Ədəb və Mədəniyyət

Çörək bərəkətdir

ÇÖRƏK HAQQINDA HƏDİSLƏR
Biz Azərbaycanlılarda çörəyə xüsusi bi qayğı var. Çoxları elə bilir ki, biz çox çörək yeyən millətik deyə çörəyi belə üstün tuturuq.
Amma həqiqət budur ki, çörəyə belə ehtiram və hərmət Allah Taalanın tapşırığıdır.
.
Sonuncu Peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur:
خَيْرُ طَعامِكُمْ اَلْخُبْزُ
"Sizin ən yaxşı yeməyiniz ÇÖRƏKdir."
Müstədrəkul Vəsail 16-cı cild 393-cü səhifə 20291-ci hədis
.
İmam Cəfər Sadiq əleyhissalam buyurur:
أَنَّ رَأْسَ مَعاشِ الإِنْسانِ وَحَياتِه اَلخُبزُ وَالْماءُ
"Su və çörək insan üçün ən mühüm həyat yeməkləridirlər."
Biharul ənvar 3-cü cild 78-ci səhifə
.
Peyğəmbərlərin ən üstünü həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur:
صَغِّرُوا رُغْفانَكُم فَإِنَّ مَعَ كُلِّ رَغيفٍ بَرَكَةٌ
"Çörək bişirəndə kündələri balaca edin və böyük çörək bişirməyin. Çörəklərin balacalığında bərəkətlər vardır." (ola bilər ondan çox adam yeyə, yaxud çörək balaca olanda daha dadlı olur, və ya bişirən az zəhmət çəkir və sair...)
əl-Kafi 6-cı cild 303-cü səhifə
.
Peyğəmbərlərin ən fəzilətlisi həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur:
أَكْرِمُوا الخُبْزَ، فَإِنَّهُ قَدْ عَمِلَ فيهِ ما بَيْنَ العَرْشِ إِلَى الأَرْضِ وَما فيها مِنْ كَثيرٍ مِنْ خَلْقِهِ
"Çörəyə hörmət edin, çünki onda ərşdən yerə qədər və yerin özündə olanlardan vasitələr vardır çörəyin bu səviyyəyə gəlməsində."
əl-Kafi 6-cı cild 302-ci səhifə
.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur:
اُمْلُكُوا العَجينَ فَإِنَّهُ أَعْظَمُ لِلْبَرَكَةِ
"Çörək bişirmək üçün xəmir yoğuranda xəmiri yaxşı həll edin. Ən böyük bərəkət bundadır."
Kənzul Ummal 15-ci cild 284-cü səhifə 41017-ci hədis
.
Sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur:
أَكْرِمُوا الْخُبْزَ
"Çörəyə hörmətlə yanaşın."
əl-Məhasin 2-ci cild 415-ci səhifə
.
Sonuncu Peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurdu:
أَكْرِمُوا الخُبْزَ،
فَقيلَ: يا رَسُولَ اللَّهِ وَما إِكْرامُهُ؟ قالَ صلی الله علیه و آله و سلم :
إِذا وُضِعَ لا يُنْتَظَرُ بِهِ غَيْرُه
"Çörəyə ehtiram edin.
Soruşdular: ey Allahın Peyğəmbəri, Necə ehtiram edək?
Buyurdu: Süfrəyə çörək gələn kimi çörəyi yeməyə başlayın, sonra gələcək yeməkləri gözləmədən."
əl-Kafi 6-cı cild 303-cü səhifə
.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
مَن وَجَدَ كَسْرَةَ خُبْزٍ مُلْقاةً عَلى الطَّريقِ فَأَخَذَها فَمَسَحَها ثُمَّ جَعَلَها في كُوَّةٍ كَتَبَ اللَّهُ لَهُ حَسَنَةً وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثالِها فَإِنْ أَكَلَها كَلْبٌ كَتَبَ اللَّهُ لَهُ حَسَنَتَيْنِ مُضاعَفَتَيْنِ
"Çöldə yol gedərkən yerdə kimin qarşısına çörək çıxsa əyilərək onu ayaq altından götürsün. Kənara hündür yerə qoysun. Allah Taala onun bu bir yaxşı işinə on savab yazar. Əgər bir it gəlib o çörəyi yesə Allah Taala həmin şəxsə iki yaxşı iş yazar."
Biharul ənvar 66-cı cild 431-ci səhifə
.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur:
مَنْ وَجَدَ كَسْرَةً فَرَفَعَها وَأَكَلَها
لَمْ تَصِلْ إِلى جَوْفِهِ حَتّى يَغْفِرَ اللَّهُ لَهُ
"Kim Yerdə çörək görüb onu ağzına atarsa o çörək onun qarnına çatmamışdan əvvəl Allah Taala onun günahlarını bağışlayar."
Tənbihul ğafilin 514-cü səhifə
.
İmam RZA əleyhissalam buyurur:
فَضْلُ خُبْزِ الشَّعيرِ عَلَى الْبُرِّ كَفَضْلِنا عَلَى النَّاسِ، وَما مِنْ نَبِيٍّ إلاَّ وَقَدْ دَعا لِآكُلِ الشّعيرِ وَبَارَكَ عَلَيْهِ وَما دَخَلَ جَوْفاً إِلّا وَأَخْرَجَ كُلَّ دَاءٍ فيه وَهُوَ قُوتُ الأَنْبِياءِ وَطَعَامُ الأَبْرارِ أَبَى اللَّهُ تَعالى أَنْ يَجْعَلَ قُوتَ أَنْبِيائِهِ إِلّا شَعيراً
"Arpa çörəyinin buğda çörəyindən üstünlüyü biz Əhli-betyin başqa insanlardan üstünlüyü kimidir. Bütün peyğəmbərlər arpa çörəyi yeyənlər üçün dua etmiş və onlara afərin demişlər. Arpa çörəyi hansı qarına daxil olursa oradan xəstəlikləri yox edir. Arpa çörəyi Peyğəmbərlərin və yaxşı insanların çörəyidir. Allah Taala istəmişdir ki, Peyğəmbərlər arpa çörəyi yesinlər."

baxılıb: 79 dəfə