Ədəb və Mədəniyyət

Təhsilin və elm öyrənməyin ədəbləri

1. Elm öyrənən insan hər şeydən əvvəl niyyətini düz və xalis etməli, qəlbini isə saflaşdırmalıdır. Yəni insan elmi Allaha yaxınlaşmaq, insanlara xeyir vermək və bəşəriyyəti düz yola hidayət etmək üçün öyrənməlidir.

Buna görə də elm sahibi olmaq istəyən insanın niyyəti və qəlbi pak olmalıdır. Çünki elm çirkin qəlbə daxil olarsa həmin insan elm və biliyindən yalnız pislik və pozuculq məqsədi ilə istifadə edəcəkdir.

 

2. Təhsili dayandırmamaq və daima mütaliə əhli olmaq.

Ayətullah Mirzə Şirazinin tələbələrindən biri deyir ki, bir gün Qum şəhərinə güclü qar yağmışdı. Çətinliklə də olsa dərsə gəlidik və ustada dedik: -Ağa, bəlkə dərsi təxirə salaq, qar yağıb hava da soyuqdur, olarmı?!

Bu zaman Ustad dedi: - Bazar bağlıdırmı?

Dedik: - xeyir açıqdır.  

Ustad dedi: -Əəgər bazar açıqdırsa, camaat alver edirsə bəs biz niyə dərs keçməyək?!...

Yəni tacirlər belə bir soyuq havada dünya qazancına görə bazara gəliblərsə, biz niyə axirət qazanmaq üçün dərsə gəlməməliyik?!

 

3. Tələbə tətilinldən səmərəli istifadə etməli və tətil zamanlarında da mütaliəni yaddan çıxarmamalıdır.

 

4. Tələbə vaxtını bihudə və mənasız keçirməkdən, həmçinin gərəksiz və faydasız işlərlə məşqul olmaqdan uzaq olmalıdır.

İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

من حسن إسلام المرء تركه ما لا يعنيه

“İnsanın müsəlmanlığının gözəlliyinin nişanələrindən biri də onun mənasız, faydasız işləri tərk etməsidir.”

Qurbul əsnad 67-ci səhifə

 

5. Tələbə uca himmətli və ali məqsədli olmalı, eləcə də möhkəm iradəyə malik olmalıdır.

 

6. Elm öyrənmək istəyən insan elmə mane olan bütün şeyləri özündən uzaqlaşdırmalıdır.

 

7. Elm əhli olan insan zərurət olmadan evlənməsin.  Yəni elm əhli evlənməyə tələsməsin, çünki evli adamın ailə problemləri ona elm əldə eləməkdə mane olur. Elə bir zaman evlənsin ki, artıq özündə evlənməyə zərurət olduğunu və ailə həyatının onu elmi tərəqqisinə sabəbə olacağını başa düşsün.

 

8. Öyrəndiyi bilikləri və dərsləri yazmaq, qeyd etmək.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

وقال صلى الله عليه وآله : قيدوا العلم بالكتاب

“Elmi dəftərə qeyd edin.

Biharul ənvar 74-cü cild 139-cu səhifə

” Yəni, öyrəndiyiniz elmi hər hansı bir vasitə ilə yaddaşda saxlayın.

 

9- Üstünüzdə daima qələm və kağız gəzdirin.

Yəni fikirinizə gələcək şeyləri, həmçinin eşitdiyiniz mühüm məlumatı dərhal qeyd edib yadda saxlamaq üçün vasitə olsun.

Tarix və hədis kitablarına nəql edilmişdir ki, İmam Cəfər Sadiq əleyhissalam həmişə özü ilə qələm qəzdirərdi.

Hədislərdən birində oxuyuruq: “Ravi deyir: - Bir gün İmam Cəfər Sadiq əleyhissalamı səravil köynəkdə gördük. ( Səravil -ərəb köynəyidir, uzunluğu topuğa qədər olur və köynəyin cibi omur.)  Bu zaman - ya İmam, axırki sizi qələmsiz gördük- sözünü demək istədikdə , gördük ki, İmamın (ə) qələmi qulağının üzərindədir.

 

9. Tələbə bütün dini, əxlaqi və mənəvi məsələlərdə, xüsusilə də ibadi( namaz qılmaq, oruc tutmaq, sədəqə vermək, yaxşılıq etmək...)  məsələlərdə sabitqədəm olmalıdır. Yəni namazları vaxtında qılmaq, camaat namazı qılmaq və.s. Həmçinin elm əhli bütün ibadi məsələlərə həvəsli və şövqlü olmalıdır. İnsanın elminin dərin və geniş olması, eləcə də zehninin güclü olması ibadi məsələlərə daha çox bağlıdır.

 

10. Elm öyrənən şəxsin dərsi, bəhsi və mütaliəsi  nizamlanmış şəkildə olsun. Özü üçün proqram tərtib etsin.

 

11. Öyrəndikcə əməl etmək.

Yəni insan hər öyrəndiyinə əməl eləməlidir, sonraya saxlayarsa bu öyrəndikləri üst-üstə yığılacaq və əməl edilməsi çox çətin olacaq.

Ayətullah Behçət (r.ə) buyurdu : “ Məndən moizə istəyirsiz, indiyə kimi eşitdiyiniz moizələrə əməl etmisinizmi?!  Əgər indiyə qədər eşitdiyiniz moizələrə əməl eləməmisinizsə, əməl eləməyəcəyiniz məlumatların sayını çoxaltmaqda sizin məqsədiniz nədir?!”

 

 İmam Sadiq Cəfər Sadiq əleyhissalam buyurur:

تعلموا ما شئتم أن تعلموا فلن ينفعكم الله بالعلم حتى تعملوا به

لان العلماء همتهم الرعاية ، والسفهاء همتهم الرواية

 “ Nə qədər istəyirsiniz elm öyrənin, amma bilin ki, siz o elmə əməl etmədikcə Allah  sizə o elmdən fayda verməz. Çünki alimlərin himməti budur ki, öyrəndiklərinə riayət etsinlər. Amma səfehlərin himməti budur ki, danışsınlar.”

Biharul-Ənvar 2-ci cild 37-ci səhifə

 

12. Tələbə  gecə və gündüzlərini təhsil proqramına uyğun olaraq nizamlasın.

Yəni gecə vaxtında yatsın ki, səhər dərs öyrənməyə halı olsun və sair...

 

13. İnsan faydalı elmləri öyrənsin.

Elə şeyləri öyrənin ki, onları həyatınızda tətbiq edə. reallaşdıra biləsiniz, özünüzə və insanlara elminizlə fayda verə biləsiniz.

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih dualarının birində buyurur:

اللهم إني أعوذ بك من علم لا ينفع ، وقلب لا يخشع ، ونفس لا تشبع ، ودعاء

لا يسمع

(Allahummə inni əuzu bikə min ilmin lən yənfə, və min qalbin lə yəxşə, və min bətnin lə təşbə, və min duain la yusmə)

 “Allahım, faydası olmayan elmdən, qorxusu olmayan qəlbdən, doymayan qarından və eşidilməyən duadan Sənə sığınıram, Sənə pənah aparıram.”

Biharul ənvar 83-cü cild 18-ci səhifə 

baxılıb: 572 dəfə