Ədəb və Mədəniyyət

Mübarək ayın astanasında

Oruc tutanların əxlaqa diqqəti daha çox olmalıdır.


Allah Taalanın bərəkət və bağışlanma ayı olan mübarək Ramazan ayı yaxınlaşır.
Sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih Şəban ayının axırında söylədiyi moizəsində həmçinin buyurmuşdu:
"Ey insanlar, siz nəfsinizin həva və istəklərinin əsirisiz. Özünüzü bu ayda xilas edin..."
Bəli, mübarək Ramazan ayı bizlərə özümüzü xilas etməyə vasitə olmalıdır.
Biz etdiyimiz əməllərin əsiriyik. Ona görə də mənəvi feyzlərdən və mənəvi-ruhi ləzzətlərdən bəzən tam bəzən isə qismən məhrum oluruq.
.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurdu:
"İsanın anası Məryəmə “(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!” (Məryəm surəsi 25-ci ayə) – deyildikdə Məryəm, soruşdu: “İlahi, öncədən mənim ruzimi Özün mehrabda hazır edirdin. İndi isə ağacı silkələ deyirsən?
Xitab gəldi: "Öncədən uşağın yox idi. Bütün fikrin bizim yanımızda idi. Ona görə biz də sənin bütün ehtiyaclarını ödəyirdik. Amma indi könlünün bir hissəsi bu uşaqdadır. Biz də bizdən ayrıldığın qədərincə ağacı silkələməyi tapşırdıq. Dedik ki, ağacı silkələ, xurma tökülsün və ondan ye!"
İsna-əşəri təfsiri 8-ci cild 169-cu səhifə
.
Gördüyümüz kimi dünya hətta insanın oğlu simasında belə insan ilə Allah Taala arasında sərinlik yaradır.
Dünya bilirsinizmi nə deməkdir?
Dünya, yəni "səni Allah Taaladan saxlayan hər bir şey" .
Başqa sözlə, Dünya, yəni "sənin Allah Taalaya yaxınlaşmağına mane olan hər bir şey".
Həyatda elə yaşamalıyıq ki, dünyada olan bütün şeylər bizim mənəvi təkamül ilə Allah Taalaya yetişməyimizə vasitə olmalıdır, Allahdan uzaqlaşdıran maneə yox.
Seviləsi şeyləri Allah Taalaya xatir sevməliyik.
İstifadə ediləsi şeyləri Allah Taalaya xatir istifadə etməliyik.
Səxavətimiz də, dostlarla görüşümüz də, xəstələrə baş çəkməyimiz də, xülasə hər bir fikir və əməlimiz yalnız Allah Taalaya xatir olmalıdır...
 

baxılıb: 307 dəfə