Ədəb və Mədəniyyət

İslam əxlaqı ilə zinətlənmiş cəmiyyətin xüsusiyyətləri -6

Qonaqlara ehtiram və sayğı


Xoşbəxtlikdən qonaqpərvərlik və qonağa böyük ehtiram və sayğı xalqımızın önəm verdiyi məsələdir. Tarix boyu xalqımız qonaqpərəstliyi ilə məşhur olmuş və dünyanın hər yerindən Azərbaycana səyahət etmiş insanlar xalqımızın qonaqpərvərliyinə və qonağa olan ehtiramına valeh olmuşlar.
Qurani-kərimdə Hud surəsinin 69-cu ayəsində İbrahim peyğəmbərin qonaqpərvərliyi barədə oxuyuruq:
وَ لَقَدْ جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَى‏ قَالُواْ سَلَامًا قَالَ سَلَامٌ فَمَا لَبِثَ أَن جَاءَ بِعِجْلٍ حَنِيذٍ
“Həqiqətən Bizim elçilərimiz İbrahimə müjdə gətirdilər. Onlar (İbrahimə) salam verdilər, o da salam verdi. Sonra dərhal (qonaqlar üçün yemək hazırlayaraq süfrəyə) qızardılmış (qovurulmuş ya kabab edilmiş) buzov (əti) gətirdi.”
Həmçinin Zariyat surəsinin 26-cı ayəsində buyurur:
فَرَاغَ إِلىَ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ
“O (İbrahim, bir bəhanə ilə) ailəsinin yanına keçdi və (qonaqlar üçün) bir buzov (kəsib qızardaraq) gətirdi.”
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
من اكرم الضيف فقد اكرم سبعين نبيا
“Qonağa ehtiram edən insan sanki yetmiş peyğəmbərə ehtiram etmişdir.”
İrşadul qulub 1-ci cild 138-ci səhifə
Təbiidir ki, Peyğəmbərlərin tövsiyə etdikləri qonaqlıq bir sıra mühüm şərtlərə malikdir. Belə ki, qonaq ev yiyəsini əziyyətə salmamalıdır. Ayələrdə də gördük ki, həzrət İbrahimin evinə qonaqlar gəldikdə o bir bəhanə ilə otaqdan çıxıb onlara yemək gətirdi, bilirdi ki, əgər o, məsələn “indi sizə yeməyə bir şey gətirim” desəydi qonaqlar onu yemək gətirməyə qoymayacaqlar.
Təəssüflə deməliyik ki, bu gün bu gözəl adət müxtəlif bəlalara tuş gəlmişdir; Həm ev sahibi həm də qonaq tərəfindən israfçılıq, qarışıqlıq, vaxt itkisi, boş və bihudə danışıqlar, geyim və zinət əşyalarını göstərmək rəqabəti və sair bəlalar belə bir adətin gözəlliyini kölgə altına salmaqdan əlavə qonaqlığın dəyər və əhəmiyyətini azldır. Əvvəllər həftədə orta hesabla 3 və 4 dəfə qonaq gedilirdisə indi bur rəqəm 1 – 2 dəfəyə enmişdir. Bir çox insanlar hətta ayda cəmi 2 ya 3 dəfə qonaq gedirlər. Bu da insanlar arasında ünsiyyət, mehribanlıq və məhəbbəti azldır, insanlar bir-birlərinə laqeyd və biganə olurlar...
Seyidlərə ehtiram və qayğı
.
İslam məktəbinin tövsiyələrindən biri də sevimli Peyğəmbərimizin (s) nəslinə ehtiram etmək və onlara qayğı göstərməkdir.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
عن رسول الله صلى الله عليه وآله ، أنه قال حقت
شفاعتي لمن أعان ذريتي بيده ولسانه وماله
“Mənim nəslimə əli, dili və malı ilə kömək edənlərə (qiyamət günü) Mənim şəfaət edəcəyim bir həqiqətdir.”
Müstədrəkul vəsail 12-ci cild 376-cı səhifə
Sevimli Peyğəmbərimiz (s) başqa bir hədisdə buyurur:
أكرموا أولادي الصالحون لله والطالحون لي
“Mənim nəslimin saleh əməlli olanlarına Allaha xatir, saleh əməlli olmayanlarına isə Mənə xatir ehtiram edin.”
Camius-saadat 2-ci cild 168-ci səhifə
 

baxılıb: 71 dəfə