Ədəb və Mədəniyyət

İslam əxlaqı ilə zinətlənmiş cəmiyyətin xüsusiyyətləri -7

Qərib insanlara ehtiram


İslam əxlaqı ilə zinətlənmiş cəmiyyətin xüsusiyyətləri
.
7- Qəriblərə və vətənindən uzaqda olanlara ehtiram
.
Bugünkü dünyamızda mühacirət, qaçqınlıq, təbii bəlalar nəticəsində məcburi köçkünlük, təhlükəli yaşayış yerlərindən qaçıb əmin-aman yerlərə sığınmaq, ziyarət və səyahət məqsədilə olan səfərlər və sair bütün dünyada yayılmış hadisədir. Heç kim heç kimi mühacirət və səfərdən məhrum edə bilməz.
Azərbaycanın əmin-aman yer olması, həmçinin çoxlu ziyarətgahlar və gözəl mənzərəli təbiəti ölkəmizə minlərlə qəribin gəlməsinə səbəb olmuşdur. Bundan əlavə ruzi qazanmaq, ziyarət və səyahət məqsədilə biz özümüz də ölkəmizin müxtəlif şəhər və kəndlərinə səyahət edirik.
Hər şeydən əvvəl biz çalışmalıyıq ki, öz İslami və milli mədəniyyətimizi, həmçinin möhəşəm adət-ənənələrimizi müsafirlərə nümayiş etdirək.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
وقال ( عليه السلام ) : من أكرم غريبا في غربته ، أو نفس
غمه ، أو أطعمه أو سقاه شربة ، أو ضحك في وجهه ، فله الجنة
“Qəribçilikdə olan qəribə hörmət edən, onun qəm-qüssəsini sevincə çevirən, susuz olarsa ona su verən, onunla rastlaşdıqda gülər üzlü və təbəssümlə onu qarşılayan insana cənnət vacib olar.”
Miracul yəqin 223-cü səhifə
 

baxılıb: 69 dəfə