Ədəb və Mədəniyyət

Öz dəyərimizi bilirkmi?!

İnsanların çox öz həqiqi dəyərindən xəbərsizdir. Halbuki insanın varlığı aşkar və gizli istedadlar ilə zəngindir.


Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
النَّاسُ مَعَادِنُ كَمَعَادِنِ الذَّهَبِ وَالْفِضَّةِ
"İnsanlar da qızıl və gümüş mədənləri kimi mədənlərdirlər"
Mən la yəhzurəhul fəqih 4-cü cild 380-ci səhifə 5831-ci hədis
.
Qıza şərh:
1- Hər bir İnsanın vücudu (varlığı) gizli istedadlarla zəngindir. Qızıl və gümüş insanın maddi həyatı üçün zəruri olduğu kimi hər bir şəxsin daxilində, insanın varlığı və dünya-axirət səadətinin təmin edilməsi üçün gizli istededlar və batini nemətlər mövcuddur.
Qızıl, gümüş və sair qiymətli metallar çoxlu axatrışlarla tapıldığı kimi insanın vücudundakı nemətlər və istedadlar da araşdırılaraq tapılmalıdır.
2- Qızıl və gümüş mədənlərində onlar tapıldıqdan sonra çoxlu zəhmətlər və əziyyətlər nəticəsində qızıl və gümüşün xails olması mümkün olduğu kimi İnsan da çoxlu zəhmətlər, elm öyrənmək, ibadət etmək və İlahi mərifətə nail olmaqla öz batinindəki istedaları və nemətləri xails edə bilər.
Başqa sözlə insan səy və çalışmaları ilə özünü tanımalı və daxilindəki qiymətli gizli nemətləri aşkar etməlidir.
3- İnsan qızıl və gümüşün dəyərini bilməsəydi onları axtarıb tapmazdımı?! Axtarıb tapdıqdan sonra onların xalis etmək üçün bu qədər əziyyət və zəhmətlərə qapılmazdımı?!
Bax, ona görə də insan da öz daxilində, öz batinində gizlənmiş nemət və istedadları əvvəl tanımalıdır. Tanıdıqdan sonra nəyin bahasına olursa olsun, min bir əziyyət və zəhmət bahasına da olsa onu üzə çıxaracaq, onların vasitəsilə kamala çatacaqdır.
Odur ki, Sevilmli peyğəmbərimiz "Özünü tanıyan Rəbbini tanıyar" demişdir.
Deməli, İnsan özünü tanıyarsa öz batinindəki o dəyərli və qiymətli nemətləri də tanıyacaq və çalışmaqla onları əldə edəcək, əldə etdiyi o dəyərlərlə tez bir zamanda Kamillik zirvəsinə qovuşacaqdır. Bu isə Rəbbini tanımaqla nəticələnəcəkdir,
Ona görə də Əxlaq ustadları təkamül yolunun ilk mənzilinin "Özünü tanıma" olduğunu bildirirlər.
Bəli, Allaha şükürlər olsun ki, saysız-hesabsız nemətləri bizim ixtiyarımıza vermişdir.
Qurani-kərim Loğman surəsinin 20-ci ayəsində buyurur:
أَ لَمْ تَرَوْاْ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فىِ السَّمَاوَاتِ وَ مَا فىِ الْأَرْضِ وَ أَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَ بَاطِنَةً وَ مِنَ النَّاسِ مَن يجُادِلُ فىِ اللَّهِ بِغَيرْ عِلْمٍ وَ لَا هُدًى وَ لَا كِتَابٍ مُّنِيرٍ
“(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər.”
 

baxılıb: 256 dəfə