Ədəb və Mədəniyyət

Dua emək əxlaqı

Dua etməyin ədəbləri

Dua etmək insanın fitri və təbii ehtiyaclarındandır, hər bir insan istər çətinlik istərsə də rahatlıq zamanında varlıq aləminin sahibi olan Allah Taala ilə ünsiyyətdə olmaq, öz istək və arzularını Ondan istəməklə qəlbi-aramlıq və həyata ümidvarlıq ruhiyyəsini möhkəmləndirmiş olur.

Dua etməyin ədəbləri vardır. İlahi rəhbərlər duanın ədəblərinə riayət etmiş və bizlərə dua etməyin gözəl yollarını göstərmişlər.

.

1- Dəstəmazlı olmaq

2- Üzü qibləyə dayanmaq

3- Duanın əvvəlində “Bismillahir rəhmanir rəhim” demək

4- Allah Taalaya həmd və şükr etmək

5- Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat demək

6- Peyğəmbərləri, İmamları və Övliyanı şəfaətçi və vasitə qərar vermək

7- Öz günahlarını yada salaraq Allah qarşısında etiraf etmək və Allahdan bağışlanmaq istəmək

8- Təvazökarlıqla dua etmək

9- Dua edərkən əlləri göyə sarı qaldırmaq

10- Dua etməzdən əvvəl iki rəkət namaz qılmaq

11- Duanı kiçik sanmamaq

12- Öz istək və hacətinin Allah üçün kiçik və asan olduğunu bilmək

13- İstəkərində yüksək himmətli və ali hədəfli olmaq, Allahdan dəyərli və mühüm şeylər istəmək

14- Dəyərsiz və faydasız şeyləri istəməmək

15- Duada ümumiliyə riayət etmək, yəni tək özü üçün yox başqaları üçün də istəmək

16- Duanı gizlətmək, istəyini yaymamaq

17- Duanın qəbul edilməsi ilə bağlı Allaha hüsnü-zənn etmək, bütün varlığı ilə duanın qəbul olduğuna inanmaq, ümidvarlıq

18- Duada israr etmək, yəni istəyinin üstündə durmaq və davamlı istəmək

19- Ağlamaq, göz yaşları, hüznlü və yalvarlışla dua etmək

20- Dua edərkən istək və arzusunu dilə gətirmək

21- Duanı düzgün oxumaq, mənalarına diqqət etmək

22- Dua etməyi davamlılıq halına gətirmək; Kumeyl, Təvəssül, Nüdbə və sair dualar kimi

23- İctimai şəkildə də dua etmək, çünki adam nə qədər çox olarsa və “amin” deyən nə qədər çox olarsa dua o qədər təsirli olar.

24- Təsirli zamanlarda dua etmək, məsələn; Azan oxunan vaxt, Sübh namazı ilə günəş çıxan vaxt arasında, İftar vaxtı, Yağış yağarkən, Qədr gecəsində, Camaat namazında, Cümə günü günəşin batma anında, Cümə gecəsi, Ərəfə günü, Qurban bayramı və sair

25- Təsirli məkanlarda dua etmək, məsələn; Kəbə evinin kənarında, Peyğəmbərin (s) və İmamların (ə) mübarək qəbirlərinin yanında, Məsciddə, Namazxanada, Ziyarətgahda, ata-ananın və möminlərin özlərinin, hətta qəbirlərinin kənarında və sair.

26- Hüzuri-qəlb ilə dua etmək

27- Oruc halda dua etmək

28- Allahın gözəl adlarını dilə gətirmək

29- Dua edərkən insanlardan ümidi kəsmək, yəni dua edərdən insanlardan kimin ona kömək edə biləcəyini təsəvvür etməmək

30- Barmağında əqiq və ya firuzə qaşlı üzük olduğu halda dua etmək

31- Dua etməzdən əvvəl sədəqə vermək

32- Qurani-kərimdə və səhih hədislərdə gələn duaları oxumaq

baxılıb: 55 dəfə