Ədəb və Mədəniyyət

Mütaliə etməyin ədəbləri

1. Mütaliə və elmi araşdırmada dərkiniz səviyyəsindən yuxarı çıxmayın. Elə kitabları mütaliə edin ki, sizin dərk səviyyənizə uyğun olsun.

2. Kitab oxumaqda və elm öyrənməkdə səylərinizi yarımçıq qoymayın. Qətiyyətli olun və bilin ki, çalışmağınız nəticəsində hədəflərinizə çatacaqsınız.

Qurani-Kərim Nəcm surəsinin 39-cu və 40-cı ayələrində buyurur:

و ان ليس للانسان الا ما سعي

و ان سعيه سوف يري

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, onun zəhməti (səyi, əməli) görünəcəkdir!

 

3. Kitablardan və ya hər hansı vasitələrdən mütaliə etdiyiniz zaman öz başınıza məna çıxartmayın. Mütləq ustaddan həmin müəmmaların izahını dəlil və sübutlarla öyrənin.

 

4. İstər gecə istər gündüz edəcəyiniz mütaliə üçün müəyyən vaxtlar təyin edin.

 

5. Mütaliə üçün elə bir yerlər seçin ki, həmin yerin kifayət qədər işığı və münasib havası olsun.

 

6. Mütaliə etdikdə başa düşdüyünüz mövzuları və məlumatları xülasə şəkildə qeyd edin.

 

7. Allahın adını çəkməklə və Ondan bu işdə yardım istəməklə mütaliəyə başlayın.

Lap yaxşı olar ki, mütaliə etməzdən əvvəl “mütaliə duası” nı oxuyasınız:

اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ وَ اَكْرِمْنى بِنُورِ الْفَهْمِ اَللّهُمَّ افْتَحْ عَلَیْنا اَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَیْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ یا اَرْحَمَ الرّاحِمینَ

Əllahummə əxricni min zulumatil vəhmi və əkrimni binuril fəhm. Əllahummə iftəh aləyna əbvabə rəhmətik. Vənşur aləyna xəzainə ulumik. Birəhmətikə ya Ərhəmər rahimin

“Allahım, məni xəyal qüvvəsinin zülmətlərindən xilas et. Mənə başa düşmək (dərk etmək) nurunu kəramət (bəxş) et. Allahım, Öz rəhm (lütf) qapılarnı bizim üzümüzə aç. Öz elm xəzinəndən bizlərə bəxş et. Ey rəhmlilərin ən Rəhmlisi.

 

8. Mütaliə etmək istəyəndə dəstəmazınız yoxdursa, dəstəmaz alın.

 

9. Aşağıdakı hallarda mütaliə etməkdən çəkinin.

Tox halda,

 Ac halda,

Günün batma vaxtında,

İşığı zəif olan yerdə,

Qəzəbli və əsəbi halda,

Qorxulu halda,

Tələsən halda,

Yemək-içmək halında,

Nəyəsə baxmaq və ya qulaq asmaq halında mütaliə etməyin.

 

10. Mütaliə etmək istəyərkən mütaliə üçün rahat bir yer seçin.

 

11. Kitabı elə bir məsafədə tutun ki, gözünüz gücə düşməsin və gözünüzə ziyan etməsin.

12. Ardıcıl olaraq, yəni fasiləsiz uzun müddət mütaliə etməyin. Mütaliə edəndə özünüz üçün fasilələr qərar verin.

 

13. Mütaliə gərək tədriclə olsun. Yəni əvvəl asan mövzulardan başlamaq lazımdır. Birdən birə çətin mövzuların mütaliəsinə başlamayın.

 

14. Mütaliə etdikdən sonra Allah Taaladan yaddaşınızın qüvvətlənməsini istəyin və salavat deyin.

baxılıb: 644 dəfə