Ədəb və Mədəniyyət

Tənqid etməyin ədəbləri

Tənqid sözünün lüğəvi mənası yaxşını pisdən ayırmaqdır. İstilahda isə tənqid –yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltmək məqsədi ilə müzakirədir.

İnsan təbiətcə tərəqqi və təkamül ardınca olan bir varlıqdır. İnsan tərəqqi etmək üçün özündə olan eyib və nöqsanları islah edərək düzəltməlidir. Eyib və nöqsanlar insanın tərəqqi və kamalına maneədirlər. Allah Taalanın yer üzünə peyğəmbərlər göndərməsinin də əsas səbəblərindən biri insanların eyib və nöqsanlarını islah etməyin yolunu onlara öyrətməkdir.

Tənqidin ən çox işlənmə yeri nitq və çıxışları, həmçinin nəzər və rəyləri tənqid etmək zamanıdır. Bu zaman tənqiddən məqsəd oxucunun ya dinləyicinin həmin söhbəti daha düşgün qavraması və ya həmin rəyi daha doğru başa düşməsi üçündür.

İnsanlar adətən başqalarından səhv tutmağı yaxşı bacarırlar, amma özlərindən səv tuta bilmirlər. Buna görə də hər bir insanın nitqlərinin və ya rəylərinin bilici insanlar tərəfindən tənqid edilməai həmin adamın tərəqqisinə böyük fayda verir.

Deməli, elm əhli tərəfindən tənqid edilməyimizdən qorxmamalıyıq, çünki tənqid indiki zamanın zəruriyyətlərindəndir.

Tənqid cəmiyyət üçün çox faydalı olmaqla yanaşı bir sıra problemlər də qarşıya çıxarır. Onun ən çox yayılmışı qərəzli insanların qarşı tərəfi gözdən salmaq məqsədi ilə yersiz tənqid etmələridir. Hətta bəzən mövzudan xəbəri olmayan insanlar danışan adıma irad tuturlar.

Buna əsasən İslam dini tənqid üçün ədəb qanunları tərtib etmişdir.

1- Tənqid edən şəxs bilik əhli, mütəxəssis və ya mütəfəkkir olmalıdır. Ən azından həmin mövzu üzrə bilik əhli və ya təcrübəli şəxs olmalıdır. Hər adamın tənqid ilə məşğul olmağa ixtiyarı yoxdur.

2- Tənqid gərək xeyirxahlıq, islah etmək və yol göstərmək niyyəti ilə olsun. Tənqid edən insan nitq söyləyəni xeyirini nəzərə alaraq tənqid etsin, təki həmin şəxs öz nitqindəki qüsurdan xəbərdar olsun, həmin nöqsanı özündə islah etsin.

3- Tənqid edənin ləhni (avazı,danışıq forması) mehribancasına və şəfqətcəsinə olmalıdır. Yəni yumşaq formada və mülayimliklə tənqid etsin.

4- Tənqid etmək gərək xəlvətdə olsun və qarşı tərəfin abır-həyasına ziyan vurmasın.

 Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Bir şəxsi camaatın içində nəsihət etmək əslində danlamaqdır.”  Yəni bu nəsihət deyil, danlamaq və rüsvay etməkdir.

İmam Həsən Əskəri əleyhissalam buyurur: “Kim öz müsəlman qardaşını gizlində nəsihət edərsə əslində onu bəzəmiş, zinətləndirmişdir. Amma onu aşkarda (camaat arasında) nəsihət edərsə, onu alçaltmışdır.”

5- Yalnız səhf rəftar və səhv nitqdən görə tənqid etsin. Yəni hər cüzi şeyi tənqid etmək düz deyil.

6- Tənqid gərək təhqirsiz və əsəbləri təhrik etməklə birgə olmasın.

7- Tənqid edən gərək danışana öz səhfini düzəltmək üçün fürsət verə. Yəni səhv edən şəxi dərhal tənqid etmək olmaz. Bir az səbr etmək lazımdır ki, bəlkə özü səhvini düzəldə.

8- Tənqid edən əvvəlcə nitq söyələnin müsbət sifətlər və yaxşı işlərini qeyd etdikdən sonra düzgün nəzərini desin.

9- Tənqid edən şəxs tənqid edərkən öz hisslərinə yiyələnməyi bacarmalıdır. Bəzi insanlar tənqid edərkən özlərindən çıxır və coşurlar. Bu hərəkət düz deyil.

10- Tənqid edənin üslubu eyib örtmək və sirr saxlamaq əsasında olmalıdır, ifşa etmək yox. Çünki tənqid tərəqqiyə kömək etmək üçündür, kimisi alçaltmaq üçün yox.

11- Tənqid edən şəxs bitərəf mövqedə olmalıdır, qarşı tərəfin bunun dostu və ya düşməni olması onun tənqidinə təsir etməməlidir.

12- Tənqid etməkdə ən mühüm amillərdən biri sözü nəcə demək bacarığıdır, nəsə demək hünəri yox. Yəni sözü çatdıra bilmək və danışığı islah etmək yolunu bilmək lazımdır.

13- Tənqid edən şəxs əməl əhli olmalıdır. Özü etmədiyini başqalarına deməsin.

Qurani-Kərim 61-ci Səff surəsinin 2-ci ayəsində buyurur:

یا ایها الذین آمنوا لِمَ تقولون ما لا تفعلون

“Ey iman gətirənlər! Nə üçün özünüzün etmədiyiniz şeyləri başqalarına deyirsiniz?!”

baxılıb: 599 dəfə