Gözəl xüsusiyyətlər

Təvazökarlıq

Təvazökarlıq Birinci hissə Qurani-kərimdə və hədislərdə təvazökarlıq.

İnsanı təkamülə və tərəqqiyə dəvət edən, Allah Taalanın daha çox bəyəndiyi xasiyyət və sifətlərin biri də təvazökarlıqdır.

Təvazökarlıqın mənası və həqiqəti

Təvazökarlığın həqiqəti budur ki, insan özünü başqalarından üstün saymasın, əksinə başqalarını özündən üstün bilsin. Təvazökarlıq təkəbbürün əks hissəsidir. Necə ki, keçən dərslərdə təkəbbür barədə dedik: “Təkəbbür insanın özünü başqalarından böyük və üstün sanmasıdır.”

Təvazökarlığın mədhi və tərifi barədə ayələr və hədislər

1- Qurani-kərim 25-ci Furqan surəsinin 63-cü ayəsində buyurur:

وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا

“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.”

2- Qurani-kərim 26-cı Şüəra surəsinin 251-ci ayəsində buyurur:

وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

“Sənə tabe olan möminləri qanadın altına al. (onlarla ən ali təvazökarlıqla rəftar et)

3- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

فإنه من تواضع لله رفعه الله

“Allaha xatir təvazökarlıq edən insanı Allah ucaldar.”
Tuhəful uqul 46-cı səhifə

4- Əmirəlmöminin Əli əleyhissalam ömrünün son günündə etdiyi vəsiyyətdə buyurur:

عليك بالتواضع فانه من اعظم العباده

“Sənə təvazökar olmağı tövsiyə edirəm, çünki təvazökarlıq ən böyük ibadətlərdəndir.”
Əmali Tusi 1-ci cild 6-cı səhifə

5- İmam Cəfər Sadiq əleyhissalam buyurur:

فيما أوحى الله عز وجل إلى داود ( عليه السلام ) يا داود كما أن أقرب الناس
من الله المتواضعون كذلك أبعد الناس من الله المتكبرون

“Allah Taala Davud peyğəmbərə belə vəhy etdi: -Ey Davud! Allaha ən yaxın insanlar təvazökar insanlardırlar, necə ki, Allahdan ən uzaq olan insanlar təkəbbürlü insanlardırlar.”
əl-Kafi 2-ci cild 124-cü səhifə

6- Həzrət Loğman əleyhissalam öz oğlunu nəsihət edərkən buyurur:

قال لابنه : تواضع للحق تكن أعقل الناس ، وإن الكيس لدى الحق يسير

“Haqq qarşısında həmişə təvazökar ol, onda insanların ən ağıllısı olarsan. Həqiqətən əsl zirək adam haqq qarşısında təslim olan şəxsdir.”
Vəsailuş şiə 15-ci cild 206-cı səhifə

7- Əmirəlmöminin Əli əleyhissalam buyurur:

زينة الشريف التواضع

Təvazökarlıq şərafətli (böyük) insanın zinəti və bəzəyidir.”
Biharul ənvar 75-ci cild 120-ci səhifə

baxılıb: 592 dəfə