Ədəb və Mədəniyyət

İslam əxlaqı ilə zinətlənmiş cəmiyyətin xüsusiyyətləri -5

Yetimlərə qayğı

Yaxınlardan və əzizlərdən kimisə itirmək çox acı bir hadisədir, ancaq uşaq və yeniyetmə yaşlarında ata və anasını istirmək daha acı və əzablıdır. Çünki valideyn itkisindən əlavə yoxsulluq, pənahsızlıq və qayğısızlıq da ona üz vermiş olur. Odur ki, İslam məktəbinin bu acı nəticələrin əvəzini çıxmaq üçün çoxlu tövsiyələri vardır.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və ailih buyurur:

ومن أكرم يتيما أكرمه الله يوم يلقاه

“Kim yetimə ehtiram edərsə (onu əzizləyərsə) Onunla görüş günündə (Qiyamətdə) də Allah onu ehtiram edər.”

əl-İntisar 1-ci cild 327-ci səhifə

Yetimə ehtiram edərək onu əzizləmək yalnız maddi yardımlarla məhdudlaşmır, üstəlik onun başqa cəhətləri də vardır. Sevimli Peyğəmbərimiz (s) həzrət Əliyə (ə) etdiyi nəsihətlərində buyurur:

ثم قال : يا علي

من كفى يتيما في نفقته بماله حتى يستغني وجبت له الجنة البتة ، يا علي من

مسح يده على رأس يتيم ترحما له أعطاه الله بكل شعرة نورا يوم القيامة

“Ya Əli, kim öz malından yetimə maddi kömək edərək onu ehtiyacsız edərsə cənnət ona vacib olar. Ya Əli, kim mehribanlıq və məhəbbətli əl ilə yetimin başına sığal çəkərsə (başını sığallayarsa) Allah qiyamət günündə (yetimin) başındakı tükün (saçın) sayı qədər nuru həmin şəxsə verər.”

Vəsailuş şiə 16-cı cild 338-ci səhifə 21704-cü hədis

baxılıb: 81 dəfə