərli savablardandır. Amma kim səni ona xidmət etməyə vadar edərsə imtina et.”

 

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

وقال عليه السلام : أخدم أخاك فإن استخدمك فلا ولا كرامة

 

“(Din) qardaşına xidmət et! Amma əgər o özü səni ona xidmət etməyə məcbur edərsə  ona xidmət etmə, (mömin qardaşına əmr edən) şəxs kəramətə layiq deyil.”

əl-İxtisas (müəllif: Şeyx Mufid) 243-cü səhifə

 

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

قال رسول الله ( صلى الله عليه وآله ) : أيما مسلم خدم قوما من المسلمين

إلا أعطاه الله مثل عددهم خداما في الجنة

 

“Hansı müsəlman nə qədər müsəlmanlara xidmət edərsə Allah Taala cənnətdə ona xidmət etdiyi insanların sayı qədər xidmətçilər bəxş edəcəkdir.”

əl-Kafi 2-ci cild 207-ci səhifə

 

İmam Cəfər Sadiq əleyhissalam buyurdu:

 

قال : سمعته يقول : المؤمنون خدم بعضهم لبعض ، قلت : وكيف

يكونون خدما بعضهم لبعض ؟ قال : يفيد بعضهم بعضا

 

“Möminlər bir-birinin xidmətçiləridir. (Cəmil deyir) ərz etdim: ”Necə bir-birlərinin xidmətçiləri olurlar?”

İmam (ə) buyurdu: “Bir-birilərinə xeyir verirlər.”

əl-Kafi, 2-ci cild 167-ci hədis

 

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

أبو القاسم الكوفي في كتاب الأخلاق : عن رسول الله صلى الله عليه

وآله ، قال : " خدمة المؤمن لأخيه المؤمن ، درجة لا يدرك فضلها الا بمثلها

 

“Möminin mömin qardaşına xidmət etməsi elə bir məqam və dərəcədir ki, fəzilət və savabı onun mislindən ( qarşılıqlı xidmətdən) başqa heç bir şeylə əldə olunmaz.” Müstədrəkul vəsail 12-ci cild 429-cu səhifə14524-cü hədis

 

8. Maddi imkanlarında orta səviyyəli olsun.

 

Təvazökar insan ev, maşın, geyim və sairə lazımlı həyat lavazimatlarına almaq istədikdə öz şəninə və səviyyəsinə uyğun olan şeyləri alır. İnsan borca girib nə isə alarsa bu artıq israf olar.

Hərçənd bəzi şeylər vardır ki, onlara xərclənən pul israf sayılmır.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

عن أبي عبد الله عليه السلام قال  كان رسول الله صلى الله عليه وآله ينفق في الطيب أكثر مما

ينفق في الطعام

 

“Allahın Rəsulunun –səllAllahu əleyhi və alih- ətirə xərclədiyi pul, yeməyə (ərzaqa) xərclədiyi puldan çox idi.” 

əl-Kafi 6-cı cild 512-ci səhifə 18-ci hədis

 

Qurani-kərim 17-ci İsra surəsinin 29-cu ayəsində buyurur:

 

وَ لَا تجَعَلْ يَدَكَ مَغْلُولَةً إِلىَ‏ عُنُقِكَ وَ لَا تَبْسُطْهَا كلُ‏َّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا محَّسُورًا

 

 “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!”

 

Deməli, təvazökar insanlar israfçılıqdan və dəbdəbəli yaşayışdan uzaqdırlar, həyatda orta yaşayış yolunu tuturlar.

Odur ki, Qurani-kərim Allah Taalanın həqiqi bəndələrini vəsf edərkən 27-ci Furqan surəsinin 67-ci ayəsində buyurur:

 

وَ الَّذِينَ إِذَا أَنفَقُواْ لَمْ يُسْرِفُواْ وَ لَمْ يَقْترُواْ وَ كَانَ بَينْ‏َ ذَالِكَ قَوَامًا

 

“Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.”

 

9. Tənqidi və haqqı qəbul eləmək.

 

İnsan tənqidi qəbul etdikdə kamilləşir, buna görə də tənqidi qəbul etmək lazımdır. Tənqid edilmək insana səhv və yanlışlıqlarını düzəltmək, eləcə də həyat yolunu səhvsiz və ya az səhvlə davam etməyə fürsət yaradır. Amma bir iki dəfə tənqidi qəbul etmədikdə artıq həmin insanı tənqid edmirlər, çünki onun tənqidi qəbul etmədiyini bilirlər. Bu da həmin insanın özündən razı və arxayın olmasına səbəb olur.

İmam Hüseyn əleyhissalam buyurur:

 

من دلائل العالم إنتقادة لحدیثه و علمه بحقائق فنون النظر

 

“Alimin alimlik əlamətlərindən biri də özünə başqalarının tənqid gözüylə baxması, eləcə də müxtəlif nəzər və rəylərdən xəbərdar olmasıdır.”

Biharul ənvar 75-ci cild 119-cu səhifə

 

Hər bir şeyin ölçüsü vardır, bəs əməlin ölçüsü nədir?

Qurani-kərim 7-ci Əraf surəsinin 8-ci ayəsində buyurur:

 

وَ الْوَزْنُ يَوْمَئذٍ الْحَقُّ  فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُوْلَئكَ هُمُ الْمُفْلِحُونَ

 

“O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!”

 

10. Məşvərət və soruşmaq.

 

Təvazökarlığın onuncu əlaməti budur ki, təvazökar insan bilmədiklərini bilik əhlindən soruşur.

İmam Cəfər Sadiq buyurur:

 

انما يهلك الناس لاءنهم لا يسئلون 

 

“İnsanlar bilmədiklərini soruşmadıqlarına görə həlak olurlar.”

Rəvzətul muttəqin fi şərhi mən la yəhzurəhul fəqih 12-ci cild 166-cı səhifə

 

İmam Məhəmməd Baqir əleyhissalam buyurur:

 

الا ان مفتاح العلم السؤال

شفاء العمى طول السّؤال و إنّما

تمام العمى طول السّكوت على الجهل

 

“Elmin açarı soruşmaqdır.”

Sonra İmam Məhəmməd Baqir əleyhissalam bu beyti qoşdu:

“Mənəvi korluğun şəfası sual vermək adətini davam etdirməkdədir.

Əsl mənəvi korluq isə soruşmayıb susub cahillikdə qalmağı davam etdirməkdədir.”

Mustədrəku səfinətul bihar 4-cü cild 405-ci səhifə

 

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

ما يَستَغنى رَجُلٌ عَن مَشوَرَةٍ

 

“Məşvərətə (məsləhətləşməyə) ehtiyacı olmayan insan yoxdur.”

Nəhcül fəsahə 497-ci səhifə 1637-ci hədis

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

خَيرُ مَن شاوَرتَ ذَوُوا النُّهى وَالعِلمِ و َاولُو التَّجارِبِ و َالحَزمِ

 

“Məşvərət və məsləhətləşmək üçün ən yaxşı insan Ağıllı, Elmli, Təcrübəli və Uzaqgörən şəxsdir.”

Şərhu ğurərul hikəm 3-cü cild 428-ci səhifə 4990-cı hədis

 

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

لا تُشـاوِر اَحمَق وَ لا تَستَعِنَّ بَکَذّابٍ وَ لا تَثق بِمَوَدَهِ مُلُوک

 

“Axmaq adamla məşvərət etmə (məsləhətləşmə), yalançı adamdan kömək istəmə, vəzifədə olan adamın dostluğuna etibar etmə.”

Tuhəful uqul 316-cı səhifə


Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

مَنِ اسْتَبَدَّ بِرَأْيِهِ هَلَكَ وَ مَنْ شَاوَرَ الرِّجَالَ شَارَكَهَا فِي عُقُولِهَا

 

“Kim öz rəy və nəzərinə qane oldusa həlak oldu, halbuki ağıl sahibi olan insanlarla məsləhətləşən insan onların ağıllarına şərik olmuşdur.”

Nəhcül bəlağə 161-ci hikmət

baxılıb: 548 dəfə